Dünya 

Köçəryanın yüz milyonlarla əmlakı müsadirə olunur

Ermənistan Baş Prokurorluğu məhkəmədən ölkənin ikinci prezidenti Robert Köçəryanın və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın onlarla daşınmaz əmlak və yüz milyonlarla dollar dəyərində vəsaitinin mənşəyini qanunsuz hesab edərək, müsadirə olunmasını tələb edib. ARANTV.AZ  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib. “Prokurorluq Köçəryanın və onunla əlaqəli olan 7 nəfərin 25 daşınmaz əmlakını, ikinci prezidentə məxsus 5 nəqliyyat vasitəsini və 4 milyon dollarlıq səhmlərini müsadirə etmək istəyir”, – Vardapetyan bildirib. Vardapetyan bildirib ki, qurum Çarukyan və ona bağlı şəxslərdən 79 ədəd daşınmaz əmlakın və 42…

Read More
Dünya 

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 2000 dollardan çox) və Vake (kvadratmetr üçün 1,8 min dollar) mərkəzi ərazilərindədir. Ən ucuzlar isə Samqori ((kvadratmetr üçün 374 dollar) və Qldani (kvadratmetr üçün 112 dollar) yaşayış massivlərindədir.

Read More
Dünya 

Rusiyalı ekspertdən Ermənistandakı etirazlarla bağlı proqnoz

Ermənistanda Azərbaycanla sərhəddə davam edən delimitasiya prosesi ilə bağlı etirazların respublikada ciddi siyasi böhrana gətirib çıxaracağı ehtimalı yoxdur. Bu fikri TASS-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib. “Etirazların ciddi inqilaba gətirib çıxaracağı ehtimalı azdır, lakin ümumilikdə bu, Nikol Paşinyan üçün ciddi çağırışdır”, – ekspert bildirib. Analitikin fikrincə, başlayan etirazlar Paşinyan üçün çətinliklər yaradır, “çünki daxili ictimaiyyət hər hansı bir kompromis əldə oluna biləcəyini mənfi qiymətləndirir. Paşinyan üçün bu, çətin işdir, o, qərarlar qəbul etməyə, etirazların keçirildiyi bölgəyə getməyə çalışır. O, çox güman ki,…

Read More
Dünya 

Ermənistanda İrana məxsus avtobus aşdı: Ölənlər var

Ermənistanda İrana məxsus avtobus qəzaya uğrayıb. Məlumata görə, avtobus Qoris-Kapan yolunun Verin Xotanan kəndi yaxınlığında dərəyə yuvarlanıb. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin ilkin məlumatlarına görə, qəza nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb. Bildirilir ki, avtobus İran dövlət qeydiyyat nişanlı olub. Mənbə: Sputnik

Read More
Dünya 

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır – 1 258 500 min nəfər. Ölkə əhalisinin orta yaşı 38, orta ömür uzunluğu 75 ildir. Mənbə: Sputnik Georgia

Read More
Dünya 

Yaponiyada 6,9 bal gücündə zəlzələ – ANBAAN VİDEO

Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib. ARANTV.AZ-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir. Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. Yerli sakinlər sosial şəbəkələrdə zəlzələ anının görüntülərini paylaşıblar.

Read More
Dünya 

Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”

“Ermənistan hakimiyyəti elə bir məqama yetişib ki, masa üzərində ölkənin gələcəyi ilə bağlı çox konkret bir plan durur”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının üzvləri ilə görüşündə deyib. “Bu, çox mühüm mərhələdir. Və biz partiya olaraq bu mərhələdə çox fəal olmalıyıq”, – deyə o bildirib. Bəzi ərazilərdə Azərbaycanla sərhədin delimitasiyası prosesindən danışan Paşinyan qeyd edib ki, bu, çox ağrılı məsələdir, lakin indi hansısa kənd, yol və ya evlərin deyil, Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu məsələsi həll olunur. “Və biz bu məsələni həll edəcəyik. Bizim başqa…

Read More
Dünya 

Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir

Ermənistanda fəaliyyət göstərən, sıralarına, əsasən, muzdlu döyüşçüləri cəlb etməklə məşğul olan VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatı Ermənistan vətəndaşlarına və dünyada yaşayan erməniəsilli şəxslərə müraciət ünvanlayıb. Bu barədə informasiya terror təşkilatının saytında yerləşdirilib. Belə ki, özünün mənfur niyyətlərini həyata keçirmək üçün VOMA müxtəlif hərbi təlimlərə start verdiyini açıqlayıb. Yaş, cins, dini və siyasi baxışlar fərq etmir. Təlimlərə dağ atıcılıq kursları, meşəlik ərazidə komanda şəklində döyüşmək, kamuflyaj olunmağı mənimsəmək, pusqu qurmaq kimi hərbi bacarıqların öyrədilməsi daxildir. Məlumat üçün qeyd edək ki, təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və…

Read More
Dünya 

Hava dezinfeksiyası dünyanı yeni pandemiyadan qoruya bilər

Yeni hava dezinfeksiya texnologiyası pandemiyanın qarşısını ala bilər. Bu barədə Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyəti (ESCMID) məlumat yayıb. Ultrabənövşəyi işığın antibakterial və antiviral fəaliyyəti 1940-cı illərdən məlumdur. Xəstəxanalarda geniş istifadə olunur, lakin dezinfeksiya yalnız otaqda insanlar olmadıqda mümkündür. Çünki ultrabənövşəyi radiasiya gözlər və dəri üçün təhlükəlidir. Otaq dezinfeksiyasına yeni yanaşma “FAR UV-C” adlanır. Alimlər 222 nm dalğa uzunluğuna malik radiasiyadan istifadə etməyi təklif etdilər (adətən dalğa uzunluğu 254 nm-lik işıqdan istifadə olunurdu). Bu şüalanma dəriyə, gözlərə və toxumalara zərər vermir. Tədqiqatlar göstərdi ki, “FAR UV-C” qrip viruslarını, “SARS-COV-2”ni…

Read More
Dünya 

Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb

Qazaxıstanın Manqistau vilayətində fırtınadan sonra onlarla suiti cəsədi Xəzər dənizinin sahilinə çıxıb. Məlumata görə, bir aydan az müddət ərzində dəniz 182 cəsədi sahilə atıb, onlardan 80-ə yaxını son üç gündədir. Xəzər dənizi sahilində monitorinq aparılarkən Tüpkaraqan rayonunda da 12 suiti cəsədi aşkar edilib. “Aşkar edilmiş ölü suiti cəsədləri yüksək dərəcədə çürümüş vəziyyətdə olub, bu da onların ölümünün qışda baş verdiyini və bütün bu müddət ərzində leşlərin suda olduğunu göstərir. Aprelin 23-də başlayan və hələ də davam edən qərb küləyi nəticəsində onlar sahilə çıxarılıb”, – deyə məlumatda bildirilib. Mənbə: vestikavkaza.ru

Read More