Dünya 

Nikol Paşinyan: “Ermənistan sərhədçiləri “Zvartnots” hava limanında xidmətə başlayacaqlar” – YENİLƏNİB

“Ermənistan sərhədçiləri avqustun birindən “Zvartnots” hava limanında xidmətə başlayacaqlar”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, Paşinyan “Zvartnots” hava limanındakı erməni sərhədçilərin  burada sərhəd xidmətini Rusiya tərəfinin köməyi olmadan həyata keçirmək üçün artıq kifayət qədər təcrübə topladıqlarını bildirmişdi. Mənbə: RİA novosti 14:04 “Zvartnots” hava limanındakı erməni sərhədçilər artıq kifayət qədər təcrübə toplayıblar ki, burada sərhəd xidməti Rusiya tərəfinin köməyi olmadan həyata keçirilsin”. Erməni KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, erməni tərəfi Rusiya Sərhəd İdarəsi ilə əlaqə saxlayıb və…

Read More
Dünya 

Yenidən qurulan Ermənistan-İran avtomobil yolunun görüntüləri yayıldı – VİDEO

Ermənistanın yol və şəhərsalma naziri ölkənin Yol və Şəhərsalma İdarəsi tərəfindən yenidən qurulan Ermənistan-İran avtomobil yolunun videosunu paylaşıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. “Ermənistanda yaşayan iranlılar” “Teleqram” kanalının xəbərinə görə, avtomobil yolu artıq istifadəyə hazırdır.

Read More
Dünya 

Rusiyada havada alovlanan təyyarə qəbiristanlığa təcili eniş etdi – VİDEO

Rusiyanın İvanovo vilayətində təyyarə havada alovlara bürünüb. Ehtimallara görə, hava gəmisinin mühərriklərindən biri yanıb. Şahidlər sosial şəbəkələrdə baş verənlərin kadrlarını yayıblar. Hadisə “Severnı” aerodromunun üzərində qeydə alınıb. İlkin məlumata görə, təyyarə yerli qəbiristanlıq ərazisinə təcili eniş edə bilib. Hazırda ərazidə yanğın müşahidə olunur, ərazi qara tüstüyə bürünüb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Mənbə: “BAZA” “Telegram” kanalı

Read More
Dünya 

Nikol Paşinyan: “Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər”

“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib. “Aİ ilə münasibətlərimiz çox aktivdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu güclü əməkdaşlığın təzahürü olacaq bir sıra qərarlar qəbul ediləcək”, – deyə Paşinyan bildirib. Onun sözlərinə görə, xüsusilə də viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə danışmaq olar. Digər mövzu Ermənistanda istehsal olunan mallara güzəştli şərtlərin verilməsidir. Qarşılıqlı fəaliyyətin digər istiqaməti təhlükəsizlik sahəsində əlaqələrin dərinləşdirilməsi, imkanların genişləndirilməsi və Aİ-nin Ermənistandakı missiyasının mandatının uzadılmasıdır (məsələn, daha iki il).…

Read More
Dünya 

Nikol Paşinyan Vətənə qaytarılan Ruslan Pənahov barədə danışdı

“Bakı ilə razılaşma var ki, bütün itkin hərbi qulluqçular tərəflərə təhvil verilsin”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin qaytarılması ilə bağlı bildirib. “Son müzakirələr zamanı belə hallar baş verərsə, hərbçilərin qarşı tərəfə qaytarılması barədə razılıq əldə edilib. Pənahovla bağlı məsələ bu mənada birinci oldu”, – Paşinyan qeyd edib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Paşinyan Ermənistanın KTMT-ni tərk etməsi üçün yekun şərti AÇIQLADI

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək”. Bu açıqlama ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib. N.Paşinyan qeyd edib ki, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. “Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, – deyə N.Paşinyan söyləyib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Paşinyan “Zvartnots” hava limanındakı rusiyalı sərhədçilərlə bağlı danışdı

“Zvartnots” hava limanındakı erməni sərhədçilər artıq kifayət qədər təcrübə toplayıblar ki, burada sərhəd xidməti Rusiya tərəfinin köməyi olmadan həyata keçirilsin”. Erməni KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, erməni tərəfi Rusiya Sərhəd İdarəsi ilə əlaqə saxlayıb və onlara müstəqilliyin əvvəlindən indiyədək göstərdikləri xidmətə, sərhədlərin mühafizəsində göstərdikləri köməyə görə təşəkkür edib. Paşinyan, həmçinin qeyd edib ki, Ermənistanın dövlət institutları inkişaf edir və müstəqil xidmət göstərmək üçün artıq təcrübə toplayıblar.

Read More
Dünya 

Peskov Paşinyanın rusiyalı sərhədçilərlə bağlı bəyanatına reaksiya verdi

“Rusiya Ermənistandan rusiyalı sərhədçilərin “Zvartnots” hava limanında işini dayandırmaları barədə bildiriş alıb, İrəvanla təmaslar davam edir”. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib. “Həqiqətən də, bununla bağlı məktub daxil olub və indi departamentlər arasında təmaslar həyata keçirilir. Hazırda daha çox şey deyə bilmərəm”, – deyə Peskov bildirib. “Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”, – deyə o əlavə edib. Mənbə: TASS

Read More