Dünya 

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib. Bu barədə qurumun rəhbəri Kamina Conson Smit açıqlama yayıb. “Yamayka Nazirlər Kabineti iclas keçirərək Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib”, – deyə nazir bildirib. K.Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişəsinin həlli üçün yeganə əlverişli variant kimi “iki dövlət” prinsipinin reallaşmasını görür və onu müdafiə edir. Xatırladaq ki, Fələstinin müstəqilliyini BMT-nin 193 üzvündən 138-i tanıyıb. Mənbə: TRT Haber

Read More
Dünya 

KTMT-nin baş katibi: “Ermənistan təşkilatdan çıxsa…”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər”. Bu açıqlama ilə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov çıxış edib. O əlavə edib ki, əgər yuxarıda qeyd olunan məqam (qüvvələr nisbətinin dəyişməsi – red.) baş tutarsa, regional təhlükəsizlik amillərini proqnozlaşdırmaq kifayət qədər çətin olacaq. “Ermənistanın KTMT ilə qarşıdurması ehtimalından danışarkən – ümid edirəm ki, bu, fərziyyədən başqa bir şey deyil – tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır, buna görə də məsələ hazırda son dərəcə aktual kimi təsnif edilə bilməz və ciddi təhlil tələb edir”,…

Read More
Dünya 

Tavuşda saxlanılan etirazçılar buraxıldılar, bir nəfər isə İrəvana aparıldı

Erməni politoloq Suren Petrosyan istisna olmaqla Tavuşda saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar. Bu barədə Ermənistan mediası xəbər yayıb. Məlumata görə, politoloq İrəvana aparılıb və barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Erməni politoloqun İstintaq Komitəsinə aparıldığı ehtimal olunur. Xatırladaq ki, aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Bundan öncə Azərbaycana qaytarılmalı olan Aşağı Əskipara kəndində məskunlaşdırılmış ermənilər etiraz edib, ərazidəki kilsənin ətrafını minalayıblar. “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın üzvləri qarışıqlıq salmağa cəhd ediblər, hətta avtomobili insanların üzərinə…

Read More
Dünya 

Zaxarova: “NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir”

“NATO-nun Finlandiyada Rusiya ilə sərhəd yaxınlığında aprelin 26-dan etibarən keçiriləcək təlimləri təxribat xarakterlidir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, təlimlər Şimali Atlantika Alyansının (NATO) gücünü nümayiş etdirmək və Rusiyaya hərbi təzyiq göstərmək məqsədi daşıyır. “NATO nümayəndələri, öz niyyətlərinə haqq qazandırmaq üçün Rusiyadan gələn xəyali təhlükə ətrafında (o cümlədən Rusiyanın guya təşkilata üzv olan ölkələrə hücum planları haqqında məlumat yaymaqla) müzakirələri xüsusi olaraq intensivləşdirirlər”, – deyə o bildirib. Zaxarova qeyd edib ki, Finlandiya ərazisində təlimlərin keçirilməsi Rusiyaya qarşı hibrid müharibənin tərkib hissəsidir və Helsinki…

Read More
Dünya 

Rusiya müdafiə nazirinin müavini həbs edildi – FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb. Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-16-cı illərdə “Oboronstroy” ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib. Mənbə: RİA Novosti

Read More
Dünya 

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub – VİDEO

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub. Bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib. Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub. “Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, – deyə qubernator müraciətində bildirib. Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu. Mənbə: Apostrophe.ua

Read More
Dünya 

Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar

Almaniya məktəblərində müsəlman şagirdlərin sayı artmağa başlayıb. Bu barədə Almaniyanın dövlət təhlükəsizlik xidmətindəki anonim mənbəyə istinadən məlumat yayılıb. Qeyd olunub ki, uşaqların islamı qəbul etmək istəmələrinin səbəbinin yaşıdlarından seçilmək istəməmələridir. “Almaniyada getdikcə daha çox valideyn məsləhət mərkəzlərinə müraciət edir, çünki onların xristian uşaqları məktəbdə seçilməmək üçün islamı qəbul etmək istəyirlər”, – deyə mənbənin verdiyi məlumatda bildirilir. Bu, Yaxın Şərqdən miqrasiya səbəbindən məktəblərdə müsəlman uşaqların sayının kəskin artması ilə əlaqələndirilib. Bəzi böyük şəhərlərdə siniflərdə xristian ailələrindən olan uşaqların sayı azlıq təşkil edir. Məsələn, Berlin, Frankfurt və Essendə müsəlman şagirdlərin nisbəti 80%-dən…

Read More
Dünya 

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova prezidentlik vəsiqəsini Vladimir Putinə təqdim edib. Mənbə: TASS

Read More
Dünya 

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

“Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər”. Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan polis hadisə yerinə yaxınlaşan “Yerkrapa” Könüllülər Birliyinin avtomobillərinin qarşısından çəkilib, həmən təşkilatın üzvləri isə maşını etirazçıların üzərinə sürüb. Erməni deputat əlavə edib ki, insident nəticəsində özü də xəsarət alıb və baş verənlərə görə ölkə rəhbərliyi cavabdehdir. Mənbə: Sputnik Ermənistan

Read More