Dünya 

BMT TŞ İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı iclas keçirəcək – VİDEO

BMT Təhlükəsizlik Şurası Rusiyanın xahişi ilə bu gün İsrailin Suriyada İranın diplomatik obyektinə hücumu ilə bağlı açıq iclas keçirəcək. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. Onun sözlərinə görə, hücumdan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər. “İranlıların məktubunun ardınca biz BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb etdik. Malta sədrliyi bunu aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a (Bakı vaxtı ilə 23:00) təyin edib”, – deyə o, “Telegram” kanalında yazıb. Bundan əvvəl İranın BMT-dəki missiyası İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu qorxaq terror…

Read More
Dünya 

Nazarbayevin fiquru Qazaxıstanın Hərb Tarixi Muzeyindən götürülüb – FOTO

Qazaxıstanın ilk prezidenti olmuş Nursultan Nazarbayevin mumdan hazırlanmış fiquru Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyinin sərgilədiyi eksponatlar siyahısından çıxarılıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Qeyd olunub ki, əvvəllər ilk prezidentin mumdan düzəldilmiş fiquru muzeyin salonlarından birində, masanın arxasında yerləşirdi. Bildirilib ki, hazırda həmin yerdə sovet və qazax hərbi xadimi, Qazaxıstanın ilk müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru yer alır.   Mənbə: Tengrinews

Read More
Dünya 

Tatarıstanda neft emalı zavoduna dron hücumu: Yaralananlar var – VİDEO

Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında partlayışlar baş verib. Məlumata görə, “Yelaz-Nefteprodukt” neft emalı zavoduna dron hücumu olub. Şahidlərin sözlərinə görə, səhər saatlarında əraziyə iki dron düşüb, ardınca bir neçə partlayış baş verib. Bir neçə binaya ziyan dəyib. Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bildirib ki, müəssisələrdə texnoloji proses dayanmayıb, lakin zərərçəkənlər var. İlkin məlumata görə, altı nəfər yaralanıb. Mənbə: “SHOT” “Telegram” kanalı

Read More
Dünya 

ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı məlumat yayıb

Rəsmi Vaşinqton İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumdan əvvəlcədən xəbərdar olmayıb. Bu barədə ABŞ Prezident Administrasiyası məlumat yayıb. Qeyd edək ki, bu gecə İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub. Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır. Mənbə: NBC News

Read More
Dünya 

Rusiyada sürət qatarı ilə sərnişin avtobusu toqquşub: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Rusiyanın Yaroslavl vilayətində dəmiryol keçidində baş verən qəza nəticəsində səkkiz nəfər həlak olub. Məlumata görə, müntəzəm avtobus qadağan siqnalına baxmayaraq relslərə çıxıb, nəticədə Arxangelsk-Moskva reysi ilə hərəkət edən sürət qatarı tərəfindən vurulub. Ölənlər arasında avtobus sürücüsü də var. Hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb.   Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Read More
Dünya 

Moskvada kvest oyunu zamanı bədbəxt hadisə: Azyaşlı qız… – FOTO/VİDEO

Rusiyanın paytaxtı Moskvada kvest oyunu zamanı bədbəxt hadisə yaşanıb. Doqquz yaşlı məktəbli qız rəfiqəsi ilə paytaxtın ticarət mərkəzlərindən birinə kvest oyununa gəliblər. Keçid zamanı qəflətən quyunun üzərində olan qapaq açılıb və azyaşlı 2,5 metr dərinliyə yıxılıb. Möcüzə nəticəsində uşaq ciddi yaralanmayıb, lakin başından güclü zədə alıb. Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb və cinayət işi açıla bilər.   Mənbə: “KP.ru” “Telegram”

Read More
Dünya 

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumun nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında bildirib. Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. Hazırda altı ay ərzində 90 gündür. Sənəddə əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlər, iş və ya xidmətlərin sifarişçiləri üzərində nəzarətin gücləndirilməsi, dövlət orqanlarına, təşkilatlarına, fiziki və hüquqi şəxslərə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət göstərməsinə qadağa qoyulması, habelə Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiya, əcnəbinin rəqəmsal…

Read More
Dünya 

Türkiyənin ən gənc bələdiyyə sədri seçilib

Türkiyədə Çanaqqalanın Yenice rayonunun Kalkım qəsəbəsində dünən baş tutan bələdiyyə seçkisinin qeyri-rəsmi nəticələrinə görə müstəqil namizəd Zeynep Çelik qalib gələrək bələdiyyə sədri olub. Çelik Türkiyənin ən gənc qadın bələdiyyə sədri adını qazanıb. Yenicenin tanınmış iş adamlarından olan Mehmet Çelikin qızı 22 yaşlı Zeynep Çelik yerli idarəetmə seçkisinə müstəqil olaraq qoşulub. Mənbə: Sputnik

Read More
Dünya 

Moskvada küçənin ortasında maşın partladı – ANBAAN VİDEO

Rusiyanın paytaxtı Moskvada küçənin ortasında maşın partlayıb. Sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb. Bildirilir ki, əvvəlcə “QAZel” markalı maşın naməlum səbəbdən yanmağa başlayıb, xilasedicilər gəldikdə isə güclü partlayış baş verib. Darmadağın olan maşının sürücüsünün xəsarət almadığı vurğulanır. Lakin ətrafdakı beş maşına zərər dəyib. Hadisənin səbəbləri araşdırılır. Mənbə: KP.ru

Read More
Dünya 

“Crocus”da törədilən terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib. Bu barədə Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev bildirib. “Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından evlərinə qayıdıblar. Bəziləri qara siyahıda olub. Digərləri isə ilk dəfə Rusiyaya uçub, lakin heç bir dəlil olmadan ölkədən çıxarılıblar. Rusiya təhlükəsizlik qüvvələri əcnəbilərin xarici görünüşü etimad yaratmasa onları Rusiyaya buraxmamaq hüququna malikdir”, – deyə İmanqaziyev bazar ertəsi parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib. Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına gücləndirilmiş sərhəd nəzarəti rejimi aradan…

Read More