Dünya 

Ukrayna Marqarita Simonyan barəsində cinayət işi açıb

Ukrayna Təhlükəsizlik Xidməti tanınmış rusiyalı jurnalist Marqarita Simonyana qarşı  cinayət işinin başlandığını açıqlayıb. Qeyd olunub ki, M.Simonyana qarşı ukraynalıların qətli ilə bağlı ictimai çağırışlar etmək, mülki infrastruktura raket və bomba hücumlarının davam etdirilməsi üçün təşviqat aparmaq üzrə ittihamlar irəli sürülüb. Ümumilikdə M.Simonyna qarşı Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi açılıb. Mənbə: Mk.ru

Read More
Dünya 

ABŞ-nin hərbi təlimatçıları Ermənistana gediblər

ABŞ-nin hərbi təlimatçıları bu gün Ermənistana gediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb. “Müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ mobil təlimatçısı Ermənistana səfər edib. Müdafiə Nazirliyinin inzibati kompleksində aprelin 1-dən 5-dək təlimatçılar qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları və “Zinuj Media” dövlət qurumu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, təlimatçıları qarşılayanlar arasında Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan da olub.

Read More
Dünya 

Mustafa Denizlinin qızı bələdiyyə seçkisində qalib gəlib

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə maraqlı nəticələr qeydə alınıb. Məşhur məşqçi Mustafa Denizlinin qızı Lal Denizli İzmirin Çeşme rayonunda seçkidə qalib gəlib. Məlumata görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə başqanlığına namizəd olan Lal Denizli Çeşmenin ilk qadın bələdiyyə sədri olub. “Təşəkkürlər, Çeşme! Çeşmelilərin lütfü ilə önümüzdəki beş il ərzində böyük şərəf və qürurla Çeşme bələdiyyə başçısı vəzifəsində çalışacağam. Mənə Çeşmenin ilk qadın bələdiyyə sədri olma xoşbəxtliyini yaşadan bütün həmvətənlərimə təşəkkür edirəm. Yeddidən yetmişə bütün vətəndaşlarımıza xidmət edib, sizin rifahınız üçün çalışacağam”, – deyə Lal Denizli açıqlamasında bildirib. Qeyd edək…

Read More
Dünya 

İranda ruhanilərin etirazları niyə artır? – VİDEO

Son vaxtlar İranın ictimai-siyasi həyatında özünü göstərən meyillərdən biri də ruhanilərin mövcud vəziyyətə və hakimiyyətin yürütdüyü siyasətə etirazlarının artması tendensiyasıdır. Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub. Müəllif qeyd edib ki, İran quruluşunda din xadimləri  prinsipcə imtiyazlı təbəqə sayıldığından bu hal və onun səbəbləri, əlbəttə, maraq doğurur. “İş o yerə çatır ki, bəzən rejimin qırmızı xətlərini keçdiyi üçün tənqidçi ruhanilər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunur, bir çoxları isə ölkədə fəaliyyət göstərən ruhanilər üçün xüsusi məhkəməyə çağırılaraq sorğu-sual edilib müvafiq xəbərdarlıq alırlar. Lakin faktlar göstərir ki, bu tədbirlər…

Read More
Dünya 

ABŞ-də “TikTok”la bağlı qanun layihəsi qəbul edildi

ABŞ “TikTok”un ölkədə bloklanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hakimiyyət orqanları hesab edirlər ki, Çin şirkəti amerikalı gəncləri izləyir və prezident seçkisinə təsir edə bilər. Sosial şəbəkənin köməyi ilə Çin kəşfiyyat xidmətləri lazım olan bütün məlumatları əldə edirlər. “ABŞ-nin ən böyük rəqibi ölkədə dominant media platformasına nəzarət edə bilməz. “TikTok” Çin Kommunist Partiyası tərəfindən idarə olunan “ByteDance” ilə əlaqələrinə son verməsə, şəbəkənin ABŞ-də “istifadə müddəti” başa çatıb”, – deyə ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Qallaxer bildirib. Qeyd edək ki, ABŞ “TikTok”un ana şirkəti olan “ByteDance”in öz servisini başqa istifadəçiyə satmasında israrlıdır.…

Read More
Dünya 

Klimatoloqların fikrincə, 2024-cü ilin yayı ən isti ola bilər

2024-cü ilin yayında havanın temperaturu bir il əvvəl qeydə alınan rekord səviyyələrdən yüksək ola bilər. Rusiya Voyeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Andrey Kiselyov bildirib ki, ən isti illər “El-Ninyo” (Sakit Okeanda suyun səth qatının temperaturunda iqlimə əhəmiyyətli dərəcədə təsir və ekstremal hava hadisələrini təhrik edə bilən dalğalanma fenomeni) hadisəsi effektinin pik həddə çatdığı vaxta təsadüf edib. “Əvvəlki güclü “El-Ninyo” 2016-cı ildə idi. 2023-cü ildə növbəti güclü “El-Ninyo” oldu. Onun bu ilin ortalarında başa çatması gözlənilir. Tipik olaraq, “El-Ninyo”nun ən böyük təsiri onun ikinci ilində…

Read More
Dünya 

Episentri Çin olan yeni pandemiya barədə xəbərdarlıq edildi: Antibiotiklər təsir etmir

Çin yeni bir pandemiyanın episentrinə çevrilə bilər. Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatından məlum olub. Tədqiqatçıların fikrincə, yeni “koronovirus” Çin “superqonoreya”sı ola bilər. Belə ki, Çinin 13 əyalətində zöhrəvi xəstəlikləri olan xəstələrdən götürülmüş bakteriya nümunələrinin 98 faizə qədəri güclü antibiotiklərdən yan keçə bilib. Tədqiqatçıları ən çox narahat edən məqam Çində antibiotiklərə davamlı ştammın yayılma nisbətinin Amerika, Britaniya və Kanada ilə müqayisədə 40 dəfə yüksək olmasıdır. Hazırda Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur. Ancaq Çində müəyyən edilmiş bakteriya ştamlarının 8,1%-i, hətta buna da davamlıdır.…

Read More
Dünya 

Rusiyalı milyarderlərin sərvəti artıb

2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard ABŞ dolları artıb. Bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb. Qeyd olunur ki, indeks (siyahı) milyarderlərin səhmlərinin sahibi olduğu şirkətlərin səhmlərinin qiymətinə əsasən hesablanır. Beləliklə, “Bloomberg Billionaires Index”in məlumatına görə, “Nornikel” şirkətinin həmsahibi Vladimir Potaninin sərvəti ilin əvvəlindən 768 milyon artaraq 31,8 milyard dollara, Vladimir Lisinin sərvəti 2,91 milyard artaraq 26,9 milyard dollara, “LukOil”un həmsahibi azərbaycanəsilli rusiyalı iş adamı Vahid Ələkbərovun sərvəti isə 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb.

Read More
Dünya 

“Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxsin arvadı xəstəxanaya düşüb – FOTO

“Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı terror aktından xəbər tutanda xəstəxanaya düşüb. Bu barədə onun valideynlərinin qonşusu “RIA Novosti”yə müsahibəsində bildirib. “Terror aktı ilə bağlı xəbəri eşidəndə qadın dərhal huşunu itirdi və hələ də xəstəxanada reanimasiyada yatır”, – deyə qonşular bildiriblər. Həmçinin təqsirləndirilən şəxsin atası qeyd edib ki, Dalerjon Mirzoyev valideynlərinə martın 24-25-də Rusiyadan Tacikistana qayıdacağını deyib. Onun sözlərinə görə, oğlu mütəmadi olaraq Rusiyadan zəng edərək anası, arvadı və bacısı ilə uzun müddət danışırmış, pul göndərirmiş. Xatırladaq ki, “Crocus City Hall”da baş vermiş terror aktı…

Read More