Dünya 

Çində magistral yol çöküb: Avtomobillər və sürücülər dağıntılar altında qalıblar – FOTO/VİDEO

Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb. Yerli mətbuatın yazdığına görə, hadisə Quandun əyalətinin Meyçjou şəhərində baş verib. Qeyd olunur ki, hadisə nəticəsində 30 nəfər yaralanıb. Bildirilib ki, dağıntıların təmizlənməsi davam edir, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.   Mənbə: Xinhua

Read More
Dünya 

“Crocus City Hall” terrorunda həlak olanların 40 mərasimi keçirilib – FOTO/VİDEO

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktından 40 gün keçir. Bununla əlaqədar Krasnoqorskda anım mərasimi keçirilib. Xidməti Odintsovo və Krasnoqorsk arxiyepiskopu aparır. Konsert zalının yanında yenidən memorial abidə yaranıb – insanlar ora gül və oyuncaq gətirirlər. Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb. Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak…

Read More
Dünya 

Kolumbiyada helikopter qəzaya uğrayıb: Əsgərlər həlak olublar – VİDEO

Kolumbiyada helikopter qəzası nəticəsində ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı”na (“Gulf Clan”) qarşı əməliyyat çərçivəsində səfərbər olunan doqquz əsgər həlak olub. Bu barədə ölkə Prezidenti Petro Qustavo özünün “X” sosial şəbəkəsində məlumat verib. “Cənubi Bolivara qoşun aparan və “Körfəz Klanı”na qarşı əməliyyatlar zamanı eniş edən helikopterin doqquz ekipaj üzvünün həlak olması ilə əlaqədar başsağlığı verirəm”, – deyə dövlət başçısı yazıb. Kolumbiya Milli Ordusu “Mi-17” helikopterinin ekipajı və sərnişinlərinin həlak olmasına aydınlıq gətirib və ölənlərin siyahısını dərc edib. Qəza Arenal şəhərində baş verib. Helikopter dispetçerlərlə əlaqəni kəsib və fermerlər…

Read More
Dünya 

Rusiyada polietilen anbarında güclü yanğın baş verdi – VİDEO

Rusiyanın Moskva vilayəti yaxınlığındakı Ramenskoye şəhərində polietilen anbarı yanır. Güclü yanğın 2000 kvadratmetrdən çox sahəni əhatə edib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, binadan 30 nəfər təxliyə edilib. Yanğın sənaye binasına və açıq ərazinin bir hissəsinə keçib. “Anbarın içərisində plastik borular var”, – deyə nazirlikdən bildirilib. Mənbə: MK.ru, “KP.ru” “Telegram”

Read More
Dünya 

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb. Bu barədə Qazaxıstan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbərinə 2022-ci ilin yanvarında ölkədə baş vermiş faciəvi hadisələrlə bağlı cinayət işi açılıb. O, səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Məlumat üçün əlavə edək ki, Erlan Turqumbayev 2019-cu ildən etibarən Daxili İşlər Nazirliyinə rəhbərlik edib və 2022-ci ilin fevralında tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın Qazaxıstan prezidentinin müşaviri olub. Mənbə: Gov.kz

Read More
Dünya 

Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır

“TikTok” sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında “TikTok”u quraşdırmağı qadağan edən ilk təşkilat olub. Mənbə: Politico

Read More
Dünya 

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq

Mayın 1-dən Rusiya istehsalı olan şərablar ən azı 100 rubl bahalaşacaq. ARANTV.AZ xəbər verir ki, bu barədə maliyyə analitiki və iqtisad elmləri namizədi Mixail Belyaev bildirib. O, “Lenta.ru” ilə söhbətində aksiz vergisinin artırılması fonunda qiymət dəyişikliklərindən danışıb. “Rusiya istehsalı olan şərabların qiymətinin ən azı 100-150 (təxminən 2 manat) rubla qədər artacağı güman edilir. Xarici məhsullar üçün isə daha çox. Orada qiymət ikiqat ola bilər. Xaricdən gətirilən ən ucuz şərab 700-800 rubla başa gələcək”, – Belyaev xəbərdarlıq edib. Rusiya hökuməti Qərbin sanksiyalarına cavab olaraq 2023-cü ilin iyul ayında idxal edilən şərablara…

Read More
Dünya 

Tacikistan XİN Rusiyaya nota verib

Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Məlumata görə, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarına qarşı kütləvi şəkildə mənfi münasibətin təzahürü ilə bağlı etiraz notası təqdim olunub. Tacikistan XİN Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu bəyan edib. Notada qeyd edilir ki, belə hərəkətlər müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edilir və bu, iki ölkə arasında münasibətlərin ruhu və ənənələrinə uyğun gəlmir. Mənbə: kommersant

Read More
Dünya 

Ərdoğanın bu hərəkəti gündəm oldu – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər iki lider kürsüdən ayrılaraq kameralar qarşısında əl sıxıblar.

Read More
Dünya 

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə “MediaHub” öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğunu bir daha göstərmək istəyir. Mənbədən vurğulanıb ki, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. “Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir”, – deyə mənbədən əlavə edilib.

Read More