Dünya 

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçinin adı açıqlanmır. Mənbə: Sputnik Armenia

Read More
Dünya 

Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib

Fransada “Nestlé Waters” su quyusunun nəcis bakteriyaları ilə çirklənməsi səbəbindən iki milyon şüşə “Perrier” mineral suyunu məhv edib. Bu barədə şirkət bəyanat yayıb. Bildirilir ki, mineral su partiyası ehtiyat tədbiri olaraq məhv edilib. Bundan əvvəl Fransanın Verjez şəhərində şirkətin ərazisindəki suyun bağırsaq çöpü və sineqnoy çöpü ilə bakterial çirklənməsi aşkar edilib. Şəhər rəhbərliyi “Nestle”dən quyunun istismarını dərhal dayandırmağı tələb edib. Şirkətin məlumatına görə, suyun çirklənməsi mart ayında “Monika” qasırğası zamanı güclü yağışlar nəticəsində baş verib. Qeyd edək ki, 2024-cü ilin fevralında “Foodwatch” İstehlakçıların hüquqlarının müdafiəsi üzrə Avropa Assosiasiyası “Nestle”ni məhkəməyə verib.…

Read More
Dünya 

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir. Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır. Mənbə: Rbc

Read More
Dünya 

“Haber Global”da ukraynalı deputatların Vardanyanla bağlı etirazına həsr edilən süjet yayımlanıb – VİDEO

Ukrayna Ali Radasının 18 deputatı özünü Qarabağdakı erməni separatçıların rəhbəri elan etmiş Ruben Vardanyanın Nobel sülh mükafatına namizədliyinə etiraz olaraq parlamentə müraciət ünvanlayıb. Bu barədə “Haber Global” televiziya kanalında yayımlanan süjetdə qeyd olunub. Süjetdə vurğulanıb ki, ukraynalı millət vəkillərinin hazırladığı sənəddə Ukraynada davam edən müharibəni maliyyələşdirən Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd göstərilməsi absurd və qəbulolunmaz fakt kimi təqdim olunur. “Biz terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, müharibənin sponsoru olan bu adamın sülh mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. O, Ukraynanın düşmənidir”, – deyə ukraynalı millət vəkillərinin…

Read More
Dünya 

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl alyansın bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmağa hazır olduğunu açıqlamışdı. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəzi səlahiyyətlilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı “bəzi radikal dairələri razı salmaq” məqsədi ilə səsləndirilən birtərəfli bəyanatları rədd etdiklərini bildirib. Nazirlik 1915-ci il hadisələri ilə bağlı bəzi ölkələrin səlahiyyətlilərinin verdiyi bəyanatlara dair yazılı açıqlama verib. “Bəzi radikal dairələri razı salmaq üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar…

Read More
Dünya 

Aprel sürprizi: Afina narıncıya, Helsinki ağ örpəyə büründü

Aprelin son günlərində yaz Günəşinin şəfəqlərini gözlədiyimiz halda, Avropanın bir tərəfi narıncı, o biri tərəfi ağ rəngə “bürünüb”. Yunanıstanda Sahara səhrasından gələn toz buludları səbəbindən paytaxt Afinanın səması narıncı rəng olub. Belə ki, Şimali Afrikadakı Sahara səhrasından küləklərin gətirdiyi toz buludu dünən Yunanıstanın paytaxtı Afinaya təsir edib.  Afinanın simvolu olan Akropol da toz buludları arasında itib. Finlandiyanın paytaxtı Helsinki “ağ örtüyə” bürünüb. Bu gündən etibarən təsirini itirən toz buludu ölkənin şimalındakı Saloniki şəhərinə çatıb. Finlandiya isə ağ “örpəyə” bürünüb. Finlandiyanın cənubunda güclü qar ictimai nəqliyyatı iflic edib. Bəzi rayonlarda qarın qalınlığı 20 santimetrə çatıb.…

Read More
Dünya 

Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək – VİDEO

Qənimət kimi əldə olunmuş “Leopard” tankı mayın 1-də Moskvanın Poklonnaya təpəsində sərginin açılışında nümayiş etdiriləcək. Bundan əlavə, ziyarətçilər sərgidə NATO ölkəsi olan Almaniya istehsalı “Marder” piyada döyüş maşını (PDM), ABŞ-nin “Bradley” PDM, İsveçin “CV90” PDM və Fransanın “AMX-10RC” zirehli döyüş maşını ilə tanış ola biləcəklər. Mənbə: RIA Novosti

Read More