Dünya 

Azərbaycan Malatyaya humanitar yardım göndərib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Malatyada zəlzələdən əziyyət çəkənlərə humanitar yardım göndərib. Məlumata görə, yardımlar artıq Türkiyəyə çatıb. “Rəsmi Bakı Ramazan bayramı ərəfəsində bölgəyə dəstək olmağa çalışıb. Hər zaman Türkiyənin yanındayıq. Gələcəkdə də nə lazımdırsa, edəcəyik. Sona qədər Türkiyənin yanında olacağıq. Allah bir daha belə zəlzələləri göstərməsin”, – deyə komitə sədrinin müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Qeyd edək ki, ötən il fevralın 6-da episentri Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində dağıntılara məruz qalan bölgələrdən biri də Malatya olub. Son məlumata görə, təbii fəlakət nəticəsində Malatyada 1 393 nəfər ölüb, 10…

Read More
Dünya 

Rusiya XİN: “Qərb mediasına “Crocus” terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”

“Qərb mediasına ictimaiyyəti əsl təşkilatçılardan yayındırmaq üçün “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”. Bu açıqlama Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib. Qeyd olunub ki, Qərb mediasında törədilmiş terror aktına rəğbət, eləcə də humanizm nümayişlərinə icazə verilmir. “Faciənin əsl miqyasını mediada işıqlandırmamaq üçün qəti göstəriş qərbin dünya ictimaiyyətini real təşkilatçılardan və bundan faydalananlardan yayındırmaq cəhdləri, terror aktının qurbanlarının sayının açıqlanmaması onların xüsusi etinasızlığını göstərir”, – deyə nazirliyin “Telegram” kanalında paylaşdığı məlumatda bildirilir. Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert…

Read More
Dünya 

Ermənistan və Avropol saziş imzaladılar: İrəvan təmsilçisi məxfi məlumat bazasına çıxış əldə edəcək

Ermənistan və Avropol (Avropa İttifaqının Hüquq Mühafizəsi sahəsi üzrə Əməkdaşlıq Agentliyi – red.) hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığı gücləndirəcək və İrəvan bu strukturda əlaqələndirici şəxs təyin edəcək. Bu sözləri Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyasının iclasında Ermənistan nazirliyi ilə Avropol arasında imzalanmış sazişi təqdim edərkən deyib. Saziş transmilli cinayətlər, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, əmlakın qeyri-qanuni mənimsənilməsi, kibercinayətlər, çirkli pulların yuyulması, insan alveri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlib. Saziş çərçivəsində Ermənistan Avropolda əlaqələndirici zabit təyin edəcək. Ermənistan təmsilçisinin Niderlandda iqamətgahı olacaq və Avropolun məxfi məlumat…

Read More
Dünya 

Orskda daha bir çay daşdı: Sakinlərin yeni təxliyəsinə başlandı – VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Ural çayı ilə yanaşı, Yelşanka çayı da daşıb. Bu barədə şəhərin meri Vasili Kozupisa məlumat verib. “Vyazemskayadan Kramatorskayaya qədər olan ərazi və mexaniki zavod su altında qalıb”, – deyə o bildirib. Şəhər hakimiyyəti sakinlərə təhlükəsiz yerə getməyi tövsiyə edib. Xatırladaq ki, Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb. Sakinlər təxliyə ediliblər. Hadisə nəticəsində ölənlər də var. Orenburq vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edilib. Tikinti Nazirliyinin qiymətləndirməsinə görə, daşqın nəticəsində infrastruktura dəyən ziyan 21 milyard rubl (386 milyon manata yaxın)…

Read More
Dünya 

Rusiyada avtobus qəzası: Ölənlər və xəsarət alanlar var

Rusiyanın Samara vilayətində sərnişin avtobusunun aşması nəticəsində iki nəfər ölüb, azı 15 nəfər xəsarət alıb. Hadisə vaxtı nəqliyyat vasitəsində 66 nəfər olub. Qeyd olunur ki, “Scania” markalı avtobusun sürücüsü idarəetməni itirərək, avtomobili kanala aşırıb. Avtobus Qazaxıstan qeydiyyatında olub və ilkin məlumatlara görə, Nijni Novqorod istiqamətində Özbəkistan vətəndaşlarını aparırmış. Ölən və xəsarət alanların hamısı Özbəkistan vətəndaşlarıdır. Mənbə: TASS

Read More
Dünya 

Qazaxıstanda dəhşətli daşqınlar: 3600-dən çox evi su basıb

Qazaxıstanda daşqınlar nəticəsində 3600-dən çox fərdi yaşayış evi suyun altında qalıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib. “Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3 686 fərdi yaşayış evi, 557 həyətyanı sahə və 1 822 bağ evi su altında qalıb. Daşqınlar başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır”, – Orazalin brifinqdə deyib. Onun sözlərinə görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 14368 nəfər var ki, onlardan 7200-ü uşaqdır. Fövqəladə Hallar və Müdafiə nazirlikləri, eləcə də…

Read More
Dünya 

Erməni KİV: “Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus oldu”

Ermənistanın hakim Vətəndaş Sazişi Partiyası aprelin 5-də Brüsseldə baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında keçirilən görüşün nəticəsindən şoka düşüb. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Qeyd olunub ki, Paşinyan Brüsseldə istədiyini almayıb. Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq növbəti dörd il üçün yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edilib. “Qərbin Ermənistanın mövcud hökumətinin “fədakarlıqlarını”…

Read More
Dünya 

Moskvaya qar yağmağa başlayıb – FOTO

Rusiyanın paytaxtı Moskvada qar yağmağa başlayıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Paytaxtın şimal-şərqində qar yağır. Hidrometeorologiya Mərkəzinin sinoptiklərinin məlumatına görə, şənbə günü hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, 11 dərəcəyə qədər isti olacağı gözlənilir. Aprelin 6-na keçən gecə paytaxtda havanın temperaturu mənfi dərəcəyə düşdüyündən yollarda buz əmələ gəlib Həmçinin bildirilib ki, şənbə günü gecə Moskvada şaxta gözlənilir. Sinoptiklərin proqnozlarına görə, bu gün havanın maksimal temperaturu 10 dərəcə ətrafında dəyişəcək.

Read More