Dünya 

Ərdoğan: “Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq, Rusiya xalqının ağrısını paylaşırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Moskva vilayətindəki “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Rusiya hökumətinə və xalqına başsağlığı verib. Bu barədə o, Ankarada keçirilən böyük mitinqdə xalqa müraciətində bəyan edib. Prezident Moskvada konsert salonunda törədilən terror hücumunu şiddətlə qınadıqlarını vurğulayıb. “Terror kimdən gəlirsə-gəlsin, törədən kim olursa-olsun, qəbuledilməzdir. Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq, Rusiya xalqının ağrısını paylaşırıq”, – deyə dövlət başçısı vurğulayıb. Mənbə: “Anadolu” Agentliyi

Read More
Dünya 

“Crocus City Hall”da terror törədənlərin başçısı olduğu ehtimal edilən şəxs dindirildi – VİDEO

Moskvadakı “Crocus City Hall” kompleksində baş verən terror aktını törədən şəxslərin başçısı olduğu iddia edilən şübhəli saxlanılıb. Sosial şəbəkələrdə onun dindirilməsinin görüntüləri yayılıb. Şübhəlinin sözlərinə görə, o, magistral yolda yerləşən yataqxanada Muhammad adlı şəxslə yaşayıb. Daha sonra terrordan 10-12 gün əvvəl “Telegram”da Abdulla adlı şəxslə tanış olub. Abdullah qohumlarından avtomobil alaraq taksi kimi işlədib. Saxlanılan şəxslə tərcüməçi vasitəsilə tacik dilində ünsiyyət qurulub. Xatırladaq ki, bundan əvvəl daha bir şübhəlinin dindirilməsinin görüntüləri yayılıb. O, 500 min rubl (təxminən 9200 manat) müqabilində terror törətdiyini etiraf edib.  

Read More
Dünya 

Putin Moskvada baş verən terrordan danışdı, milli matəm günü elan edildi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edib. O, konsert kompleksində onlarla dinc, günahsız insan, o cümlədən uşaqlar, yeniyetmələr və qadınların həlak olduğunu bildirib və bu hadisəni qanlı, barbar terror aktı adlandırıb. “O ki, qaldı istintaqa, hadisəni törədən dörd nəfərin hamısı tapılaraq saxlanılıb. Onlar Ukraynaya tərəf qaçmağa cəhd ediblər. Burada ilkin məlumatlara görə, sərhədi keçmələri üçün “pəncərə” yaradılıb. Ümumilikdə 11 nəfər saxlanılıb”, – deyə Putin qeyd edib. Rusiya prezidenti hər kəsə lazımi yardımı göstəriləcəyini vurğulayıb və yaxınlarını itirən hər kəsə…

Read More
Dünya 

“Crocus City Hall”da terror anının daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” – VİDEO

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir. Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub. Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür. Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, – dediyi eşidilir. Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.  

Read More
Dünya 

Moskvada Qırmızı meydana giriş bağlanıb – VİDEO

“Crocus City Hall” konsert kompleksində baş verən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıblar. Meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir. Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Hadisə zamanı 62 nəfər ölüb, 147 nəfər yaralanıb. Mənbə: TASS

Read More
Dünya 

Moskvada konsert zalında atışma: Xeyli sayda ölən və yaralanan var – VİDEO

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb. Bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” “Telegram” kanalları məlumat verib. “Baza”nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.  

Read More
Dünya 

Rusiyadan LGBT hərəkatına zərbə

Rusiyada Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rosfinmonitorinq) ölkədə qadağan olunmuş LGBT beynəlxalq ictimai hərəkatını terrorçular və ekstremist təşkilatlar siyahısına əlavə edib. Bu barədə xidmətin saytında məlumat verilib. Siyahıya həmçinin təşkilatın struktur bölmələri də daxil edilib. Xatırladaq ki, 2023-cü ilin noyabrında Rusiya Federasiyasının Ali Məhkəməsi Rusiya Federasiyası Ədliyyə Nazirliyinin LGBT hərəkatının ekstremist təşkilat kimi tanınması ilə bağlı iddiasına baxıb və təmin edib. Mənbə: octagon.media

Read More
Dünya 

Zaxarova: “Qərb aqressiv şəkildə Rusiya Federasiyasının MDB ölkələri ilə birliyini pozmağa çalışır”

“Qərb aqressiv informasiya kampaniyaları ilə Rusiya Federasiyasının MDB ölkələri ilə birliyini pozmağa çalışır, bunun birliyə üzv dövlətlər üçün faciəvi nəticələri var”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasında postsovet məkanında informasiya təsirinin işinə həsr olunmuş iclasda deyib. “Məhz bu obyektiv şəkildə formalaşmış birlik və yaxınlığı Qərbin Rusiyaya və qonşularımıza qarşı aqressiv informasiya kampaniyaları ilə pozmağa çalışırlar. Bu cür hərəkətlər, ilk növbədə, postsovet məkanı ölkələri üçün ən faciəli nəticələrə gətirib çıxarır”, – deyə Zaxarova bildirib. Eyni zamanda diplomat qeyd edib ki, Qərbin təsiri bu ölkələr üçün qaçılmazdır…

Read More
Dünya 

Paşinyan Metsamor AES-in yeni blokunun 2036-cı ilə qədər istifadəyə veriləcəyini açıqlayıb

“Ermənistan Metsamor Atom Elektrik Stansiyasının (AES) yeni enerji blokunu indikinin istismar müddətinin sonuna – 2036-cı ilə qədər istifadəyə vermək niyyətindədir”. Bunu baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən beynəlxalq nüvə enerjisi sammitində çıxışı zamanı deyib. O xatırladıb ki, 2023-cü ilin dekabrında ölkə hakimiyyəti Metsamor AES-in istismar müddətini 2026-cı ildən 2036-cı ilə qədər uzatmaq barədə qərar qəbul edib. “Bu uzadılma Ermənistan AES-in uzadılmış müddətinin sonuna kimi yeni enerji blokuna rəvan keçid üçün möhkəm zəmin yaradacaq ki, bu da bizim əsas məqsədimizdir. Bununla əlaqədar Ermənistan MAQATE və tərəfdaş ölkələrlə hazırkı enerji blokunu əvəz etmək…

Read More
Dünya 

Zurabişvili Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib. Təbrik Zurabişvilinin “Facebook” səhifəsində dərc olunub. “Soydaşlarımızı, azərbaycanlıları Novruz Bayramı münasibətilə təbrik edirik! Təbiətin yenilənməsini təcəssüm etdirən bu gözəl bahar bayramı hər birinizə sevinc və firavanlıq gətirsin!” – deyə Gürcüstan prezidenti yazıb.

Read More