Dünya 

Ramazan bayramı münasibətilə ziyarətgaha gedənlərin avtobusu dərəyə aşdı: Pakistanda faciə – VİDEO

Pakistanın Bəlucistan əyalətində dəhşətli qəza baş verib. Belə ki, Hab rayonunda sərnişin avtobusu dərəyə aşıb. Hadisə nəticəsində azı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Avtobusun sərnişinləri Tetta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına – Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin məlumata görə, sürücü çətin keçidi olan yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıblar. Mənbə: Geo TV

Read More
Dünya 

Nikol Paşinyan həmvətənlərinə “real Ermənistan”ın xeyrinə “tarixi Ermənistan”dan əl çəkməyi tövsiyə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi Ermənistan” fikrinin təhlükəli olduğunu bildirərək, bu ideyalardan “real Ermənistan”ın xeyrinə əl çəkməyə çağırıb. Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib. Hökumət başçısının sözlərinə görə, “tarixi Ermənistan” ilə “real Ermənistan” arasında delimitasiya prosesi Ermənistan və Azərbaycan arasında gedən prosesdən heç də asan deyil. “Eyni zamanda, “tarixi Ermənistan” “real Ermənistan”ın ərazi bütövlüyünü tanımır”, – Nazirlər Kabinetinin rəhbəri qeyd edib. Onun fikrincə, “tarixi Ermənistan” ideyası bir sıra qonşu dövlətlərlə uzunmüddətli düşmənçiliyin zəmanətidir. Ermənistanın baş naziri diqqəti “real Ermənistan”ın maraqlarına xidmət etməyə cəmləməyə…

Read More
Dünya 

Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması region üçün çox mühüm hadisə olacaq”

“Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün dövlət sərhədinin açılması və diplomatik münasibətlərin normallaşması ilə bağlı razılaşmaların həyata keçirilməsini gözləyir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. “Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların həyata keçirilməsini gözləyirik. Bu, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan və Türkiyənin dövlət sərhədinin açılmasıdır. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədinin açılması regionumuz üçün çox mühüm hadisə olacaq”. Mənbə: TASS

Read More
Dünya 

Paşinyan: “Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”

“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib. Baş nazir bildirib ki, sözügedən planla bağlı onda məlumatlar, hətta sübutlar var. Lakin N.Paşinyan konkret hansı sübutların olduğu barədə əlavə məlumat verməyib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Putin erməniəsilli diplomatı niyə işdən çıxardı? – Korotçenkodan AÇIQLAMA + VİDEO

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi və səlahiyyətli nümayəndəsi erməniəsilli Mikael Ağasandyanın dəyişdirilməsi prosedur xarakteri daşıyır. Bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko “Baku TV”yə açıqlamasında deyib. Onun sözlərinə görə, Ağasandyanın Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev ilə əvəzlənməsi planlı şəkildə həyata keçirilən rotasiya prinsipinə əsaslanır. Politoloqun fikrincə, bu kadr dəyişikliyinin Rusiya və Ermənistan arasında KTMT ilə bağlı böhranla əlaqəsi yoxdur. Daha ətraflı “Baku TV”nin videomaterialında:  

Read More
Dünya 

Lavrov Si Cinpinlə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrov Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” səhifəsində məlumat yayıb. Qeyd edək ki, Rusiya XİN başçısı aprelin 8-9-da Çinə səfər edib. Bu gün onun çinli həmkarı Van Yi ilə danışıqları baş tutub.

Read More
Dünya 

Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

“Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun qəbul olunarsa, sənədə veto qoyacaq”. Bu barədə onun parlament katibi Georgi Msxiladze məlumat verib. Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq. Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər. Mənbə: newsgeorgia.ge

Read More
Dünya 

Mirzoyan: “Ermənistan xalqın Avropa meyllərini rəhbər tutmaq niyyətindədir”

“Ermənistan rəhbərliyi erməni xalqının sahib olduğu Avropa meyllərini rəhbər tutacaq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib. Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrdən danışıb. Ermənistan Respublikasının sülhü əldə etmək imkanından istifadə etməyə hazır olduğunu vurğulayan XİN rəhbəri qeyd edib ki, “bu, sülh müqaviləsinin əsas məsələləri üzrə qarşılıqlı razılaşmanın mövcudluğunu, xüsusən də ərazi bütövlüyünün tanınmasının qarşılıqlı təsdiqini və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiyanı nəzərdə tutur”. Mənbə: TASS

Read More