Dünya 

İranda helikopter qəzası nəticəsində həlak olanların cənazəsi Təbrizə göndərilibVİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi Təbrizə göndərilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Qızıl Aypara məlumat və video yayıb. Videodan görünür ki, Qızıl Ayparanın xilasediciləri ölənlərin cənazəsini aparır. Nəzərinizə çatdıraq ki, qəza nəticəsində İran prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Read More
Dünya 

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib. Məlumata görə, axtarış əməliyyatı başa çatıb. Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb. Mənbə: TASS 09:37 İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğradığı yerin görüntüləri yayılıb. Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib. İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopteri bazar ertəsi səhər tezdən (helikopterin yoxa çıxmasından 12 saat sonra) təxminən 2 kilometr məsafədən görüblər. 09:36 İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak…

Read More
Dünya 

Rusiya XİN-dən Qərbə xəbərdarlıq

Rusiya ABŞ, Aİ və Ukraynaya odla oynadıqları barədə xəbərdarlıq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, Kreml Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiya ərazisinə hücumlarını cavabsız qoymayacaq. Qeyd olunub ki, rəsmi Moskva xaricdəki aktivlərinin müsadirə və istifadəsini soyğunçuluq kimi qiymətləndirəcək. Mənbə: TASS

Read More
Dünya 

“Crocus City Hall” terror aktı işi üzrə 12 müttəhim barədə məhkəmə qərarı elan edildi

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum edən terrorçulara kömək etməkdə təqsirləndirilən daha dörd nəfərin həbs müddətini avqustun 22-dək uzadıb. Beləliklə də, müvafiq iş üzrə 12 müttəhimin hamısı istintaq təcridxanasında qalmağa davam edir. “Aminçon İslomov, Dilovar İslomov, İsroil İslomov, Alişer Kasımovun həbs müddətlərinin uzadılması ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, – deyə hakim hökmü elan edib. Xatırladaq ki, daha əvvəl məhkəmə iş üzrə 8 təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb. Mənbə: TASS

Read More
Dünya 

Qriqoryan: “İrəvan Rusiyadan sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmalarını xahiş etməyib”

“İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmalarını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasının efirində deyib. A.Qriqoryan vurğulayıb ki, İrəvan Moskvaya sərhədçilərin Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd-keçid məntəqəsindən, Sisian və Qorisdə Rusiya sülhməramlılarına dəstək verən iki bazadan çıxarılmasını xahiş edib. Ermənistanın Rusiya sərhədçilərindən Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını xahiş edib-etmədiyini soruşduqda A.Qriqoryan: “Bizim belə bir xahişimiz olmayıb”, – deyib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya – VİDEO

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməsini dayandırması faciə deyil, təşkilat işini davam etdirir”. Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “Rusiya – İslam dünyası: KazanForum” forumunda bildirib. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl bəyan etmişdi ki, ölkəsi KTMT-dəki fəaliyyətini “dondurur”. Mənbə: TASS

Read More
Dünya 

Tbilisidə iki etirazçıya qarşı ittiham: Altı il müddətinə həbs edilə bilərlər – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyasının iki iştirakçısına qarşı ittiham irəli sürüb. Parlament binası yaxınlığındakı hasara zərər vurduqları üçün saxlanılan etirazçılar həbs edilə bilərlər. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib. “İstintaq müəyyən edib ki, mayın 14-də “Xarici agentlər haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra biri əvvəllər məhkum olunmuş təqsirləndirilən şəxslər parlamentin girişindəki mühafizə hasarını qəsdən zədələyiblər. Saxlanılanları altı ilə qədər həbs gözləyir. İstintaqın gedişi zamanı digər şəxslər də saxlanıla bilər və onların şəxsiyyəti müəyyənləşdirilir”, – deyə nazirlikdən bildirilib. Mənbə: “Sputnik” Gürcüstan

Read More
Dünya 

Slovakiya DİN: “Ölkə vətəndaş müharibəsinin astanasındadır”

“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı təşkil olunan sui-qəsdlə əlaqədar ölkə vətəndaş müharibəsinin astanasındadır”. Bu barədə Slovakiya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatına qeyd olunur. Bildirilib ki, siyasətçiyə qarşı sui-qəsd siyasi motivlərlə həyata keçirilib. Xatırladaq ki, R.Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb. Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır.

Read More
Dünya 

Estoniyanın keçmiş XİN və DİN rəhbərləri Rusiyada axtarışa veriliblər

Estoniyanın keçmiş XİN rəhbəri Urmas Reynsal və DİN rəhbəri Elmar Vaher Rusiyada axtarışa veriliblər. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Rusiya DİN-in məlumat bazasında qeyd olunub ki, 22 iyun 1975-ci il təvəllüdlü Urmas Reynsal və 1975-ci il təvəllüdlü Elmar Vaher axtarışdadırlar. Həmin şəxslərin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunduqları açıqlanmayıb. Mənbə: rossaprimavera.ru

Read More
Dünya 

İrəvanda etirazçıların saxlanılmasına başlandı – VİDEO

İrəvanda hüquq-mühafizə orqanları baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların saxlanılmasına başlayıb. Bununla bağlı “Telegram”ın Ermənistan seqmentindəki kanallarda videogörüntülər yayılıb. Məlumata görə, şəhərin mərkəzində keçirilən aksiyada nümayişçilər polis qüvvələri tərəfindən saxlanılır və maşınlara mindirilərək aparılırlar. Qeyd edək ki, əraziyə daha əvvəl polis və xüsusi təyinatlılardan ibarət əlavə qüvvələr yerləşdirilmişdi. Paşinyanın siyasətini qəbul etmək istəməyənlərlə sərt rəftar edilir, digər etirazçıların gözü qarşısında maşınlara mindirilirlər. Polis rəhbərliyi hansı səbəbdən insanların saxlanıldıqları ilə bağlı açıqlama verməyib. Eyni zamanda Ermənistan hökumət binası qarşısında keçirilən etiraz aksiyaları davam edir. Yerli sakinlər ölkənin hazırkı baş naziri…

Read More