Dünya 

Ermənistan KİV: Paşinyan istefa vermək qərarına gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək qərarına gəlib. Bu barədə Ermənistan KİV məlumat yayıb. “Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini xilas etməyi düşünür”, – mənbə yazır. Məlumatda həmçinin qeyd olunur ki, Ermənistanda növbədənkənar parlament seçkisi sentyabrın 10-da keçirilməlidir.

Read More
Dünya 

Bu gündən Almaniyada küçədə marixuana çəkməyə icazə verilir

Bu gündən kannabis bitkisinin saxlanması və becərilməsi ilə bağlı qanun qüvvəyə minir. Yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlər küçədə öz istifadələri üçün marixuana gəzdirə bilərlər (25 qramdan çox olmayaraq). Evdə maksimum üç  çətənə kolu yetişdirmək, yaxud öz ehtiyacları üçün 50 qrama qədər marixuana saxlamağa icazə verilir. Bitkinin adı qadağan olunmuş maddələr siyahısından çıxarılıb. Artıq ictimai yerlərdə marixuana çəkməyə icazə verilir. Ancaq gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə qadağandır. Yeni qaydalar alman cəmiyyətində birmənalı qarşılanmayıb.…

Read More
Dünya 

ABŞ institutu: Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz

Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, bu barədə Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib: “Onun sözlərinə görə, bu, xüsusilə, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır”. Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər: “Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər”. Qeyd edək ki, son zamanlar ikitərəfli münasibətlər pisləşməkdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın…

Read More
Dünya 

Türkiyə terroçuların mağaraları məhv edildi: Çox sayda sursat ələ keçirildi – VİDEO

Türkiyədə terror aktı törətmək məqsədilə terrorçuların mağaralarda gizlətdikləri müxtəlif növ silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə “BOZDOĞAN-19” əməliyyatı keçirilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. “Terror aktı törətmək məqsədilə separatçı terror təşkilatına aid terrorçuların çöllük ərazilərdəki mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə həyata keçirilən “BOZDOĞAN-19” əməliyyatlarında 22 mağara və sığınacaq məhv edilib. Əməliyyat zamanı 19 qumbaraatan, qumbaraatanın 16 qumbarası, 10 əl qumbarası, müxtəlif diametrli və ölçülü 444 döyüş sursatı, həmçinin çoxlu silah…

Read More
Dünya 

Ərdoğan bələdiyyə seçkisində səs verib – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkisində səs veriblər. Dövlət başçısı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib. Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkinin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçki keçirilir. Mənbə: TRT

Read More
Dünya 

Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

Bu gün katoliklər xristianlığın ən böyük bayramlarından birini – İsa Məsihin dirilişi günü olan Pasxa bayramını qeyd edirlər. Pravoslavlardan fərqli olaraq, protestantlar və katoliklər Pasxa tarixini Qriqorian təqviminə uyğun astronomik bərabərlik günündən sayırlar. Pravoslav xristianlar isə gecə-gündüz bərabərliyini Yulian təqviminə görə hesablayırlar. Təqvimlər arasındakı 13 günlük fərq hesablamaya təsir göstərir. Xristianlar özlərinə məxsus oruc tutmaqla Pasxa bayramına hazırlaşırlar, bu müddət ərzində heyvan mənşəli məhsullardan imtina edirlər. Eyni zamanda, orucun qaydaları katoliklər üçün pravoslav xristianlara nisbətən daha yumşaqdır. Bütün bayramlarda olduğu kimi, Pasxada da mübahisə etmək, böhtan atmaq və kiməsə pislik…

Read More
Dünya 

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisinə və təmirinə sərf olunması təklif edilir. Digər bölgələrdə də kurort haqları tətbiq ediləcək. Stavropol diyarında vergi 100 rubl, Altay diyarında – 50, Krasnodar diyarında isə 30 ilə 50 rubl arasında dəyişir. Mənbə: mvestnik.ru

Read More
Dünya 

Ərdoğan çağırış etdi: “Qutuların yanından ayrılmayın” – FOTO

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini tam qorumaq üçün partiya üzvlərini səslərin sayılması proseduru bitənə qədər seçki qutularının yanında qalmağa çağırıb. Bu barədə Ərdoğan “X” hesabında yazıb. “Saat 17:00-a olan məlumata görə, bütün ölkə üzrə səsvermə prosesi başa çatıb. Seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr yekunlaşana qədər bütün bacı-qardaşlarımdan məsul olduqları seçki qutularını tərk etməmələrini və xalqın iradəsini sona qədər müdafiə etmələrini ürəkdən xahiş edirəm”, – deyə Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb. Vətəndaşlar ölkənin 30-u böyük şəhər…

Read More
Dünya 

Rusiya kəşfiyyatının rəhbəri: “Terror aktlarının təşkilatçıları məlumdur”

“Rusiyanın xüsusi xidmətləri orqanlarına ölkədəki terror aksiyalarının təşkilatçıları məlumdur”. Bunu Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov jurnalist Pavel Zarubinə müsahibəsində deyib. O bildirib ki, xüsusi xidmətlər xainləri tapmaq və cəzalandırmaq üçün lazım olan hər şeyi edəcək. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə seçkilərində dava düşdü: Ölənlər və yaralananlar var – VİDEO

Türkiyənin Diyarbəkir bölgəsində muxtar seçimi zamanı dava düşüb. Mübahisənin gedişində daş, çubuq və tapançalardan istifadə edilib. İlkin məlumata görə, davada bir nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıblar. Dava zamanı əraziyə sövq edilən təcili yardım maşınlarından ikisi atılan daşlarla zədələnib. Jandarma qruplarının məhəllədə təhlükəsizlik tədbirləri davam edir. Qərbi Bursa vilayətində də münaqişə nəticəsində bir yerli sakin həlak olub, iki nəfər yaralanıb. Münaqişəyə səbəb 32 yaşlı yerli sakin Yusuf Yiğitin seçkilərdə başqa yerli klandan olan kənd başçılığına namizədi dəstəkləməsi olub, baxmayaraq ki, onun iki qohumu da bu vəzifəyə namizədliyini…

Read More