Dünya 

Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? – FOTO

Ermənistanın Tavuş rayonunun Kirants (Günən – red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb. Məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib. Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin mövcudluğunu bildirmişdi.   Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb. Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib. Qeyd olunur ki, hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Moskvaya bu tarixdə qar yağacaq – XƏBƏRDARLIQ

Moskvada qar yağacağı barədə xəbərdarlıq edilib. Phobos meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, bazar ertəsi, mayın 6-da paytaxt regionunda qar yağacağı, yollarda buz bağlayacağı ehtimalı var. Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb. O əlavə edib ki, gecə saatlarında havanın temperaturu 0-dan aşağı düşəcək, gündüz isə +7…+9° isti olacaq. Sinoptikin sözlərinə görə, çərşənbə axşamı da sərin keçəcək, az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu +5…+10°-dək yüksələcək. Bundan əvvəl Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova bildirib ki, mayın 4-nə keçən gecə Moskvanın bəzi yerlərində şaxta olacaq.…

Read More
Dünya 

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? – Zaxarova siyahını tələb etdi + FOTO

“Latviya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına zərbələr endirməyə icazə verən ölkələrin siyahısını təqdim etməlidir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında deyib. Qeyd edək ki, daha əvvəl Latviya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna artıq bəzi Qərb tərəfdaşlarından Rusiya ərazisindəki hədəflərə zərbələr vurulmasına icazəsi olan silahlar alıb. “Latviya Xarici İşlər Nazirliyi, əgər yalan demirsə, bu ölkələrin siyahısını təqdim etməlidir”, – deyə Zaxarova qeyd edib.  

Read More
Dünya 

Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”

Ermənistanın Zəngəzur (Qeqarkunik) rayonunda kazarmada baş verən yanğın nəticəsində həlak olan əsgərlərin yaxınları İrəvanın Respublika meydanında etiraz aksiyası keçiriblər. Onlar hökumətdən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb ediblər. “Biz baş verənlərlə bağlı rəsmi versiyaya inanmırıq, onlar bu problemi həll etməsələr, biz başqa tədbirlər görəcəyik”, – deyə ölən hərbçilərdən birinin qohumu bildirib. “Necə oldu ki, yanğın zamanı 15 uşaq yanıb, bir nəfər də çölə çıxa bilməyib, bu o deməkdir ki, onlara nəsə edilib”, – deyə aksiyanın digər iştirakçısı vurğulayıb. Məhkəmədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, bir sıra…

Read More
Dünya 

Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”

“Brüsseldə ittifaqa üzv dövlətlər arasında qərarların qəbulu zamanı bəzən ikili standartlar müşahidə olunur”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etiraf edib. O, hamıya bərabər münasibət göstərməyə çalışdığını, amma buna görə tənqidə məruz qaldığını vurğulayıb. “Həmişə çalışmışam ki, hamı bərabər olsun, buna görə də məni tənqid ediblər. Bəzən Brüssel köpüyündə hörmətsizlik və ikili standartlar olur”, – deyə Avropa İttifaqı Şurasının prezidenti bildirib. Ş.Mişel qeyd edib ki, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz, o, neytrallığa və obyektivliyə hörmət etməlidir. Mənbə: TASS

Read More
Dünya 

Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü – VİDEO

Gürcüstan parlamentində “xarici agentlər haqqında qanun”un nəzərdən keçirilməsi zamanı qalmaqal yaşanıb. Parlamentdə çoxluqdan və müxalifətdən olan deputatlar arasında mübahisə düşüb. Müxalif “Vahid Milli Hərəkat”ın deputatları hakimiyyəti xüsusi təyinatlıların iştirakı ilə baş vermiş və nəticədə partiyanın lideri Levan Xabeişvilinin xəsarət almasına səbəb olmuş insidentdə ittiham ediblər. Bundan sonra vəziyyət daha da gərginləşib. Qeyd edək ki, parlamentdə hazırda vəziyyət gərgin olaraq qalır. Müxalifətçilər Tamar Çarkviani və Salome Samadaşvili zaldan qovulublar. Mənbə: “Sputnik” Gürcüstan

Read More
Dünya 

Kiyevdə Pasxa bayramı onlayn qeyd ediləcək?

Kiyev Şəhər Hərbi İdarəsi Pasxa bayramı ilə əlaqədar Ukrayna paytaxtının sakinlərinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, ölkədəki müharibə vəziyyəti ilə əlaqədar və Rusiya aviasiyasının həyata keçirdiyi zərbələri nəzərə alaraq sakinlərə kilsəyə getmək əvəzinə onlayn ibadət seçmək tövsiyə edilir. Müraciətdə, həmçinin vurğulanır ki, Pasxa bayramları günləri paytaxta asayişi Ukrayna Milli Polis qüvvələri və Kiyev bələdiyyəsinin təhlükəsizlik işçiləri qoruyacaqlar. “Hüquq-mühafizə orqanlarının əməkdaşları kilsələrin yaxınlığında növbə çəkəcəklər, onlar hava hücumu zamanı dindarları və ruhaniləri ən yaxın sığınacaqlara təxliyə etməyə kömək olacaqlar”, – deyə müraciətdə vurğulanıb. Mənbə: Unian

Read More
Dünya 

Türkiyədə daxili aviabiletlər bahalaşıb

Türkiyə hakimiyyəti ölkədaxili aviabiletlərin maksimal qiymət səviyyəsini dəyişərək, bir tərəfə 3250 lirəyə (100 dollar) qaldırıb. Jurnalistlərin sözlərinə görə, daxili aviabiletlər üçün ən yüksək qiymət sonuncu dəfə 2023-cü ilin avqustunda olub. Daha sonra ölkə rəhbərliyi bu cür biletlərin qiymətinin bir tərəfə 2500 lirədən (o vaxtkı məzənnə ilə təxminən 92,5 dollar) çox olmamasına sərəncam verib. “Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində birtərəfli hava səyahətləri üçün yeni qiymət həddi – 3250 lirə təyin edib”, – deyə məlumatda bildirilib. “Turkish Airlines” aviaşirkəti artıq tarifləri səlahiyyətlilərin tələblərinə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin…

Read More
Dünya 

Gürcüstanda etirazlara qoşulan deputat döyüldü – FOTO

Gürcüstanın ən böyük müxalifət partiyası – Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə polis tərəfindən döyülüb. Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb. “VMH sədri Levan Xabeişvili döyülüb. Fotonu yayan şəxs ciddi xəsarətlər alıb”, – deyə materialda bildirilib. Onun burnu sınıb, sağ gözü zədələnib, üzündə qan izləri görünür. Xatırladaq ki, dünən gecə Tbilisidə kütləvi aksiya keçirilib. Polislərlə aksiyaçılar arasında qarşıdurmada azı üç polis əməkdaşı yaralanıb.    

Read More