Dünya 

Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” – VİDEO

Rəsmi Moskva Ukraynadakı münaqişə haqqında danışarkən “işğal” ifadəsini işlədən Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərini izah etmək üçün İrəvana güc arzulayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə NEWS.ru-nun sualını cavablandırarkən deyib. Daha əvvəl Rusiya Federasiya Şurası Simonyanın sözlərinə aydınlıq gətirməsi üçün İrəvana sorğu göndərib. Ermənistan parlamentinin spikeri isə cavabında qeyd edib ki, Belarus və Türkiyə də Rusiyanın yeni ərazilərini tanımır və bəzilərinin gücü yalnız İrəvana çatır. “Kimin hansı gücdən danışdığını bilmirəm. Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin Rusiya parlamentarilərinin aprelin 24-də göndərdikləri müraciətinə cavab göndərməyə…

Read More
Dünya 

Gürcüstan XİN Parisi ittiham etdi: “Sizdə obyektivlik yoxdur”

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Parisi Tbilisidəki zorakılığı dəstəkləməkdə ittiham edib. Bu barədə qurumun yaydığı bəyanatdan aydın olub. “Sizdə obyektivlik yoxdur”, – deyə sənəddə vurğulanıb. Qurum bildirib ki, Fransanın Gürcüstandakı son hadisələrə verdiyi qiymət zorakılığa təkan verir: “Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən radikal qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, insan haqlarının ən yüksək standartlarına uyğun hərəkət ediblər”. Bundan əvvəl Fransa XİN Tbilisidə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqindən narahatlığını bildirib. Gürcüstan XİN Parisi ölkədəki hadisələri daha…

Read More
Dünya 

Rusiyanın Berlindəki səfirliyinin vəkili Almaniya XİN-ə çağırıldı

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiberhücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniya XİN-in nümayəndəsi Kristian Vaqner məlumat verib. Diplomatın sözlərinə görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edib. Qeyd edək ki, Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd edib. Rəsmi Moskva iddia edir ki, Almaniya hüquq-mühafizə orqanlarından kibercinayətkarların Moskva ilə əlaqələri haqqında heç bir sübut təqdim etməyib. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada erməni biznesmenin özbaşınalığı: Sənədsiz maşın sürdü, hotel mühafizəçisini güllələdi – FOTO

Rusiyanın paytaxtında polis sərxoş halda avtomobildən atəş açan erməni biznesmeni saxlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən xəbər verilib. Bildirilir ki, hadisə nəticəsində “Ukraina” hotelinin mühafizəçisi güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Hadisə aprelin 28-nə keçən gecə baş verib. İlkin məlumata görə, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin sürücüsü maşını ilə mühafizəçiyə yaxınlaşıb, ona tapança ilə atəş açıb və qaçıb. Bütün bunlar hotelin yaxınlığında naməlum şəxslərlə atışmadan sonra baş verib. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Məlum olub ki, bu Armenak adlı erməni biznesmendir. Baxış zamanı onun sərxoş olduğu görünüb, üzərindən isə…

Read More
Dünya 

Ərdoğandan Türkiyənin İsraillə ticarət əlaqələri ilə bağlı AÇIQLAMA – VİDEO

“İsraillə aramızda olan 9,5 milyard dollarlıq ticarət həcminə baxmayaraq, hazırda bu əlaqələri kəsmişik”. Bu sözləri cümə namazından sonra ənənəvi olaraq Türkiyə mətbuatının suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, heç bir bəhanə Fələstin-İsrail münaqişəsinin davam etməsinə səbəb ola bilməz. “Biz bir müsəlman olaraq baş verənlərə seyrçi qala bilməzdik. Hansı addımları ata biləriksə, onları həyata keçirmişik. Təəssüflər olsun ki, ölkəmizdə olan bir sıra siyasi partiyalar, xüsusən seçki vaxtı ikitərəfli münasibətlərimizi bizə qarşı istifadə etdilər”, – deyə Türkiyə prezidenti söyləyib. R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin İsraillə münasibətlərində heç bir gizli məqamlar…

Read More
Dünya 

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi – FOTO/VİDEO

Rusiyaya gözlənilmədən qış qayıdıb. Sərhəd qonşumuzun bır sıra regionları əlverişsiz havanın əsarətindədir. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Bildirilir ki, Çuvaşiyada, Udmurtiyada, Tatarıstanda, Perm diyarında, Sverdlovsk vilayətində, Yekaterinburqda səhər saatlarından qar yağmağa başlayıb. Perm-İjevsk şosesi və Çeboksarıdakı mənzərələr isə may ayına deyil, fevraldakına bənzəyir. Kazanda yerli hökumət uşaq bağçalarına, məktəblərə və xəstəxanalara istilik verilməsini bərpa etmək qərarına gəlib.   Mənbə: “Shot” “Telegram” kanalı

Read More
Dünya 

Türkiyənin milli müdafiə naziri: “İranlı dostlarımızın yanaşması xoş deyil”

Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​İranın terrorçulara münasibətdə rəftarını tənqid edib. O bu barədə yerli kanalda verilişlərin birində danışıb. Nazirin sözlərinə görə, İran sərhədində PKK üzvlərinə qarşı əməliyyatlar zamanı terrorçular sərhədi keçərək qaçırlar. “İranlı dostlarımızla danışırıq, deyirik ki, bax, qardaşım, bu nöqtədən qarşıya keçdilər, ora getdilər, biz də təqib edirik. PUA-dan, silahlı dronlardan baxırıq. Amma iranlı dostlarımız cavab verirlər ki, baxdıq, orada heç kim yoxdur. Əlbəttə ki, narahatıq. Dostlarımızın yanaşması xoş deyil”, – deyə nazir bildirib. Mənbə: TRT Haber

Read More
Dünya 

BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”

“Dünya misligörünməmiş ekoloji təhlükə ilə qarşı qarşıyadır. Bu vəziyyət indiki və gələcək nəsillər üçün real təhlükə yaradır və jurnalistlər iqlim dəyişikliyi, qlobal çirklənmə haqqında ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayırlar”. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 3 May – Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib. Antonio Quterreş hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistikanın və ifadə azadlığının roluna diqqət çəkib. O qeyd edib ki, iqlim dəyişikliyini, qanunsuz mədənçilik fəaliyyətini, iqlim miqrasiyasını, brakonyerliyi, meşələrin qırılması kimi aktual problemləri işıqlandıran mətbuat nümayəndələri bir çox maneələr…

Read More
Dünya 

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi – VİDEO

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunun sıradan çıxması nəticəsində içməli sudan məhrum olub, 300 mindən çox ev işıqsız qalıb. Mənbə: CNN Brasil

Read More
Dünya 

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçdi – VİDEO

Qırğızıstanda tədbir zamanı faciə baş verib. Belə ki, açıq havada “Manas” dastanını ifa edən 29 məktəblini dondurma satan maşın vurub. Qorxunc hadisə rayonun Suzak kəndində baş verib. “Porter” markalı yük maşını qəflətən yerindən tərpənib və yamacla tədbirdə iştirak edən 9-16 yaşlarında uşaqların üzərinə doğru gedib. 18 uşaq hazırda xəstəxanadadır, onlardan yeddisi reanimasiyadadır, üçünün vəziyyəti ağırdır. Daha 11 uşaq ambulator müalicəyə buraxılıb. Ehtimal olunur ki, sürücü əl əyləcini qoşmağı unudub. Mənbə: “Mash” “Telegram” kanalı

Read More