Dünya 

Qorxdunmu, Makron?

Medvedevin nüvə hədəsindən dərhal sonra “Fransa nə Rusiya ilə, nə də rus xalqı ilə müharibədə deyil” bəyanatı qorxunun təsdiqi oldu Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedyevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq. Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb. Rusiyanın nüvə ilə hədələməsi Fransanı qorxuya salıb. Dmitri Mevedyevin hədəsindən…

Read More
Dünya 

Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?

Rusiya cəbhə xəttini təchiz etmək üçün Ukraynanın şərqindən keçən quru yollarından istifadə etməyə başlayıb və Kerç boğazı üzərindən körpüdən istifadəni dayandırıb. Bu barədə “The Independent” nəşrində yazı dərc olunub. Ukraynanın ən böyük özəl kəşfiyyat agentliyi olan “Molfar” tərəfindən təhlil edilən və nəşrə təqdim edilən peyk görüntüləri göstərib ki, son üç ay ərzində körpüdən heç bir hərbi yük qatarı keçməyib. Fevralın 29-dan bəri yalnız bir Rusiya yük qatarı müşahidə edilib ki, qatarda yanacaq daşıyan 55 vaqon olub. Yazıda qeyd olunub ki, Moskva 2023-cü il iyunun 17-də baş verən hücumdan sonra Krım…

Read More
Dünya 

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyadan yayımlanan telekanallar bu hörmətsizliyə davam edərsə, onların ölkədə yayımları dayandırılacaq. Mənbə: MK.ru

Read More
Dünya 

Peskov Putinin andiçmə mərasimində iştirakdan imtina edən ölkələr barədə danışdı: Cavab addımı olacaqmı?

“Bəzi ölkələrin səfirlərinin Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakdan imtina etməsi cavab addımları üçün əsas deyil”. Bu sözləri mayın 7-də mərasimdən əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Xatırladaq ki, daha əvvəl Almaniyanın “Spiegel” nəşri Vladimir Putinin andiçmə mərasimində iştirakla bağlı Aİ-yə üzv dövlətlər arasında fikir ayrılığının olduğu barədə yazmışdı. Qeyd edək ki, mayın 7-də Kremldə Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. Mənbə: MK.ru

Read More
Dünya 

Putin: “Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”

“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”. Bunu Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimində deyib. “Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və olacağıq. Qərb dövlətləri ilə dialoqdan imtina etmirik”. Putinin sözlərinə görə, Qərb ölkələri Rusiya əleyhinə aqressiv siyasəti davam etdirməklə Moskvayla əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq arasında seçim etməli olacaqlar. O vurğulayıb ki, Qərblə strateji təhlükəsizlik üzrə dialoq yalnız bərabər şərtlərlə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla mümkündür. Mənbə: Aif.ru

Read More
Dünya 

ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi

ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində məlumat verib. “Bəli, bildiyimiz qədəri ilə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, – deyə o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də indi Moskvada olub-olmaması barədə sualı cavablayarkən bildirib. “Bu barədə bizə səfirlərin dəvət edilməsi məsələsinin (Rusiya Prezidentinin andiçmə mərasiminə – red.) tam şəkildə həll olunmasından bir müddət əvvəl Xarici İşlər Nazirliyindən məlumat verilib”, – deyə Sergey Ryabkov qeyd edib. “Bizdə Rusiyada ABŞ-nin müvəqqəti işlər vəkili var, ona görə də…

Read More
Dünya 

Rusiya hökuməti istefa verdi

Dörd ildən bir az artıq müddətdə baş nazir vəzifəsində çalışan Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Konstitusiyaya uyğun olaraq istefa verib. Mişustinin özü müvafiq əmr imzalayıb. Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Əvvəlki hökumətin üzvləri istefa verdikdən sonra yeni kabinet formalaşana qədər öz vəzifələrini icra edəcəklər. Baş nazirin təyinatı may bayramları zamanı gözlənilir, bundan sonra Nazirlər Kabinetinin üzvləri təsdiqlənəcəklər. Baş nazirin namizədliyi Dövlət Dumasının mayın 10-da keçiriləcək plenar iclasında təsdiqlənəcək. Yeni hökumətin mayın 13-dən 19-dək keçiriləcək plenar həftə ərzində təsdiqlənməsi planlaşdırılır. Bundan əvvəl Dumanın komitələrində namizədlərlə görüşlər…

Read More
Dünya 

Vladimir Putinin andiçmə mərasimi başladı – YENİLƏNİR + CANLI YAYIM

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb. Qeyd edək ki, andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən olan dövlət başçıları, hökumət rəhbərləri, ayrı-ayrı sahələr üzrə tanınmış simalar iştirak edirlər. 09:52 Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. İnaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq. Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək. Mənbə: TASS

Read More
Dünya 

“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq

Rusiya Dövlət Dumasının plenar iclasında xüsusi reyestrin formalaşdırılması haqqında qanun qəbul edilib. ARANTV.AZ xəbər verir ki, reyestrdə aliment ödəməyən şəxslərin adları olacaq. Vətəndaş bu reyestrə daxil edildikdən sonra borcunu tam ödəyənə qədər onun haqqında məlumatlar ictimaiyyətə açıq olacaq. Bu barədə Dumanın saytı yazır . Dövlət Dumasının sədri Vyaçeslav Volodin izah edib ki, qanunun məqsədi uşaqların maraqlarını qorumaqdır. Keçmiş partnyorları ilə münasibətlərindən asılı olmayaraq ataların uşaqları qarşısında məsuliyyətlərindən yayınmadıqları bir mühit yaratmaq vacibdir. İctimai reyestr uşaqların xeyrinə vəsaitin bərpasına kömək edəcək. Onun sözlərinə görə, borclu 24 saat ərzində “qara siyahı”ya salınacaq.…

Read More
Dünya 

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb

Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza “Pulitzer” mükafatına layiq görülüb. Məlumata görə, Murza həbsdə olarkən “The Washington Post” üçün yazdığı bir sıra köşə yazılarına görə mükafata layiq görülüb. 2023-cü ilin aprelində Moskva şəhər məhkəməsi Vladimir Kara Murzanı ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, “Pulitzer” mükafatı ABŞ-də jurnalistika, ədəbiyyat, musiqi və teatr sahələrində ən məşhur mükafatlardan biridir. Mənbə: kommersant

Read More