Fransa NATO-dan çıxacaq?
Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisində seçiləcəyi təqdirdə NATO-dan çıxmaqla bağlı mövqeyini qoruyub-saxlayacaq. “Həmişə təkidlə üzərində durduğumuz təklifdə müharibə nəzərə alınmırdı. Müharibə dövründə müqavilələr dəyişdirilmir”, – o bildirib. Fransanın NATO-dakı rolu ilə bağlı ona verilən suallara cavab olaraq Bardella ABŞ-nin keçmiş prezidenti Donald Tramp və indiki lideri Co Bayden haqqında danışıb. Onun fikrincə, alyansın gələcəyi ABŞ-də prezidentlik…
Read More