Dünya 

Çində güclü yağışlar daşqınla nəticələndi: Ölənlər var – VİDEO

Çinin cənubundakı Quansi Çjuan Muxtar Bölgəsində davamlı leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində iki nəfər həlak olub. ARANTV.AZ-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, xilasedicilər itkin düşən iki nəfəri tapıblar. Yaralılara tibbi yardım göstərilməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Hazırda axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Mənbə: “Pul N3” “Telegram” kanalı

Read More
Dünya 

Rusiya hökuməti bu gün tam tərkibdə istefa verəcək

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. İnaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq. Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək. Mənbə: TASS

Read More
Dünya 

Rusiya səfiri Çexiya XİN-ə çağırıldı

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeyevskini Çexiya obyektlərinə kiberhücumlarla bağlı vəziyyətə görə nazirliyə çağırıb. “Biz Rusiya Federasiyasını BMT normalarına və öz öhdəliklərinə zidd olan bu hərəkətləri dayandırmağa çağırdıq”, – deyə XİN-in bəyanatından deyilir. Çexiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkədəki dövlət qurumları və mühüm infrastruktur obyektləri 2023-cü ildən Rusiya Federasiyası ilə əlaqəli hakerlərin hücumuna məruz qalıb. Çexiya Xarici İşlər Nazirliyinin məlumatına görə, hücumların arxasında APT28 qruplaşması dayanır. Hakerlər “Microsoft Outlook” elektron poçt xidmətində zəif cəhətləri aşkar edərək Çexiya idarə və təşkilatlarının məlumatlarını oğurlamağa…

Read More
Dünya 

Rusiya Dövlət Dumasından seçkilərlə bağlı qərar: Kimin namizədliyini irəli sürməsi qadağan edildi?

Rusiya Dövlət Dumasının deputatları “Seçki hüquqlarının əsas təminatları haqqında” qanuna xarici agentlərin seçkilərində namizəd kimi iştirakını qadağan edən düzəlişləri ikinci və üçüncü oxunuşda qəbul ediblər. Qəbul edilmiş dəyişikliklərə əsasən, qanuna “namizədin qeydiyyatı üçün tələb olunan sənədlərin, namizədlərin siyahısının təqdim edildiyi vaxta qədər namizəd xarici agent statusuna xitam verməyə borcludur” müddəası əlavə edilib. Qadağa federal hakimiyyət orqanlarına, Rusiya Federasiyasının təsis qurumlarının hakimiyyət orqanlarına, federal ərazinin dövlət orqanlarına, habelə yerli özünüidarəetmə orqanlarına olan seçkilərə şamil edilir. Dəyişikliklər, həmçinin qanunun qüvvəyə minməsindən 180 gün sonra xarici agentlərin dövlət orqanlarında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə…

Read More
Dünya 

“Cəhənnəm” yayı PROQNOZU

Avropada yay həmişəkindən daha isti keçəcək, quraqlıq və isti dalğaları riski daha yüksək olacaq. İsti may ayının rekord yüksək qlobal temperaturla ardıcıl 10 ay davam edən tendensiyanı uzadacağı gözlənilir. Şimali Atlantikada dəniz səthinin temperaturu ən azı 40 ilin ən yüksək səviyyəsinə yüksəlib. Meteoroloqlar deyirlər ki, gələn yay “son dərəcə isti” olacaq. Böyük Britaniyada 2022-ci ilə bənzər bir yay ola bilər, o zaman bu ölkədə havanın hərarəti 40 dərəcəyə çatıb. Bu, indiyə qədərki ən isti yay olub. Növbəti üç ay ərzində Fransada orta həddən yuxarı temperatur gözlənilir. İspaniya və İtaliya da…

Read More
Dünya 

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. “İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, – Kreml nümayəndəsi bildirib. Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var. Mənbə: TASS

Read More
Dünya 

Almaniya Rusiyadakı səfirini geri çağırıb

Almaniya Rusiyadakı səfiri məsləhətləşmələr üçün geri çağırıb. Məlumata görə, Almaniya Rusiyanı Sosial Demokrat Partiyasının resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Moskvadakı səfiri Aleksander Lambsdorfu məsləhətləşmələr üçün geri çağırıb. “Əlavə olaraq qeyd edə bilərəm ki, xarici işlər naziri Annalena Berbok Moskvadakı səfir Lambsdorfu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib. O, bir həftə Berlində qalacaq, sonra Moskvaya qayıdacaq”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib. Mənbə: TASS

Read More
Dünya 

Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində “Telegram” sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. Belçika mətbuatı yazır ki, institut “Telegram”ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığa yönəlmiş çağırışlara, silah və narkotiklərin qanunsuz satışını nəzarətə götürəcək. Xəbəri yayan mənbə hesab edir ki, “Telegram” ifrat sağçıların, qeyri-qanuni ticarətlə məşğul olanların, terrorçuların oylağına çevrilib. Məlumatda, həmçinin qeyd olunub ki, “Telegram” istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək. Mənbə: De Standaard

Read More