Dünya 

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı – red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinyan Tavuş sakinlərinin xəbərdarlıq edib ki, Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmasa, bunun nəticəsi İrəvan üçün çox ağır olacaq. “Müharibə baş versə, nə ilə nəticələnəcəyini də mən yaxşı bilirəm. Sonra siz Respublika meydanında qarşılaşanda mənə deyəcəksiniz ki, yaxşı, deyək ki, biz sadə kəndlilərik, məlumatımız yox idi, amma siz axı hər şeyi bilirdiniz”, – deyə Ermənistan hökumətinin…

Read More
Dünya 

Gürcüstanda LGBT təbliğatına qarşı qanun layihəsi hazırlanıb

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşırlar. Bu açıqlama barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze çıxışında məlumat verib. O, LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini açıqlayıb: “Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost, tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.

Read More
Dünya 

Ümrə ziyarətindən qayıdan şəxs SAXLANILDI – Qəribə səbəb

Tacikistanda Ümrə ziyarətindən gələn şəxs saxlanılıb. Buna səbəb X.Murodillozoda adlı şəxsin ziyarətdən qayıtdıqdan sonra 100 nəfərlik şənlik təşkil etməsi olub. Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb. “Murodillozoda ölkənin adət-ənənələrini, bayram və mərasimlərin tənzimlənməsi haqqında qanununu pozub. Bu tədbir zamanı o, müxtəlif yeməklər hazırlamaqla israfçılığa yol verib”, – deyə məlumatda bildirilir. Murodillozoda barəsində 481-ci maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. İş baxılması üçün Pencikent Şəhər Məhkəməsinə göndərilib. Qeyd edək ki, martın 9-da Tacikistan Prezidenti müqəddəs Ramazan ayı ərəfəsində ictimaiyyət nümayəndələri, elm və din xadimləri ilə görüşərək vətəndaşları Həcc…

Read More
Dünya 

Qazaxıstanda çayların donunu açmaq üçün unikal üsuldan istifadə etdilər – VİDEO

Qazaxıstanın şərqində donmuş çaylarda partlayış işləri aparılır. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Departamenti məlumat yayıb. Qeyd olunur ki, Maleyevsk və Zubovsk kəndləri ərazisində Buxtarma çayında buzqırma işləri aparılır. Bildirilir ki, partlayan buzun ümumi həcmi 29 min kubmetr təşkil edib. Mənbə: Sputnik Qazaxıstan

Read More
Dünya 

Matviyenko Rusiyada keçirilən seçkinin yekun nəticəsindən danışıb

“Seçkinin əsas nəticəsi ondan ibarətdir ki, Vladimir Putin Rusiyanın müasir seçki tarixində görünməmiş yüksək seçici fəallığı şəraitində keçən səsvermədə inamlı qələbə qazandı”. Bu açıqlama ilə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib. Valentina Matviyenko bildirib ki, Vladimir Putin inamlı qələbə qazanmaqla öz siyasi kursunu davam etdirmək üçün Rusiya vətəndaşlarından legitim mandat alıb. “Mən Vladimir Vladimiroviç Putini layiqli qələbə münasibətilə təbrik etmək istəyirəm”, – deyə V.Matviyenko fikrini tamamlayıb. Mənbə: TASS

Read More
Dünya 

Rusiya səfiri ABŞ rəhbərliyinə nota göndəriləcəyini dedi: “Bir neçə dəqiqə vaxtım olacaq”

Rusiya diplomatları ABŞ hakimiyyətinə nota göndərəcəklər. Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bəyanat verib. Məlumata görə, buna səbəb prezident seçkisində səsvermə günü Rusiyanın Vaşinqtondakı səfirliyində ABŞ Dövlət Departamentinin məxfi xidmətinin hərəkətləri olub. Səfirin sözlərinə görə, məxfi xidmət Rusiya səfirliyinin girişini bağlayıb və səsverməyə gələn Rusiya vətəndaşları üçün maneələr yaratmağa çalışıb. Həmçinin təxribatçılar tərəfindən ajiotaj hallarına da yol verilib. “Həm Ağ Evdə, həm də Dövlət Departamentində keçirilən görüşlərdə, müntəzəm görüşlərdə, şübhəsiz ki, səfirliyin təhlükəsizliyi ilə bağlı ən sərt etirazımı bildirmək üçün bir neçə dəqiqəm olacaq”, – deyə diplomat vurğulayıb. Mənbə:…

Read More
Dünya 

Bu gün Çanaqqala Zəfərinin 109-cu ildönümüdür

Bu gün qardaş Türkiyə Canaqqala zəfərinin 109-cu ildönümünü qeyd edir. Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb. Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı. 1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub. Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər…

Read More
Dünya 

Avropadakı kəskin istilərin səbəbi bəlli oldu

Son illər ərzində Arktika və Qrenlandiyada buz örtüyünün sürətlə əriməsi Avropada kəskin istilərə səbəb olub. Belə qənaətə Britaniya okeanoloqlarından ibarət qrup gəlib Onlar Şimali Atlantikada dəniz suyunun duzluluğundakı dəyişiklikləri tədqiq ediblər. Tədqiqatda 1979-2022-ci illəri əhatə edən məlumatlardan istifadə olunub. Alimlər buzlaqlardakı suyu təhlil edərək, şirin suyun necə yayıldığını və bunun okeanların duzluluğuna necə təsir etdiyini öyrəniblər. Tədqiqatçılar ən isti və ən soyuq 10 dövrün təhlili əsasında Avropa üçün yay hava proqnozu hazırlayıblar və məlum olub ki, şirin suyun okean suyu ilə qarışması nəticəsində hava siklonlarında dəyişiklik meydana gəlir. Bu isə…

Read More
Dünya 

Vladimir Putin prezident seçkisində qalib gəldi – RƏSMİ

Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib. Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir. İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb. Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19  faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.

Read More
Dünya 

Fransalı siyasətçi: “Makron ölkəni hər cəhətdən məhv edir”

Fransada getdikcə daha çox siyasətçi Makronun adekvatlığına şübhə etməyə başlayıb. Belə ki, Vətənpərvərlər partiyasının lideri Florian Filippot bildirib ki, Fransa prezidentinin bir çox bəyanatları çılğın görünür və çaşqınlıq yaradır. “İzvestiya” ilə söhbətində o vurğulayıb ki, fransız əsgərləri Ukraynaya getməyə qətiyyən həvəs göstərmirlər və hərbi avantüra, xüsusən də artıq NATO-ya yatırılan milyardlar fonunda Parisi məhv edə bilər. “Bunlar Makronun məsuliyyətsiz bəyanatlarıdır, çünki biz fransızlar daimi eskalasiyaya deyil, dinc danışıqlara çalışmalıyıq. Biz vəziyyəti gərginləşdiririk, tanklar, təyyarələr, uzaqmənzilli raketlər və indi də əsgərlər göndəririk. Bunların heç biri məntiqli deyil. Bu narahatedicidir və sülhə töhfə…

Read More