Dünya 

Türkiyədə mağara çökdü: Xəzinə ovçuları içəridə çarəsiz qaldılar – FOTO/VİDEO

Türkiyənin Bursa şəhərinin İznik rayonunda yerləşən mağarada bədbəxt hadisə baş verib. Üç nəfərdən ibarət xəzinə ovçuları qeyri-qanuni yollarla mağarada qazıntı apardıqları zaman çökmə baş verib və qayalar uçub. Nəticədə bir nəfər həyatını itirib, iki nəfər isə çarəsiz vəziyyətdə içəridə qalıb. Hadisə yerinə sağlamlıq, xilasetmə, yanğından mühafizə və Fövqəladə Halların İdarə olunması Agentliyinin əməkdaşları cəlb ediliblər. Bölgədə genişmiqyaslı işlərə başlanılıb. Mağaranın uzun müddətdir xəzinə ovçularının hədəfində olduğu və müəyyən müddətdən bir orada qazıntı işlərinin aparıldığı iddia edilib. Mağaranın içərisindən bir nəfərin cəsədi çıxarılıb, daha iki nəfərin qaldığı məlum olub və xilasetmə işləri…

Read More
Dünya 

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirilir ki, ilk olaraq imtahana şifahi nitqin qiymətləndirilməsinin daxil edilməsi imkanı nəzərdən keçirilir. Hazırda imtahanın şifahi hissəsi yalnız iş icazəsi və ya patent almaq üçün nəzərdə tutulub. Həmçinin, bal sisteminə yenidən baxmaq təklif edilib. Belə ki, miqrantlar üçün rus dili üzrə keçid balının 50-dən 80 bala (100 baldan) qaldırılması təklif edilir. Bundan əvvəl Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilərin ancaq barmaq izləri ilə SİM-kart ala biləcəkləri barədə xəbər vermişdik. Mənbə: RBK

Read More
Dünya 

Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı

Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırılıb. Bu barədə yerli mediada xəbər yayılıb. Bildirilib ki, artıq həm mobil cihazlardan, həm də kompüterlərdən sosial şəbəkəyə daxil olmaq, demək olar ki, mümkün deyil. Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sözügedən sosial şəbəkəni uşaqların sağlamlığına, onların intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurduğu iddiası ilə xidməti bloklamağı xahiş etmişdi. Bununla əlaqədar olaraq departament Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib. Qeyd edək ki, ölkədə sosial şəbəkənin bloklanması ideyası ilk dəfə 2023-cü ilin avqustunda irəli sürülüb. Lakin bu günə qədər heç bir tədbir görülməyib.…

Read More
Dünya 

Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini müvafiq qanun layihəsini tənqid etdiyinə görə xarici agent adlandırıb. Çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının əleyhinə çıxış etdiyi xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib. Prezident bildirib ki, xarici agentlər haqqında qanun üç oxunuşda qəbul olunarsa, ona veto qoymağı planlaşdırır. “Salome Zurabişvilinin özü də xarici agentdir, buna görə də onun ala biləcəyi yeganə səs xarici qüvvədir, bu barədə dəfələrlə danışmışıq”, – Kobaxidze brifinqdə deyib. Mənbə: TASS

Read More
Dünya 

Rusiya XİN estoniyalı diplomatı ölkədən çıxarıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) cavab tədbiri olaraq estoniyalı diplomatı ölkədən çıxarıb. Bu barədə idarənin saytında yerləşdirilən məlumatda bildirilib. Qeyd olunur ki, bununla bağlı Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yana Vanamelder nazirliyə çağırılıb. Martın 19-da Rusiyanın Tallindəki səfirliyindəki diplomatın “persona non grata” elan olunmasına görə ona kəskin etiraz edilib. Rusiya XİN estoniyalı diplomatı qarşılıqlı prinsip əsasında ölkədən çıxardıqlarını vurğulayıb. “Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşı Rusiyadan çıxarılır. Estoniya tərəfinə məlumat verilib ki, onun düşmənçilik fəaliyyətinə hər zaman lazımi cavab veriləcək”, – deyə məlumatda bildirilib. Mənbə: gazeta.ru

Read More
Dünya 

Tbilisidə atışma olub: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb. Qeyd olunub ki, hadisə şəhərin Tabidze küçəsində baş verib. Hadisə şahidləri yaralılardan birinin başından, iki nəfərin isə çiynindən güllə yarası aldığını bildiriblər. “Atəş səsi eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, – deyə şahid qeyd edib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Mənbə: interpressnews.ge

Read More
Dünya 

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredit imzalatmağa çalışıb. “Əmi, dinləyirsən? Sən bunu imzalamalısan. Sənin yerinə mən imza ata bilmərəm. Əgər özünü pis hiss edirsənsə, səni xəstəxanaya apara bilərəm. Sən yenidən xəstəxanaya qayıtmaq istəyirsən? Buraya imza at və başımı ağrıtma”, – deyə qadın kişi ilə danışırmış kimi davranıb. Şübhələnən bank işçiləri təcili yardım və polis…

Read More
Dünya 

Gürcüstan prezidenti parlamentin qəbul etdiyi qalmaqallı qanun layihəsinə veto qoyacaq?

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanun layihəsinə veto qoyacağını bəyan edib. O, bu barədə BBC-yə müsahibəsində deyib: “Avropa İttifaqının strategiyası və tövsiyələrinə zidd olan digər qanunlara etdiyim kimi, buna da veto qoyacağam”. Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib. Gürcüstan müxalifəti qanun layihəsinin kəskin tənqid edib və bir neçə gündür paytaxt Tbilisidə etiraz aksiyaları keçirilir.

Read More
Dünya 

Gürcüstan parlamenti etirazlara səbəb olan qanun layihəsini təsdiq etdi

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib. Məlumatı Gürcüstan KİV-i yayıb. Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Lakin Prezident Salome Zurabişvili, eləcə də ABŞ Dövlət Departamenti, Gürcüstanın digər beynəlxalq tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT nümayəndələrini “xarici agent” kimi damğalayacağını bəyan edərək Gürcü Arzusu Partiyasını qanun layihəsindən imtina etməyə çağırıb. Qanun layihəsi ilə əlaqədar ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət iddia edir ki, hakimiyyətin bu qanun layihəsi Rusiyanın maraqlarına…

Read More