Dünya 

“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq

Rusiya Dövlət Dumasının plenar iclasında xüsusi reyestrin formalaşdırılması haqqında qanun qəbul edilib.

ARANTV.AZ xəbər verir ki, reyestrdə aliment ödəməyən şəxslərin adları olacaq. Vətəndaş bu reyestrə daxil edildikdən sonra borcunu tam ödəyənə qədər onun haqqında məlumatlar ictimaiyyətə açıq olacaq. Bu barədə Dumanın saytı yazır . Dövlət Dumasının sədri Vyaçeslav Volodin izah edib ki, qanunun məqsədi uşaqların maraqlarını qorumaqdır. Keçmiş partnyorları ilə münasibətlərindən asılı olmayaraq ataların uşaqları qarşısında məsuliyyətlərindən yayınmadıqları bir mühit yaratmaq vacibdir. İctimai reyestr uşaqların xeyrinə vəsaitin bərpasına kömək edəcək.

Onun sözlərinə görə, borclu 24 saat ərzində “qara siyahı”ya salınacaq. Bundan sonra borc tam ödənilənə qədər bu barədə məlumat ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, borcluların iş yeri haqqında aktual məlumat əldə etmək üçün Rusiya FSSP ümumi elektron sistem vasitəsilə Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondu ilə əməkdaşlıq edəcək.

Daha çox xəbərlər