Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılacaq
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının yaz hərbi çağırışı haqqında fərman imzalayıb. Sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub. Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşdan 30 yaşadək olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olanlara aid idi – red.) hərbi xidmətə çağırılacaqlar. Məlumata görə, yaz çağırışı zamanı orduya cəlb olunacaq Rusiya vətəndaşlarının sayı 150 min nəfər olacaq. Mənbə: TASS
Read More