Dünya 

Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıb

Avropa İttifaqı (Aİ) və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıblar. Diplomatlara respublikada cinayət işləri üzrə qiyabi məhkum olunmuş keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Berlin və Brüsselə səfərindən narahatlıq ifadə olunub. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Onlara Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Aİ və Almaniyaya səfərlərində iştirakı ilə əlaqədar gürcü tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb. Səfirlərə izah edilib ki, Adeişvili bir neçə səs-küylü…

Read More
Dünya 

Rusiyada dəhşətli qəza: Velosipedçi maşının altında qaldı – ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli qəza anının görüntüləri yayılıb. Velosipedçi park edilmiş avtomobillərin yanından keçərkən qəfildən onlardan birinin sürücüsü qapını açıb. Nəticədə velosipedçi yol ilə hərəkətdə olan maşının təkərləri altına düşüb və dünyasını dəyişib. Hadisə elə sürətlə baş verib ki, arxadan gələn sürücü reaksiya verməyə və əyləci basmağa macal tapmayıb. Mənbə: “Baza” “Telegram”

Read More
Dünya 

Alp dağlarında itkin düşən xizəkçilərdən beşinin meyiti tapıldı

İsveçrənin Alp dağlarında itkin düşən altı xizəkçidən beşi həlak olub. Bu barədə Vale kantonunun polisi məlumat yayıb. Bildirilir ki, üç xilasedici və bir polisdən ibarət qrup həlak olanların meyitlərini aşkar edib, altıncı xizəkçinin axtarışları davam edir. Qeyd edək ki, martın 9-da kurort şəhəri Zermattdan gəzintiyə çıxan altı xizəkçi ilə daha sonra əlaqə kəsilib. Bundan sonra onların axtarışlarına başlanılıb. Xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşib. Mənbə: TASS

Read More
Dünya 

Aİ səfirlərindən Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar: Siyahıya kimlər daxil ediləcək?

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri martın 13-də Aleksey Navalnının ölümü ilə bağlı yeni anti-Rusiya sanksiyaları barədə razılığa gəlmək niyyətindədirlər. Bu barədə “EUObserver” portalı məlumat verib. Portalın məlumatına görə, Aİ-nin yeni məhdudiyyətlər sənədi Navalnının həbsində iştirak edən Rusiya həbsxanalarının 35 müdiri və hakimi üçün viza qadağası və aktivlərinin dondurulmasını nəzərdə tutur. Həmçinin Aİ-nin qara siyahısına iki koloniya daxil ediləcək.

Read More
Dünya 

Türkiyədə “xüsusi təhlükəsizlik bölgəsi” elan edildi: Qabara giriş-çıxış bağlandı

Türkiyədə Güçlükonak rayonu sərhədləri daxilində yerləşən Qabar dağı bölgəsi 15 gün müddətinə “müvəqqəti xüsusi təhlükəsizlik bölgəsi” elan edilib. Bu barədə Şırnak valiliyi elan edib. Bildirilir ki, qeyri-qanuni ünsürlərin fəaliyyətinin qarşısının alınması və onlara qarşı görüləcək tədbirlərlə əlaqədar martın 11-dən 25-dək qeyd olunan əraziyə giriş qadağan olunub. “Vətəndaşlarımızın can və mallarının təhlükəsizliyi üçün qeyd olunan ərazilərə daxil olmaları qadağandır”, – deyə məlumatda vurğulanıb. Mənbə: Haber Global

Read More
Dünya 

Yaşar Güler yeni əməliyyatı anons etdi: “Ən qısa zamanda Türkiyəni terror bəlasından xilas edəcəyik”

“Prezident Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi çərçivəyə uyğun olaraq bu yay İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacaq və terror problemini aradan qaldıracağıq”. Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler jurnalistlərə açıqlamasında deyib. O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını anons edib: “Bunun üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki, mübarizə aparırıq”. Nazir qeyd edib ki, ABŞ İŞİD-lə mübarizə adı ilə PKK/YPG/SDG terror təşkilatlarını dəstəkləməyə davam edir.…

Read More
Dünya 

Rusiyadan miqrantlarla bağlı qərar: 15 gün vaxt veriləcək

Rusiya Əmək Nazirliyi miqrantlarla bağlı qanun layihəsi hazırlayıb. Bu qanun layihəsinə əsasən, miqrantların öz profillərinə uyğun işləmədikləri halda Rusiyadan çıxarılmaları nəzərdə tutulur. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Miqrantlara onları dəvət etmiş müəssisələrdə işləməkdən imtina etdikləri təqdirdə ölkəni tərk etmələri üçün 15 gün vaxt veriləcək. Sənəd işəgötürənlərin təşkilati işə qəbulla bağlı marağını artırmaq və bu mexanizmi prioritet kimi təmin etmək məqsədi daşıyır. “Təşkilati işə qəbul çərçivəsində miqrant icazə sənədlərinə uyğun olaraq müəyyən bir işəgötürən üçün işləyəcək. Əgər belə bir işçi təşkilati işə qəbulda iştirak etməyən başqa bir müəssisədə işləmək…

Read More