Dünya 

Ermənistan rusiyalı sərhədçiləri əvəzləyəcək şəxslər axtarır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib. Qeyd olunur ki, müraciət 30 yaşa qədər olan qadın və kişilərə şamil edilir. Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb olunur. Məlumat üçün əlavə edək ki, avqustun 1-dən “Zvartnots” hava limanından rus sərhədçiləri çıxarılacaq, orada yalnız erməni sərhədçiləri xidmət aparacaqlar. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il “Rubej 2024” adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək. Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov “Milli Müdafiə” jurnalına müsahibəsində deyib. “KTMT-yə üzv dövlətlərin birgə qərargahlarının, katibliyinin və maraqlı qurumlarının strateji komanda-qərargah hazırlığı, “Sarsılmaz qardaşlıq-2024”, “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, “Axtarış-2024”, “Qaya-2024”, “Eşelon-2024”, “Kobalt-2024” xüsusi təlimləri, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Rusiya ərazisində “Rubej-2024” birgə təlimlərinin keçirilməsi planlaşdırılıb”, – deyə Tasmaqambetov bildirib. O qeyd edib ki, bunlar KTMT-nin əsas iş istiqamətlərinin reallaşdırılması çərçivəsində artıq sınaqdan keçirilmiş təlim formatlarıdır və kollektiv təhlükəsizlik sisteminin qüvvə…

Read More
Dünya 

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri əhalisi 310 min nəfər olan Pukalpa şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 151 km dərinlikdə olub. İnsan itkisi və dağıntı barədə məlumat verilməyib.

Read More
Dünya 

Simonyandan gülünc AÇIQLAMA: İrəvan “əsl sərhəd xətti”ni göstərəcək erməniləri axtarır

“Biz həmin kəndlərin Ermənistan ərazisi olduğunu sübut edəcək insanları axtarırıq”. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi ilə bağlı Ermənistan iqtidarına yönəlmiş tənqidlərə cavab verərkən deyib. Ermənistan Parlamentin spikeri iddia edib ki, xəritələrdə Ermənistan qanuni sərhədinin hər metrini göstərə bilər, öz növbəsində Tavuş sakinləri Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin harada olduğunu da yaxşı bilirlər. “Biz hətta Gürcüstana gedərkən yolda dayanıb Azərbaycanla sərhədin haradan keçdiyini göstərmişik”, – deyə Alen Simonyan qeyd edib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında terror aktı martın 22-də baş verib. Mənbə: actualnews.org

Read More
Dünya 

“Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU

“Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror aktında həlak olanların sayı 140-a yüksəlib”. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib. Nazir həmçinin yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76 nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbərinin sözlərinə görə, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır. Qeyd edək ki, bundan əvvəl yaralananların sayının 360 nəfərə yüksəldiyi bildirilmişdi. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir. Xatırladaq ki,…

Read More
Dünya 

Rusiya hərbçiləri “Zvartnots”u tərk edəcəklər: Türkiyə ilə sərhəddə nələr baş verəcək?

“İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir”. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib. “Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması məsələsi nəhayət həll olundu. İrəvan və Moskva artıq bunu müzakirə etmir”, – deyə o, bildirib. Onun sözlərinə görə, Rusiya sərhədçiləri bu il avqustun 1-dək “Zvartnots”u tərk edəcəklər. Mənbə: TASS

Read More
Dünya 

“Crocus City Hall”da terror aktının sxemi tərtib edildi: Yaraqlılar necə hərəkət ediblər? – FOTO

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktının xronologiyası tərtib edilib. “NEWS.ru” nəşri hadisə ilə bağlı istintaq bəyanatlarını, yaraqlıların ifadələrini, zərərçəkmişlərin şahid kimi danışdıqlarını təhlil edib və Rusiya tarixindəki ən dəhşətli faciələrdən birinin necə baş verdiyinin sxemini hazırlayıb. Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da terror aktı zamanı yüzdən çox insan həyatını itirib.   Mənbə: NEWS.ru

Read More