Dünya 

“Crocus”da törədilən terrorda yaralananların sayı 550 nəfəri keçdi

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktında yaralananların sayı 551 nəfərə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi xəbər yayıb. Məlumata görə, ölənlərin sayı 144 nəfərdir. Onlardan beşi uşaq olub. Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.

Read More
Dünya 

Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir

Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində 4 100-dən çox yük maşını sərhədi keçmək üçün gözləyir. Bununla bağlı Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir. Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir. Mənbə: “Sputnik” Gürcüstan

Read More
Dünya 

İnfarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldan məhsul hansıdır?

Böyük Britaniyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, şokolad tromboz riskini azaltmağa kömək edir. Tədqiqatda müxtəlif cinslərdən olan 42 sağlam könüllü iştirak edib. Onlardan xüsusi olaraq kakao ekstraktı ilə zənginləşdirilmiş bir neçə ədəd tünd şokolad yemək tələb olunub. Daha sonra könüllülər trombositlərin, yəni laxtalanmaya məsul olan elementlərin fəaliyyətini qiymətləndirmək üçün alimlərə qan nümunələrini təqdim ediblər. Məlum olub ki, kişilər qara şokolad yedikdən sonra onlarda daha çox azot oksidi əmələ gəlir. Bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını asanlaşdırır. Alimlər, həmçinin aşkar ediblər ki, tünd şokolad trombositlərin yığılmasının (bir-birinə…

Read More
Dünya 

Günəşdə güclü partlayış baş verib

Ötən gecə Günəşdə güclü partlayış baş verib. Bu barədə “Fobos” iqlim araşdırmaları mərkəzindən məlumat verilib. Partlayış bir neçə gün əvvəl artıq güclü G4 sinifli maqnit qasırğasına səbəb olmuş 3615 saylı aktiv mərkəzdə baş verib. Yüksək səviyyəli partlayışın aktivliyi aprelin birinədək davam edə bilər. Xatırladaq ki, martın 23-də Günəşdə 13 güclü partlayış baş verib. Biri istisna olmaqla, onların demək olar ki, hamısı M, digəri isə ən yüksək X sinifli olub. Mənbə: Mir24.ru

Read More
Dünya 

Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan etdi

Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etməsi, habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin…

Read More
Dünya 

Ermənistan yenə MDB tədbirini boykot edib – FOTO

Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib. APA-nın Rusiya bürosu xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. Belə ki, rəsmi İrəvan Beynəlxalq Ticarət Mərkəzində keçirilən MDB İqtisadi Şurasının 101-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib. Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib. Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən…

Read More
Dünya 

“Сroсus” terroru ilə əlaqədar Tacikistanda doqquz nəfər saxlanılıb

Tacikistanın xüsusi xidmət orqanları Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında  terror aktını törətməkdə şübhəli bilinən şəxslərlə əlaqəsi olduğunu güman etdiyi doqquz nəfəri saxlayıb. Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilir ki, şübhəlilər Düşənbə ətrafında yaşayıblar. Əlavə təfərrüat açıqlanmır. Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər. Martın 24-dən 26-na kimi məhkəmə “Krokus” terror aktı…

Read More
Dünya 

Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma

“Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcud olması respublikanın suverenliyinin yeganə real təminatıdır”. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib. Rusiya XİN qeyd edib ki, Aİ Ermənistanı yalnız Avropa üçün resurs və mənfəət mənbəyi kimi qəbul edir və Brüsseldə respublikanın maraqlarını və prioritetlərini müəyyən etmək istəyir. Qeyd edək ki, Rusiya XİN-in müvafiq açıqlaması İrəvanın anti-Rusiya xarakterli addımları fonunda Ermənistana qulaqburma kimi qəbul edilib. Həmçinin sosial şəbəkənin Rusiya seqmentində Kremlin Ermənistandakı hərbi bazasından Paşinyan hakimiyyətinə qarşı istifadə etməsi üçün çağırışlara da start verilib. Mənbə: TASS

Read More
Dünya 

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır. O, Fələstinin xarici işlər və miqrantların işləri üzrə naziri təyin edilib. Qeyd edək ki, V.Ağabekyan 1958-ci ildə İordaniyada anadan olub. Mənbə: Ermənistan KİV

Read More
Dünya 

Zaxarova: “Avropa Şurası rəhbərlərinin “Crocus”da baş vermiş terror aktına reaksiya verməməsi biabırçılıqdır”

“Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktına Avropa Şurası (AŞ) rəhbərlərinin reaksiya verməməsi bütün təşkilat üçün növbəti biabırçılıqdır ki, bu da onun ekspert mexanizmini və qərəzsizliyini şübhə altına alır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu, boş yerə özünü Avropanın vicdanı adlandırmağa çalışan və Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi kimi çıxış etməyə çalışan bir təşkilatın tarixində növbəti biabırçı səhifədir”, – deyə diplomat jurnalistlərə verdiyi müsahibəsində vurğulayıb. Zaxarova qeyd edib ki, Avropa Şurası ikili standartlar və siyasi ikiüzlülük bataqlığında öz deqradasiyasını bir daha…

Read More