Rusiyada avtobus qəzası: Ölənlər və xəsarət alanlar var
Rusiyanın Samara vilayətində sərnişin avtobusunun aşması nəticəsində iki nəfər ölüb, azı 15 nəfər xəsarət alıb.
Hadisə vaxtı nəqliyyat vasitəsində 66 nəfər olub.
Qeyd olunur ki, “Scania” markalı avtobusun sürücüsü idarəetməni itirərək, avtomobili kanala aşırıb.
Avtobus Qazaxıstan qeydiyyatında olub və ilkin məlumatlara görə, Nijni Novqorod istiqamətində Özbəkistan vətəndaşlarını aparırmış.
Ölən və xəsarət alanların hamısı Özbəkistan vətəndaşlarıdır.
Mənbə: TASS

