Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yeni standartlar turizm sektoruna HANSI DƏYİŞİKLİKLƏRİ GƏTİRƏCƏK?

By Vüsal Rafiqoğlu
03.04.2026 2 Min Read

Ekspert: Sertifikatlaşdırma mexanizmi bu qaydaların kağız üzərində deyil, real praktikada tətbiqinə imkan yaradacaq

Son illər Azərbaycanda turizm sektorunun inkişafı artıq təsadüfi təşəbbüslər deyil, strateji yanaşma və sistemli islahatlar üzərində qurulmağa başlayıb. Xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşma və ölkənin turizm bazarında rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin davamlı inkişafını təmin edən əsas amillərdir. Məhz bu kontekstdə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartının qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu addım təkcə daxili bazarda xidmətlərin keyfiyyətinin vahid meyarlar əsasında tənzimlənməsi deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq turizm xəritəsində, xüsusilə İslam ölkələri üçün cəlbedici istiqamət kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm mərhələ kimi qiymətləndirilir.

Halal turizmdə yeni mərhələnin başlanğıcı

Mövzunun aktuallığını və qəbul edilən yeni standartın əhəmiyyətini nəzərə alaraq, məsələ ilə bağlı ekspert rəyi xüsusi maraq doğurur. Bu çərçivədə turizm eksperti Ceyhun Aşurovun fikirləri prosesin mahiyyətini və gözlənilən nəticələri daha aydın şəkildə ortaya qoyur. C. Aşurov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sözügedən dövlət standartının qəbul edilməsi bu sahədə fəaliyyət göstərən müəssisələrin, eləcə də istifadə olunan məhsulların və ümumilikdə idarəetmə proseslərinin İslami qaydalara uyğun şəkildə təşkil olunmasının mühüm göstəricisidir. Bu sənədin tətbiqi çərçivəsində sertifikatlaşdırma mexanizminin də nəzərdə tutulması gözlənilir ki, bu da standartların praktik icrasını təmin edən əsas alətlərdən biri olacaq. Qeyd edilməlidir ki, indiyədək Azərbaycanda halal konseptə uyğun fəaliyyət göstərən restoran və otellər mövcud idi. Lakin bu fəaliyyət daha çox sahibkarların şəxsi təşəbbüsü əsasında formalaşır, bazarda fərdi yanaşmalarla təqdim olunurdu. Həmin müəssisələrdə müəyyən qaydalara riayət olunsa da, vahid və rəsmi şəkildə təsdiqlənmiş standart mövcud deyildi.

Vahid standart – etimad və keyfiyyətin təminatı

Ekspert əlavə etdi ki, yeni standartın qəbul edilməsi isə bu sahədə vahid yanaşmanın formalaşmasına, bütün iştirakçılar tərəfindən qəbul olunan ümumi qaydaların tətbiqinə imkan yaradır. Bu isə öz növbəsində xidmət keyfiyyətinin artırılmasına, şəffaflığın təmin olunmasına və istehlakçı etimadının gücləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, hazırda qlobal geosiyasi proseslər, o cümlədən müharibələr səbəbindən xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında müəyyən azalma müşahidə olunur. Bununla belə, digər İslam ölkələrindən Azərbaycana gələn turist seqmenti kifayət qədər genişdir. Bu baxımdan, halal turizm standartlarının qəbul edilməsi və effektiv tətbiqi həmin turistlərin məmnunluq səviyyəsinin yüksəldilməsinə, ölkənin bu istiqamətdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müasir, çevik və dayanıqlı enerji sisteminin yaradılması prioritetdir – TƏHLİL

Next

Ətrafınızdakıların sizi qocaltdıqlarını bilirdinizmi?

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv