Dünya 

Rusiyada mədən işçilərini daşıyan helikopter sərt eniş edib: Ölən və yaralananlar var

Rusiyanın Maqadan vilayətində mədən işçilərini daşıyan “Mi-8” helikopteri sərt eniş edib. Hadisə nəticəsində ölənlər və yaralananlar var. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib. Onun sözlərinə görə, Kvartsevı mədənindən Omsukçana yollanan helikopterin göyərtəsində 20 nəfər olub. “Onlardan təəssüf ki, bir nəfər ölüb, ikisinin vəziyyəti ağırdır”, – deyə agentliyin nümayəndəsi bildirib. Qalanlarının taleyi barədə açıqlama verilməyib. Qəza yeri mədəndən təxminən 13-15 kilometr aralıda yerləşir. Xatırladaq ki, ötən ay Kareliyada da helikopter qəzası baş verib. Hadisə nəticəsində “Mi-8”in bütün ekipaj üzvləri həlak olub. Mənbə: rg.ru

Read More
Dünya 

Polşa 50-dən çox ölkədən öz səfirlərini geri çağırmağa başlayıb

Polşa 50-dən çox ölkədə səfirlik missiyasını başa çatdırır. Bu barədə respublika Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Rəsmi versiyaya görə, bu addım bu gün Polşa xarici siyasətinin qarşısında duran mürəkkəb problemlərin daha yaxşı peşəkar həllinə kömək etməlidir. Polşa səfirlərinin geri çağırılması proseduruna artıq başlanılıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Zaxarova Makronun hərbi cəhdləri barədə: “Sabun köpüyüdür” – VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması ilə bağlı fəaliyyəti barədə fikrini bildirib. O, NEWS.ru müxbirinin bu barədə sualına cavab olaraq bunun cəfəngiyyat olduğunu deyib. “Fransa öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması istiqamətində işlərə başlayıb. Bu təklifi Baltikyanı ölkələr də dəstəkləyiblər. Parisə cavab olaraq Rusiya Ukraynada eskalasiyaya qarşı ölkələrin koalisiyasını yarada bilərmi?” – deyə müxbir soruşub. “Bilirsinizmi, Makronun bu təklifi Yelisey sarayının növbəti “sabun köpüyü”ndən başqa bir şey deyil. Biz belə işlərlə məşğul olmuruq”, – deyə…

Read More
Dünya 

Rusiyadan Finlandiyaya xəbərdarlıq: “Əvvəl yox idi, indi olacaq”

Finlandiya NATO-ya daxil olduqdan sonra onun sərhədləri yaxınlığında Rusiya qoşunları və məhvetmə sistemləri peyda olacaq. Bunu martın 13-də Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib. “Bizim orada qoşunlarımız belə yox idi, biz bütün qoşunları oradan, Rusiya-Finlandiya sərhədindən çıxarmışdıq. Niyə bunu etdilər?.. Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır. Bununla belə, qərar vermək onların ixtiyarındadır. Onlar belə qərar verdilər. Amma bizim orada qoşunumuz yox idi, artıq olacaq. Orada heç bir dağıdıcı sistem yox idi, amma indi görünəcək”, – deyə o, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması…

Read More
Dünya 

Putin: “Rusiya nüvə müharibəsinə hazırdır”

Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bəyan edib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Söhbət Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə xələl gətirməkdən gedirsə, biz (nüvə) silahdan istifadə etməyə hazırıq”, – deyə Putin vurğulayıb. Mənbə: osnmedia.ru

Read More
Dünya 

Gürcüstanın baş naziri Azərbaycan və Ermənistan səfirləri ilə regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb. Məlumata görə, baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib. Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb. Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb. Mənbə: Sputnik Georgia

Read More
Dünya 

Ermənistanın KTMT-dən çıxmasının hansı təhlükələri var? – Hərbi ekspert açıqladı

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalı azdır, çünki ölkənin təklikdə mövcudluğu onun yoxa çıxmasına səbəb olacaq. Bunu Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetindəki sosial-psixoloji proseslər və siyasi təhlil şöbəsinin müdiri Andrey Koşkin NEWS.ru ilə söhbətində bildirib. Onun sözlərinə görə, həqiqətən də Rusiya ilə münasibətlərdə gərginlik var, lakin ölkələr əlaqələr qurmaqda davam edir. Politoloqun fikrincə, İrəvandakı bu cür əhval-ruhiyyə Qərbin Rusiya ilə Ermənistanı ayırmaq və Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq istəyindən irəli gəlir. Bununla belə, o qeyd edir ki, Rusiyanın Ermənistanda təsirini davam etdirməsində maraqlı…

Read More
Dünya 

Bankdan sonra Vardanyanın restoranı da satıldı

Qarabağdakı separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin adına olan İrəvandakı “Cactus” restoranı erməni iş adamı Narek Nalbandyan tərəfindən alınıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir müddət bundan əvvəl “Bank of Georgia”nın sahibləri Ermənistanın ən böyük bankı – “Ameriabank”ın əsas səhmlərini aldıqlarını elan ediblər. Sözügedən banka Ruben Vardanyan nəzarət edib. Vardanyan özü hələ 2023-cü ildə bankın səhmdarı olduğunu etiraf edib. Əvvəllər o, “Ameriabank”ın Direktorlar Şurasının sədri olub. 2023-cü ilin sonunda bankın aktivləri 1 trilyon 410 milyard dram (3 milyard 480 milyon dollar) təşkil…

Read More
Dünya 

Paşinyanın komandasında xaos: Çaş-baş qalan məmurlar uçurumun kənarında dolanırlar…

“Ermənistan hakimiyyətinin hərəkətlərində məna və məntiq axtarmaq ağıl işi deyil”. Bu fikir Erməni KİV-də dərc olunmuş məqalədə qeyd olunub. Bildirilir ki, artıq Ermənistan hakimiyyətinin qərarları və addımlarını proqnozlaşdırmaq və ya bunu hansısa məntiqə sığdırmaq qətiyyən mümkün deyil. “Birincisi, ona görə ki, onlar yaz fəslində havaların dəyişməsindən daha tez-tez öz niyyətlərini və fikirlərini dəyişirlər. Əgər meteoroloqlar siklonların və isti cərəyanların hərəkətini müşahidə etməklə ən azı hava dəyişiklikləri ilə bağlı proqnozlar verə bilirlərsə, “Vətəndaş sazişi” Partiyasının üzvlərinin əhvalında və niyyətlərində baş verən dəyişikliklər heç bir məntiqə və qaydalara sığmır. Çox güman ki,…

Read More
Dünya 

Paşinyan komanda yoldaşlarını şantaj üçün gizli görüşdən istifadə edəcək?

Vətəndaş Sazişi Partiyasının üzvləri Nikol Paşinyana onun güvəndiyi qədər güvənmirlər. Heç kimə sirr deyil ki, hökumət başçısı deputat həmkarları ilə qapalı görüşlərdə telefonsuz iştirak etməyi tapşırır, hətta danışıqların səsini yazacağından, məlumatların sızacağından ehtiyat edərək hamıdan telefon yığır. Məlumata görə, deputatlar arasında oxşar səviyyədə inamsızlıq Paşinyana qarşı da müşahidə olunur, görünür, komanda yoldaşları ondan nəsə gözləyirlər. Məsələn, son görüşlər zamanı Aİ-yə namizəd olmaq məsələsi gündəmə gələndə, demək olar ki, açıq-aşkar anti-Rusiya və ya Avropayönlü çıxışlar olmayıb. Ola bilsin, əksinə, özünü Sorosçu hesab edən bir çox qərbyönlü deputatlar ya bu görüşlərdə iştirak etməyiblər,…

Read More