Dünya 

Makron Zelenski ilə danışdıqdan sonra Kiyevə səfərlə bağlı qərar verdi

Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək. Bu barədə Yelisey sarayından məlumat verilib. Məlumata görə, bu qərar Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra elan edilib. Söhbət zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində əməkdaşlığın gücləndirilməsində qərarlı olduqlarını təsdiqləyiblər. Mənbə: TASS

Read More
Dünya 

Finlandiyada Nazirlər Kabinetinin islahatlarına qarşı tətil başlayıb

Finlandiyada həmkarlar ittifaqları Nazirlər Kabinetinin islahatlarına qarşı ikihəftəlik tətilə başlayıb. Məlumata görə, həmkarlar ittifaqlarının nümayəndələri Petteri Orpo hökumətinin islahatlarına qarşıdırlar. Nazirlər Kabineti pensiya islahatının aparılmasını, xəstəlik məzuniyyəti, işsizliyə görə ödənişlərin, sığorta haqlarının dəyişdirilməsini, işdən çıxarılma prosedurunun sadələşdirilməsini, tətillərin qadağan olunmasını təklif edir. Martın 24-dək davam edəcək tətildə 11 minə yaxın işçinin iştirakı gözlənilir. Etirazlar limanlarda və dəmir yolunda yükdaşımalara təsir göstərə bilər. Mənbə: Gazeta.ru

Read More
Dünya 

ABŞ-də təyyarə qəzası: Ölənlər var – FOTO

ABŞ-nin Virciniya ştatında təyyarə qəzası nəticəsində dörd nəfər ölüb. Məlumata görə, təyyarə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00-da red.) Bat qraflığında İnqalls Fild hava limanının uçuş-enmə zolağının yaxınlığında qəzaya uğrayıb. Hava limanı qəzada dörd nəfərin öldüyünü təsdiqləsə də, sağ qalanların olub-olmaması barədə əlavə məlumat verməyib. Hadisə yerinə yerli fövqəladə hallar xidmətinin əməkdaşları gəliblər. Əyalət polisi və yanğından mühafizə xidməti hava limanında işləyir. Qəzanın səbəbi məlum deyil. Hadisə Federal Aviasiya Administrasiyası və Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırılır.   Mənbə: iz.ru

Read More
Dünya 

Fransada “Monika” fırtınası tüğyan edir: İtkin düşənlər var

Fransada “Monika” fırtınası səbəbindən ikisi uşaq olmaqla 7 nəfər itkin düşüb. Qeyd olunur ki, bu, Qar və Ardeşe departamentlərində baş verib. Dionda körpünü keçmək istəyərkən içərisində evli cütlük, 4 və 13 yaşlı iki uşağın olduğu avtomobili su axını aparıb. Yalnız ana xilas edilib, avtomobil və digər sərnişinlər hələ də tapılmayıblar. Qudarqada iki nəfər – 47 və 50 yaşlı qadınlar avtomobillə İspaniyaya yollanarkən itkin düşüblər. Sen-Martin-de-Valamas şəhərində bir polis məmuru körpünü keçmək istəyərkən su altında qalaraq itkin düşüb. Daha sonra avtomobil körpüdən 300 metr aralıda boş tapılıb. Sərnişin avtomobildən çıxaraq ağacın…

Read More
Dünya 

Maldiv adaları Türkiyə dronları üçün PUA bazası yaradır

Maldiv Respublikası adaların okean ərazilərini izləmək məqsədilə Türkiyədən gətirilən hərbi pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün Maafaru adasında xüsusi baza yaratmağa başlayıb. Məlumata görə, baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır. Bildirilir ki, bir qrup Maldiv hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. Rəsmilər hələlik bu layihə ilə bağlı heç bir məlumat verməyiblər. Mənbə: TASS

Read More
Dünya 

Ərdoğan məşhur müğənni ilə mahnı oxudu – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart bələdiyyə seçkisi üçün gərgin mitinq marafonunu davam etdirir. Dövlət başçısının bugünkü proqramı çərçivəsində böyük İzmir kampaniyası üçün ilk dayanacaq Gündoğdu Meydanı olub. Ərdoğan çıxışından əvvəl izmirlilərə sürpriz edib. O, mitinqdən əvvəl səhnəyə çıxan sənətçi Cengiz Kurtoğlu ilə birlikdə “Duyanlara Duymayanlara” mahnısını ifa edib. Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı – VİDEO

İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatına qarşı Türkiyədə həyata keçirilən “Bozdoğan-11” əməliyyatında 33 şübhəlinin ələ keçirildiyi açıqlanıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir “X” (keçmiş “Twitter”) hesabında etdiyi paylaşımda əməliyyatın Sakarya bölgəsində aparıldığını bildirib. Əməliyyat nəticəsində dörd sənədsiz tapança, iki sənədsiz tüfəng, külli miqdarda xarici valyuta, çox sayda qadağan olunmuş nəşrlər və təşkilati sənədlərin ələ keçirildiyi qeyd olunub.  

Read More
Dünya 

Fransada abortla bağlı qanun qüvvəyə mindi: Dünyada ilk ölkə olacaq ki…

Fransa Konstitusiyasındakı qadının hamiləliyi dayandırmaq hüququnu təsbit edən qanun respublika ərazisində rəsmi şəkildə qüvvəyə minib. Konstitusiyaya edilən müvafiq dəyişiklik hökumətin rəsmi “Journal officiel” qəzetində dərc edilib. “Qanun qadının hamiləliyini könüllü olaraq dayandırmaq azadlığından istifadə etməsi şərtlərini müəyyən edir”, – deyə Fransa Prezidenti Emmanuel Makronun imzaladığı sənəddə bildirilib. Qeyd edək ki, qadınların abort hüququnun konstitusiyaya daxil edilməsi ilə bağlı qərar Fransa parlamentinin hər iki palatasının tarixi Versal sarayında keçirilən konqresdəki iclasından sonra qəbul edilib. 925 deputat və senatordan 780 parlamentari bu təşəbbüsü dəstəkləyib. Konstitusiyaya müvafiq müddəanın daxil olunmasını təklif edən Emmanuel…

Read More