Dünya 

KİV: Ərdoğanın may ayında ABŞ-yə səfəri gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayda ABŞ-yə səfər edə bilər. O, Vaşinqtonda həmkarı Co Baydenlə danışıqlar aparacaq. Bu barədə “Hürriyet” qəzeti Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında təmasların nəticələrinə əsasən xəbər verib. Bildirilir ki, görüşdə Türkiyə liderinin ABŞ-yə səfəri məsələsi, o cümlədən belə bir səfərin təxmini tarixi də müzakirə olunub. “Bir problem olmasa, ABŞ-də seçki prosesi ilə bağlı təqvimdə sıxlıq yaranmasa, Ərdoğanın mayın ikinci həftəsində Vaşinqtona gedəcəyi razılaşdırılıb”, – deyə mənbədən qeyd edilib. Nəşrdə Türkiyə və…

Read More
Dünya 

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, qərarların qəbulunda iştirak etmir, amma eyni zamanda onların həyata keçməsini bloklamır”. Bu sözləri Yunanıstan mətbuatına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Fikrini davam etdirən Nikol Paşinyan söyləyib ki, 2023-cü ilin sentyabrından etibarən Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur. “Biz KTMT-nin yüksəksəviyyəli tədbirlərində iştirak etmirik”, – deyə N.Paşinyan əlavə edib. Mənbə: Kathimerini

Read More
Dünya 

Rusiyada daha bir terrorun qarşısı alınıb: Bomba terrorçunun üzərində partladı – VİDEO

Rusiyanın Samara vilayətində terror aktının qarşısı alınıb. Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti xəbər yayıb. Məlumata görə, 1994-cü il təvəllüdlü şəxs humanitar yardımların qəbulu mərkəzinin binasında bomba partlatmağı planlaşdırıb. Onun saxlanılması zamanı partlayıcı qurğu işə düşüb, nəticədə terrorçu ölüb. Nazirlik bildirib ki, təhlükəsizlik orqanının əməkdaşları və mülki şəxslər xəsarət almayıblar. O da vurğulanır ki, terror aktı Rusiya Könüllülər Korpusu (ölkədə terrorçu qrup kimi təsbit edilir – red.) tərəfindən planlaşdırılıb.  

Read More
Dünya 

Moskvada bıçaqlı şəxs insanlara hücum edib: Yaralananlar var – ANBAAN VİDEO

Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib. Müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb. Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir. Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb. Hazırda o dindirilir.   Mənbə: “Shot” “Telegram” kanalı

Read More
Dünya 

Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu

Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir. Bu barədə Hindistanın “Hurun India” reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur. Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasında milyarderlərinin sayına görə ilk sırada dayanıb. Belə ki, hazırda Mumbayda 92 milyarder yaşayır. Dünya miqyasında isə Mumbay milyarderlərin sayına görə Nyu-York (119 milyarder) və Londondan (97 milyarder) sonra üçüncü yerdədir. Mənbə: Hurunindia.com

Read More
Dünya 

“Crocus City Hall”un yerində məbəd inşa oluna bilər

Moskvada terror hadisəsinin baş verdiyi “Crocus City Hall”un yerində məbəd, yaxud xatirə parkının salınması təklif olunur. Təklifi Rusiya Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı, məşhur aktrisa Yelena Drapenko səsləndirib. “Belə bir kədərli hadisə baş verəndən sonra, təbii ki, mən istəməzdim ki, yenə orada konsert zalı bərpa edilsin, əyləncəli proqramlar təşkil olunsun”, – deyə Yelena Drapenko vurğulayıb. Qeyd edək ki, öz növbəsində Rus Pravoslav Kilsəsi “Crocus City Hall”un yenidən qurulması məsələsində terror aktında həlak olanların yaxınlarının rəyini nəzərə almağa çağırıb. Mənbə: Govoritmoskva.ru

Read More
Dünya 

Terrordan 3 gün sonra… – Video

Xəbər verdiyimiz kimi, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. ARANTV.AZ  Rusiya mətbuatına istinadən konsert zalından bugünkü görüntüləri təqdim edir: Xatırladaq ki, son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.

Read More
Dünya 

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli olub. İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər “Milli Demokratik Qütb” təşkilatının üzvləridir. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib. “Üç hücumçu var idi, onların ad və soyadlarını açıqladıq. İlkin məlumata görə, onlar “Milli Demokratik Qütb”ün üzvləridir”, – Sarkisyan deyib. Qeyd edək ki, “Milli Demokratik Qütb” mütəmadi olaraq ABŞ ilə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib. Mənbə: TASS

Read More
Dünya 

Moskvada “Crocus” işi ilə bağlı üç nəfər həbs edildi – VİDEO

Moskvada “Crocus City Hall”dakı dəhşətli terror aktı zamanı terrorçuların şəriki olduğu iddia edilən üç nəfər Basmannı Məhkəməsində hakim qarşısına çıxarılıb. Bunlar Aminçon, Dilovar və İsrail İslamovlardır (ata və iki qardaş). 25 yaşlı Dilovarın Rusiya vətəndaşlığı var. İstintaq onun və digərlərinin iki ay müddətinə həbs olunmasını istəyib. Məhkəmə müttəhimlər barədə mayın 22-dək müddəti olan həbs qətimkan tədbiri seçilməsinə dair qərar verib. Mənbə: Mash

Read More