Dünya 

Türkiyədə məktəb mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Türkiyənin Mardin şəhərinin Mazıdağı ərazisində yük maşını və məktəb mikroavtobusunun iştirakı ilə baş verən qəza nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralıların şagird və müəllimlər olduğu bildirilib. Onların hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb. Faktla bağlı araşdırma aparılır. Mənbə: TRT Haber

Read More
Dünya 

Moskvada polis gücləndirilmiş rejimə keçirilib

Moskvada polis gücləndirilmiş iş rejiminə keçirilib. Məlumata görə, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır. Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı iki dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunublar. Mənbə: radio1.ru

Read More
Dünya 

Almaniya ilə Fransa arasında fikir ayrılıqları dərinləşir

Ukraynadakı müharibə Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında inciklik yaradıb. İki lider arasında fikir ayrılıqları getdikcə dərinləşir. Liderlərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibətlərə zərbə vurub. “Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təqdim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, – məlumatda bildirilir. Almaniyanın ABŞ-dən sonra Ukraynaya dəstək göstərən ikinci, Fransa isə 14-cü ölkə olduğu qeyd olunur. Makron fevralın sonunda deyib ki, Qərb ordusunun Ukraynaya göndərilməsi mümkündür. Almaniya rəsmiləri, o cümlədən Şolts isə bu fikirlərə…

Read More
Dünya 

ABŞ üç ölkəyə qoşun yeridəcək

ABŞ Konqresi Sakit Okean ada ölkələrinə ABŞ-nin eksklüziv hərbi mövcudluğu müqabilində 7,1 milyard dollar iqtisadi dəstəyi təsdiqləyib. Bu barədə “Financial Times” nəşrində yazı dərc edilib. Yazıda qeyd olunub ki, söhbət Palau, Marşal adaları və Mikroneziyadan gedir. “ABŞ Konqresi ABŞ-nin Sakit Okean ada ölkələri ilə əsas müqavilələrinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu saziş ABŞ-yə Palau, Marşal adaları və Mikroneziyaya eksklüziv hərbi giriş imkanı verir”, – deyə nəşr bildirib.

Read More
Dünya 

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi – FOTO

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş sazişi” Partiyasının nümayəndələri ilə qapalı görüşündə Misirə ikigünlük rəsmi səfərindən məyus olduğunu gizlətməyib. Bu barədə erməni KİV-də yazı dərc edilib. Nəşr bildirib ki, bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab səfəri olub. Lakin hakimiyyət Paşinyanın səfərinə müəmma və həddindən artıq ciddiyyət qatmağa çalışıb, hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə də şayiələr yayılıb. “Lakin baş nazir səfəri sıradan bir səfər adlandırıb və hətta məyusluğunu belə gizlətməyib ki, bu səfərdən dövlət vəsaitinin israf edilməsindən başqa heç nə əldə edilməyib”, – deyə…

Read More
Dünya 

İstanbulda məscid yaxınlığında güclü yanğın – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində Ortaköy məscidindən təxminən 50 metr aralıda yerləşən binada güclü yanğın baş verib. Yanğın restoranın damında başlayıb. Yanğının tüstüsü qısa müddətdə boğazın bir çox nöqtəsindən görünüb. Hadisə yerinə yanğınsöndürmə briqadaları sövq edilib. Yanğına müdaxilə işləri davam edir.   Mənbə: Milliyet.com.tr

Read More
Dünya 

ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğradı: Hərbçilər həlak oldular – FOTO

ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib. Məlumata görə, hadisə nəticəsində üç nəfər – iki əsgər və sərhəd xidmətinin bir əməkdaşı ölüb, bir əsgər yaralanıb. “Lakota UH-72” helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında, Texas ştatının La-Qrulla şəhərində qəza edib. Hazırda hadisə yerində işlər davam edir. “Lakota UH-72” helikopteri EADS Avropa aerokosmik konserni tərəfindən istehsal edilən yüngül çoxfunksiyalı helikopterdir və ilk uçuşunu 2006-cı ildə həyata keçirib.   Mənbə: Profile.ru

Read More
Dünya 

Paşinyanın hakim partiyaya inamsızlığı artır

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” Partiyasına inamsızlığı artır. Məlumata görə, Paşinyanla qapalı görüşlərdən əvvəl hakim partiyanın bütün deputatlarının telefonları yığılır, həmçinin müzakirə zalında səsboğucular işləyir. Bildirilib ki, son görüşdə də eyni hal təkrarlanıb. Mənbə: Hraparak

Read More
Dünya 

Rusiyada qadın ərinin qətlinə görə sevgilisinə suvenir pullar ödəyib – FOTO

Rusiyanın Moskva vilayətində müstəntiqlər bir nəfəri qətlə yetirməkdə şübhəli bilinən cütlüyü saxlayıblar. Məlumata görə, 38 yaşlı Selyatino kənd sakini sevgilisini ərini öldürməyə razı salıb. Kişi cinayəti həyata keçirmək qərarına gəlsə də, sevgilisi tərəfindən aldadılıb. Qadın sevgilisinə ərinin qəddar olduğunu, ona işgəncə verərək döydüyünü deyib və ərinin qətlinə görə iki milyon rubl (təxminən 37 min manat – red.) təklif edib. Kişi razılaşaraq sevgilisinin yaşadığı evə gəlib. O, ərinin başına balta ilə vurub, sonra isə boynundan bıçaqlayıb. Sifarişçi xanım işin sonunda ona “Zarafat bankı”nın əsginasları (görünüşcə pula oxşayan, lakin saxta olan suvenir pullar)…

Read More