Dünya 

Böyük Britaniya parlamenti qaçqınların deportasiyası haqqında qanun layihəsini qəbul edib

Böyük Britaniya parlamenti miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Məlumata görə, sənəd yanvarın 17-də İcmalar Palatası tərəfindən üçüncü oxunuşda təsdiqlənib, lakin Lordlar Palatası bütün bu müddət ərzində düzəlişlərin edilməsində israrlı olub. Qanunun aprelin 23-də yekunlaşacağı gözlənilir. Martın sonunda Lordlar Palatasında qanunla bağlı səsvermə keçirilib, sonra qanun layihəsinin qəbulu aprel ayına qədər təxirə salınıb. Parlament üzvləri sənədin beynəlxalq hüquq normalarına uyğun gəlməməsi ilə bağlı layihəyə düzəlişin lehinə səs veriblər. Bugünkü səsvermənin nəticələri yalnız gecə yarısı əldə edilib. Baş nazir Rişi Sunak deputatlar Parlament Evində gecələməyə məcbur olsalar belə,…

Read More
Dünya 

Türkiyədə “Mahzen” əməliyyatı: Mütəşəkkil cinayətkar qrupun rəhbəri saxlanıldı – VİDEO

Türkiyənin Balıkesir və Bursa şəhərlərində mütəşəkkil cinayət qruplara qarşı “Mahzen-31” əməliyyatı keçirilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib. Məlumata görə, əməliyyat zamanı İsmayıl Yavuz adlı şəxsin başçılıq etdiyi mütəşəkkil cinayət qrupu zərərsizləşdirilib. Qrup rəhbəri də daxil olmaqla, cinayətkar qrupun üzvü olan səkkiz şübhəli saxlanılıb. Qrup üzvlərinin narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti, insanı azadlığından məhrum etmə, talançılıq və oğurluq, silahla təhdid və hücum, işgəncə vermə və digər bu qəbildən cinayətlər törətdiyi məlum olub. Əməliyyat nəticəsində ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitə və…

Read More
Dünya 

Əminə Ərdoğandan 23 aprel paylaşımı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə sosial şəbəkə səhifəsində paylaşım edib. ARANTV.AZ xəbər verir ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın sosial media hesabında paylaşımı belədir: “Uşaqlarımızın gülər gözlərində gələcəyimizin işığı parlayır. Bilirik ki, onların hər biri bu torpaqlarda yetişdirilən incidir. Onların ağlı, zəhməti və vətənpərvərliyi ilə Türkiyə daha böyük zirvələrə çatacaq. Elmi və ağlı rəhbər tutaraq sülh və sevgi səfiri olacaqlarına ürəkdən inandığım bütün övladlarımızın 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mübarək olsun.”

Read More
Dünya 

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq. Bildirilir ki, bu barədə ilk rəsmi açıqlamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Polşaya səfər çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edəcək. Maliyyə yardımından əlavə, London Kiyevə “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlər də verəcək. Mənbə: TASS

Read More
Dünya 

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin Belçikadan olan üzvü Assita Kanko Avropa diplomatiyasının rəhbəri Jozep Borrelə ​​yazdığı məktubda aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücuma görə Avropa İttifaqını (Aİ) İrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Kanko məktubunda İrana ballistik raket komponentlərinin tədarükünə qadağa qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu məsələ son aylarda İranın HƏMAS-a dəstəyinə görə mümkün sanksiya kimi müzakirə edilib, lakin hələ üzv dövlətlər tərəfindən razılaşdırılmayıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI

“Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı”. Bunu Rusiyanın “Birinci Kanal”ının efirində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

Read More
Dünya 

ÜST yeni pandemiyalara hazırlıq məqsədilə ümumavropa şəbəkəsi yaradıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcək pandemiyalara daha hazırlıqlı olmaq üçün Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) işə salıb. Bu barədə ÜST-nin Avropa Bürosunun bəyanatında bildirilib. “Bu gün ÜST-nin Avropa Regional Bürosu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) ilə birlikdə Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) işə salıb”, – sənəddə qeyd olunub. Verilən məlumata görə, UKHSA-nın baş icraçı direktoru Cenni Harris NDC-nin rəhbər qrupunun müvəqqəti sədri olacaq. ÜST aydınlaşdırıb ki, yeni departamentin vəzifəsi Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən ÜST-nin Avropa regionunun potensial risklərin qlobal təhlükələrə çevrilməmişdən əvvəl erkən…

Read More
Dünya 

Üç yaşlı uşaq gül dəstəsinə görə xəstəxanalıq oldu

Rusiyanın Novosibirsk vilayətində üç yaşlı qız zanbaq buketinə görə xəstəxanaya düşüb. Üç yaşlı qızın anası baş verənlərdən danışıb. Qadının sözlərinə görə, o, küçədən bir buket gül alıb evə gətirib. Onun üç yaşlı qızı çiçəklərlə maraqlanıb və daha sonra ləçəkdən dişləyib udub. Bir müddət sonra qız xəstələnib. Valideynlər təcili yardım çağırıb və qız uşaq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib./BAKU.WS

Read More
Dünya 

Türkiyə və İraq prezidentləri “İnkişaf Yolu”na dair müqavilə imzalayıblar

Türkiyə ilə İraq “İnkişaf Yolu” nəqliyyat-logistika layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb. Razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri çərçivəsində reallaşıb. “İnkişaf Yolu” layihəsi İraqın neftlə zəngin cənub bölgələrini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək nəqliyyat və logistika sisteminin, o cümlədən dəmir və avtomobil yollarının yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri təxminən 17 milyard dollar qiymətləndirilir. Sənədlərin imzalanması mərasimindən sonra Türkiyə lideri İraqın Baş naziri Məhəmməd əs-Sudani ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib: “İnanıram ki, mənim İraqa səfərim və yeni imzalanmış müqavilələr Türkiyə-İraq münasibətlərində yeni bir dönüş nöqtəsi…

Read More
Dünya 

Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib. Ərdoğan 13 ildən sonra İraqın paytaxtı Bağdada gedib. Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri çərçivəsində ilk olaraq İraq Prezidenti Əbdüllatif Rəşidlə, daha sonra Baş nazir Məhəmməd Şiya əl-Sudani ilə görüşləri baş tutacaq. Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su problemləri ilə bağlı məsələlər müzakirə olunacaq. Gündəmdə olan ən əsas məsələlər terrorla mübarizə, su ehtiyatlarından istifadə, təbii qaz və neftin Türkiyəyə nəqli ilə bağlı olacaq. Ərdoğan və Sudani birgə mətbuat konfransı keçirəcəklər və iki ölkə arasında müqavilələr imzalanacaq. Mənbə: TRT Haber

Read More