Dünya 

Misirdə Ramazan serialının çəkilişindən sonra kinostudiya yandı – VİDEO

Misirin paytaxtı Qahirədə ərəb dünyasının ən məşhur və ən qədim kinostudiyalarından biri sayılan “Əl-Əhram” kinostudiyasında yanğın olub. Kadrlar sosial şəbəkələrdə yayılıb. Yanğın müqəddəs Ramazan ayı barədə teleserialının çəkilişindən 24 saat sonra başlayıb və qısa zamanda yaxınlıqdakı üç binaya yayılıb. Yanğının söndürülməsinə altı saatdan çox vaxt sərf olunub, bu müddət ərzində isə kinostudiya tamamilə yanıb.  

Read More
Dünya 

Zaxarova: “Ermənistan Qərb ssenarilərinə aldanmamalıdır, bu, çox təhlükəli ola bilər” – VİDEO

“Ermənistanın məsuliyyətdən yayınmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gizlənməsinə ehtiyac yoxdur”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova müsahibəsində deyib. “Ermənistanın KTMT-dən mümkün çıxışı ölkənin real ehtiyaclarına əsaslanmalıdır. Bu qərar respublikanın ilkin milli maraqlarına uyğun gəlmir və Brüsseldə haradasa hazırlanıb”. Diplomat qeyd edib ki, hər bir ölkənin istədiyi ittifaqlarla münasibətləri inkişaf etdirməyi seçmək hüququ var, lakin bu, reallığa və ölkənin real ehtiyaclarına əsaslanaraq edilməlidir. O əlavə edib ki, Qərb ssenarilərinə aldanılmamalıdır, dilxoşluq çox təhlükəli ola bilər, çünki söhbət təhlükəsizlik məsələlərindən gedir. Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan…

Read More
Dünya 

İran Ermənistana “Shahed” kamikadze dronlarını satmağa hazırlaşır?

İran Ermənistana “Shahed” kamikadze dronlarını satmağa hazırlaşır. Bu iddia ilə Ermənistan mətbuatı və sosial şəbəkənin müvafiq seqmentində çoxsaylı çıxışlar olub. İddiaya görə, Ermənistan KİV-ə məlumat İranın Müdafiə Nazirliyindəki mənbədən daxil olub. Yayılan bu xəbərlərə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani münasibət bildirib. M. R. Aştiani vurğulayıb ki, İran müdafiə sektorunda əməkdaşlıqla bağlı müxtəlif ölkələrlə müzakirələr aparıb. O, bu ölkələrin arasında Qətərin, Türkiyənin, Rusiyanın və Ermənistanın da olduğunu bildirsə də, əlavə edib ki, konkret “Shahed” kamikadze dronlarının Ermənistana satılması ilə bağlı İrəvanla heç bir müzakirə aparılmayıb. Mənbə: “IRI2day” “Telegram” kanalı

Read More
Dünya 

Türkiyədə dəhşətli yanğın: Qatı tüstü kilometrlərlə məsafədən göründü – VİDEO

Türkiyənin İzmir şəhərində dəhşətli yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Bildirilib ki, hadisə Kemalpaşa rayonunda logistika şirkətinin anbarında baş verib. Şahidlərin sözlərinə görə, qatı tüstü kilometrlərlə uzaqdan görünüb. Əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanığının səbəbi, həmçinin zərərçəkənlər barədə məlumat verilməyib. Mənbə: IHA

Read More
Dünya 

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb: Ölənlər var

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb. Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı ikisi körpə olmaqla azı 8 nəfər ölüb. Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları dörd nəfəri xilas edib. Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib. Mənbə: CNN Türk

Read More
Dünya 

Türkiyə ordusu İraqın şimalında üç terrorçunu zərərsizləşdirib – FOTO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında, “Pəncə Kilit” əməliyyat bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində üç PKK terrorçusu zərərsizləşdirilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında yerləşdirilib. Məlumatda, həmçinin qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək üçün effektiv və qətiyyətlə əməliyyatları davam etdirəcək.

Read More
Dünya 

Husilər gəmi hücumlarını genişləndirdilər: Növbədə Hind okeanıdır

Yəmən husiləri İsraillə əlaqəli gəmilərin Hind okeanından Ümid burnu (CAR, Kap yarımadasının cənubu) istiqamətində keçməsinin qarşısını alacaqlar. Bu barədə “Ənsar Allah” hərəkatının lideri Əbdül Malik əl-Husi xəbərdarlıq edib. “Bizim əsas vəzifəmiz düşmən İsraillə əlaqəli gəmilərin təkcə Ərəb dənizi, Qırmızı dəniz və Ədən körfəzindən deyil, həm də Hind okeanından Ümid burnuna doğru keçməsinin qarşısını almaqdır. Bu, mühüm addımdır və bununla bağlı əməliyyatlarımıza başlamışıq”, – deyə husi lideri bildirib. Yeri gəlmişkən, Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi martın 14-dən 15-nə keçən gecə Hudeydanın (Yəmən) 50 mil cənub-qərbində gəmiyə hücum…

Read More
Dünya 

KİV: Rusiya Böyük Britaniya müdafiə nazirinin olduğu təyyarədə siqnalları “söndürdü”

Böyük Britaniya müdafiə nazirinin rəhbəri Qrant Şappsın Polşadan Böyük Britaniyaya səfəri zamanı istifadə etdiyi təyyarədə peyk siqnalı 30 dəqiqə ərzində itib. Yaranan nasazlıqda London Rusiyanı şübhəli bilib. Bu barədə hökumətdəki mənbəyə istinadla “Times”, “Guardian” və “Daily Telegraph” kimi nəşrlər məlumat verib. Bildirilir ki, təyyarə Rusiyanın Kalininqrad şəhəri yaxınlığında uçarkən siqnal yoxa çıxıb. Qeyd olunub ki, yarım saat ərzində mobil qurğular internetə qoşula bilməyib, GPS itib və təyyarə yerini təyin etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur olub.

Read More
Dünya 

Moskva metrosunda kişi sevgilisini qatarın altına atdı – VİDEO

Rusiyanın paytaxtı Moskvada metroda tanışını qatarın altına itələyən şəxs saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında məlumat verib. Bildirilib ki, hadisə ötən gecə metronun “Voykovskaya” stansiyasının Zamoskvoretskaya xəttində baş verib. Cütlük platformada dayanarkən mübahisə edib və hirsli kişi sevgilisini yerə yıxıb. Sonra o, şahidlərə əhəmiyyət verməyərək onu birbaşa yaxınlaşan elektrik qatarının altına atıb. Sürücü cəld reaksiya verib və təcili əyləci basıb, hadisə nəticəsində qız xəsarət almayıb. Hadisənin şahidi kişinin qaçmasına imkan verməyib. Bundan sonra polis şübhəli şəxsi saxlayıb. Mənbə: gazeta.ru

Read More