Dünya 

Simonyan: “Ermənistanda hakimiyyət yalnız seçki yolu ilə dəyişə bilər”

“Ermənistanda hakimiyyət ancaq 2026-cı ildə və yalnız seçki yolu ilə dəyişə bilər”. Bu sözləri Ermənistan parlamentin sədri Alen Simonyan erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) İrəvana doğru təşkil etdiyi yürüşə münasibət bildirərkən deyib. A.Simonyan əlavə edib ki, Ermənistan xalqı 2018-ci ildə seçdiyi hakimiyyətə olan münasibətini 2021-ci ildə yenidən onu dəstəkləməklə ifadə edib. Məlumat üçün əlavə edək ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı Azərbaycan kəndlərinin qaytarılmaması tələbi ilə sərhəddə yerləşən Xeyrimli kəndindən İrəvana qədər yürüşə başlayıb. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. ARANTV.AZ  xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. “Hərbçi mina partlaması nəticəsində xəsarət alıb”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatda həmçinin bildirilir ki, minaya düşən hərbçi istehkamçı olub.

Read More
Dünya 

Çexiya Rusiyadakı səfirini geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan respublikanın Rusiyadakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. Bu barədə Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb. Çexiya Xarici İşlər Nazirliyi bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək. Qeyd edək ki, Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondreyka rəhbərlik edir. Çexiya hakimiyyəti Moskvaya yeni səfir göndərməyi planlaşdırmır, çünki Praqa ilə Kreml arasında münasibətlər son illərdə xeyli pisləşib. Mənbə: TASS

Read More
Dünya 

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin “qanunsuz” demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. “Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa, diaspor daha sərt tədbirlərə əl atmalı olacaq”, – deyə “vətənlərini” tərk edənlər bildiriblər.

Read More
Dünya 

Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı – FOTO/VİDEO

Rusiyanın bir neçə şəhərində güclü qar yağıb. Bu barədə Rusiyanın “Rosseti Ural” elektrik şəbəkəsi şirkətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sverdlovsk vilayətinə yağan qar səbəbindən regionun bir neçə şəhəri işıqsız qalıb. Revdinski, Deqtyarski, Sısertski, Nijneserqinski şəhər dairələrində, eləcə də Yekaterinburqun qərbində yerləşən şəhərətrafı yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi üçün bərpa işləri davam etdirilir. Perm-Yekaterinburq magistralında çoxkilometrlik tıxac yaranıb. Yekaterinburqda mayın 4-də baş tutmalı olan Qələbə paradının məşqi ləğv edilib. Qar səbəbindən sərnişin qatarlarında da gecikmələr müşahidə olunur.   Mənbə: Meduza.io

Read More
Dünya 

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş – ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir. Tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub. Qeyd olunur ki, ABŞ-də legionellyoza yoluxma hallarının sayı 2000-ci ildə 1100 halla müqayisədə 2018-ci ildə təxminən 10 min haladək yüksəlib. Bu, pnevmoniyanın ağır formasının inkişafı nəticəsində ağciyər toxumasının zədələnməsi ilə özünü göstərən bir xəstəlikdir. Xəstəlik hallarının artmasının səbəblərini müəyyən etmək üçün tədqiqatçılar ölkədə ekoloji vəziyyətin necə…

Read More
Dünya 

Rusiya və Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı prioritetləri müzakirə ediblər

Rusiya və Azərbaycan iki ölkə arasında yüklərin stabil daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduqlarını və “Şimal-Cənub” nəqliyyat dəhlizinin prioritetlərini təsdiqləyiblər. “Report”un yerli bürosunun məlumatına görə, bu məsələ Rusiya Baş nazirinin birinci müavini Andrey Belousovla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında danışıqlar zamanı müzakirə olunub. Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə prioritet vəzifələri nəzərdən keçiriblər. A.Belousovla Ş.Mustafayev Rusiya və Azərbaycan dəmir yolları ilə yüklərin stabil daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Həmçinin danışıqların yekunu…

Read More
Dünya 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın qurumu tərk etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. “Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin, eləcə də ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, – diplomat bildirib. Eyni zamanda Zaxarova qeyd edib ki, təşkilatdan çıxma məsələsinə dair suallar rəsmi İrəvana ünvanlanmalıdır. Diplomat həmçinin vurğulayıb ki, Moskva İrəvanın öz xarici siyasət kursunu müəyyənlədirmək,…

Read More