Dünya 

Rusiyadakı polis idarəsində erməni “şousu” – VİDEO

Həqiqətən də, ən yaxşı “artistlər” ermənilərdir. Sosial şəbəkədə yayılan kadrları gördükdə, buna bir daha əmin olmaq mümkündür. Hüquq-mühafizə orqanları əməkdaşlarının formalarından “tamaşa”nın Rusiyada baş verdiyi aydın olur. Polis erməni millətindən olan şəxsləri saxlayıb. Sonra baş verənləri isə videodan izləyə bilərsiniz:  

Read More
Dünya 

Şahid ifadələri: “Crocus City Hall”un yanğın çıxış pilləkənləri bağlı olub

Martın 22-də “Crocus City Hall”da baş verən terror aktı zamanı konsert zalının yanğın çıxış pilləkənləri bağlı olub. Bu barədə terror aktını araşdıran müstəntiqlər məlumat veriblər. Bundan əlavə, hadisə şahidlərinin sözlərinə görə, onlar velosiped üçün nəzərdə tutulan qıfıllarla kilidlənmiş yanğın-çıxış qapılarının qıfıllarını əlləri ilə sındırmaq məcburiyyətində qalıblar. Eyni zamanda, hadisə şahidlərinin sözlərinə görə, binanın avtomatlaşdırılmış yanğın siqnalizasiyası sistemi də işləməyib. Halbuki, bu, həm də yanan binadan çıxış yolu tapmayanların həyatını xilas edə bilərdi. Bundan əlavə, aparılan araşdırma zamanı məlum olub ki, “Crocus City Hall” konsert zalının zirzəmisində bəzi qapılar bağlı olub. Mənbə: Baza

Read More
Dünya 

“Crocus”da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində işləri sürətləndirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib. Qeyd olunub ki, miqrant axını terrorizmdən ayrı bir mövzudur və bu mövzuya dövlət qurumları tərəfindən son illərdə sistemli şəkildə toxunulur. “Söhbət prosesə daha çox təşkilatçılıq əlavə etməkdən, gəlmələrin miqrasiya qanunvericiliyimizə riayət etmələrinə nəzarətin gücləndirilməsindən gedir. “Crocus”da baş verən faciə, görünür, bu işin sürətləndirilməsinə təsir edəcək”, – deyə o qeyd edib. Bundan əvvəl Rusiya Əmək Nazirliyinin miqrantlarla bağlı qanun…

Read More
Dünya 

Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur

Rusiya Vaşinqtonun Dünya okeanının yeddi regionunda kontinental şelfin xarici sərhədlərini birtərəfli qaydada dəyişdirmək cəhdləri ilə əlaqədar bu ölkəyə rəsmi etiraz bəyanatı ünvanlayıb. Bəyanat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib. Sözügedən etiraz bəyanatı martın 18-dən martın 29-dək Yamaykanın paytaxtı Kinqstonda keçirilən Beynəlxalq Dəniz Dibi Təşkilatının sessiyasında da səsləndirilib. Moskva hesab edir ki, ABŞ öz hərəkətləri ilə birtərəfli qaydada bütün dünya birliyinin yurisdiksiyasında olan dəniz dibinin sahəsini azaltmağa və öz istifadəsi üçün şelfdə əlavə ərazilər əldə etməyə çalışır. “ABŞ-nin birtərəfli addımları beynəlxalq hüquqla müəyyən edilmiş qayda və prosedurlara uyğun gəlmir”, –…

Read More
Dünya 

“Crocus City Hall”dakı terroru törədənlərlə bağlı YENİ DETALLAR

“Crocus City Hall” konsert kompleksində terror aktının təşkilatçıları Mərkəzi Asiyada yerləşən ölkələrindən birində də oxşar hadisə törətmək niyyətində olublar, lakin onun qarşısı alınıb. Rusiya mətbuatı bu barədə məlumatlı mənbəyə istinadən xəbər yayıb. Mənbə terror aktının hazırlandığı ölkənin adını çəkməsə də, bunun “Crocus City Hall”dakı hücumla eyni vaxtda baş verməli olduğunu qeyd edib. İnformasiyanı təqdim edən şəxs törədilən terror aktının bəzi təfərrüatını da açıqlayıb. Onun sözlərinə görə, cinayətkarlar konsert zalını benzin ilə yandırıblar. “Qrupun üzvləri klassik mənada mütəşəkkil terror təşkilatının üzvləri deyil, onlar heç bir struktur çərçivəsində mövcud olmayıblar, terror aktını…

Read More
Dünya 

Mərakeşdə şəhərin səması qırmızıya boyandı – VİDEO

Mərakeşin şimal-şərqində yerləşən Berkan şəhərini güclü qum fırtınası bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qum fırtınası nəticəsində səmanın qızılı-qırmızı rəngə boyandığını görmək mümkündür. Mərakeş Meteorologiya Baş İdarəsinin məlumatına görə, qum fırtınası ölkənin digər bölgələrində də yaşana bilər. Mənbə: World News

Read More
Dünya 

Evində “Yaşasın Putin”, “Makron fırıldaqçıdır” şüarları aşkarlanan fransalı saxlanıldı

Emmanuel Makronun Ukraynada davam edən müharibəyə hərbçi göndərmək barədə açıqlamasına və onun ölkə daxilində yürütdüyü siyasətə etiraz etmək istəyən Fransa vətəndaşı saxlanılıb. Polisə onun aksiyaya hazırlaşması barədə məlumatı etirazçının kirayədə qaldığı evin sahibi verib. Evdə axtarış aparan polislər “Yaşasın Putin”, “Makron fırıldaqçıdır”, “Makron burnunu kokainlə pudralayan dəli psixopatdır, bizi müharibəyə aparmaq istəyir” yazılmış plakatları aşkar ediblər. 51 yaşlı şübhəli polis tərəfindən saxlanılıb. O, aksiyaya hazırlaşdığını etiraf edib. Həmin şəxs qanunsuz aksiya keçirmək niyyətində olduğuna görə pul cəriməsi ödəyəcək. Mənbə: Lemediaen442.fr

Read More
Dünya 

Moskvada terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri – VİDEO

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı həlak olan etnik azərbaycanlı Vüqar Hüseynov qəhrəmanlıq nümayiş etdirib. Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Atışma başlayanda o, digərləri ilə birlikdə evakuasiya olunmağa çalışsa da, bir qrup yaraqlıya rast gəlib. Bu zaman Vüqar qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib – kadrlarda Vüqarın əynində yaşıl gödəkçə var. Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, lakin “Piknik”in konsertinə gələn digər insanları tərk etməyib. Bir…

Read More
Dünya 

İrəvanda polis idarəsi yaxınlığında qumbara partladıldı, yaralılar var – VİDEO

İrəvanın Nor-Nork rayonunda polis idarəsi yaxınlığında qumbara partlayıb. Ölkə mediasının ilkin məlumatlarına görə, insident nəticəsində yaralılar var. Qumbaranın “Döyüş Qardaşlığı”nın üzvləri tərəfindən partladıldığı iddia olunur. Dəstə üzvləri Qazaxın işğal altındakı kəndlərinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Onlardan 49 nəfərinin həbs olunduğu bildirilib.  

Read More
Dünya 

“Crocus City Hall”dakı dəhşətli terrorun yeni detalları məlum olub – FOTO/VİDEO

Terrorçuların “Crocus City Hall”dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahidə mütəxəssisləri ağ rəngli “Renault”nun marşrutunu tez bir zamanda bərpa edib, terrorçuları saxlamağa kömək ediblər. Mənbə: Mash

Read More