Dünya 

Gürcüstanda səs-küylü qanun layihəsi əleyhinə etiraz aksiyası başlayıb – VİDEO

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının “xarici agentlər”lə bağlı qanun layihəsi bu dəqiqələrdə parlamentin hüquq məsələləri komitəsində müzakirə edilir. Bununla əlaqədar olaraq, hazırda paytaxt Tbilisidə müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament binasının girişinə toplanaraq etiraz aksiyası keçirirlər. Nümayişlə əlaqədar parlament binası ətrafına çox sayda polis cəlb edilib. Mənbə: TASS

Read More
Dünya 

Malatyada avtobus aşdı: 22 yaralı var – FOTO

Türkiyədə Malatya-Elazığ avtomobil yolunun Pütürge yolayrıcında minik avtomobili ilə avtobus toqquşub. Toqquşmanın təsirindən avtobus aşıb. Məlumata görə, hadisə zamanı avtomobildə olan üç nəfər, avtobusda olan 19 nəfər yaralanıb. Hadisə yerinə polis, xilasetmə və tibb qrupları cəlb olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.   Mənbə: TRT haber

Read More
Dünya 

Floridada meşə yanğını şəhərə doğru irəliləyir – VİDEO

ABŞ-nin Florida ştatında, Mayami-Deyd şəhərinə aparan magistral yolun kənarında yerləşən meşəlik ərazidə yanğın baş verib. Qeyd olunub ki, Mayami-Deyd Yanğınsöndürmə İdarəsi yanğına müdaxilə etməyə çalışsa da, alovun təsiri artmaqda davam edir. Yanğın nəticəsində şəhərin hər yerini qatı tüstü bürüyüb. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. Mənbə: Anadolu

Read More
Dünya 

BMT Təhlükəsizlik Şurası təcili toplanır

“Aprelin 14-də İranın İsrailə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsi planlaşdırılır”. Bu barədə Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərən Maltanın BMT-dəki daimi nümayəndəliyi məlumat verib. Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İranın hücumu ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. O, həmçinin Tehranın hərəkətlərini pisləməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etməyə çağırıb. Mənbə: TASS

Read More
Dünya 

Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya MN-dən AÇIQLAMA – VİDEO

Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib. Məlumata görə, Həştərxan vilayətindəki dördüncü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb. “Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib”, – məlumatda deyilir. Qeyd edək ki, Rusiyanın Kapustin Yar poliqonundan buraxılışı həyata keçirilən qitələrarası ballistik raket Azərbaycanın müxtəlif bölgələrində səmada görünüb. Mənbə: rbc.ru

Read More
Dünya 

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya uğrayıb: Ölənlər və yaralananlar var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Mənbə: Erməni KİV

Read More
Dünya 

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib. “Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, – deyə Lebedev vurğulayıb. Qeyd edək ki, MDB ölkələrinin liderlərinin sammiti isə oktyabrın 8-də Moskvada keçiriləcək. Mənbə: TASS

Read More
Dünya 

Estoniya DİN rəhbəri Rus Pravoslav Kilsəsinin terrorçu kimi tanınmasını təklif edib

Estoniyanın daxili işlər naziri Lauri Lanemets Moskva Patriarxlığının Rus Pravoslav Kilsəsinin (RPK) terror təşkilatı kimi tanınması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, bu, hökumətə ölkədə Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etməyə imkan verəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri psixi xəstəliyin təzahürü adlandırıb. Estoniyadakı pravoslav kilsəsinin 100 mindən çox tərəfdarı var. “Mövcud konteksti nəzərə alaraq, mənim daxili işlər naziri kimi Riyqikoquya (Parlament – red.) Moskva Patriarxlığını terrorçu və terror fəaliyyətinin dəstəkçisi elan olunmasını təklif etməkdən başqa yolum yoxdur”, – deyə Lauri Lyaenemets bildirib. “Bunun gəlmələrə…

Read More
Dünya 

Sankt-Peterburqda tramvay piyadaları vurdu – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Primorskaya” stansiyası yaxınlığında yolu keçən insanları tramvay vurub. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, nəticədə xəsarət almış üç piyada xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, tramvayın içində həmin vaxt sərnişin olmayıb. “45 yaşlı qadın ağır vəziyyətdə Mariinski xəstəxanasına yerləşdirilib, 22 və 42 yaşlı kişilər isə orta ağır vəziyyətdə Yelizavetinskaya xəstəxanasına yerləşdiriliblər”, – idarənin “Telegram” kanalında bildirilib. Hazırda baş verənlərin təfərrüatları, o cümlədən səbəbləri dəqiqləşdirilir. Mənbə: iz.ru

Read More
Dünya 

Ermənistan məktəbliləri Paşinyana görə təhlükəli vəziyyətlə üz-üzə qalıblar – VİDEO

Ötən gün Ermənistanın bölgələrindən baş nazir Nikol Paşinyanla görüşməyə gələn yeniyetmələr parlamentin binasında çətin vəziyyətlə üzləşiblər. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Parlamentdəki çıxışını bitirən nazir onu gözləyən məktəblilərlə görüşə gedərkən jurnalistlər onu əhatəyə alaraq suallar verməyə başlayıblar. N.Paşinyan sualları cavablandırarkən təhlükəsizlik qüvvələri otağa giriş-çıxışları tam bağladıqlarından 20-yə yaxın məktəbli pəncərəsiz otaqda müsahibənin bitməsini gözləmək məcburiyyətində qalıb. Nəticədə havasızlıqdan bir neçə uşağın halının pisləşdiyi bildirilir. Mənbə: Qraparak

Read More