Dünya 

Avropa ərzaq böhranı astanasındadır

Tez-tez baş verən təbii fəlakətlər və bir sıra ölkələrlə münasibətlərin pisləşməsi fonunda Avropada ərzaq böhranı riskləri güclənir. Yeganə sual budur ki, regionda ərzaq qıtlığı tam olaraq nə vaxt yaranacaq? Avropa ənənəvi olaraq taxıl və süd məhsullarından donuz əti və zeytun yağına qədər dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olub. Orta hesabla, qida 2021-ci ildə Avropa ev təsərrüfatlarının xərclərinin yalnız 14%-ni istehlak edib, Nigeriyada bu rəqəm təxminən 60% və Misirdə 40% olub. Ancaq son üç ildə vəziyyət sürətlə pisləşib. Artan hava və iqlim hadisələri mütəmadi olaraq fermerlərə ziyan vurur. Beləliklə, 2022-ci…

Read More
Dünya 

️İrəvan-Moskva gərginliyində yeni mərhələ: Rusiyalı hərbçilər “Zvartnots”dan çıxarılır?

Ermənistan paytaxt İrəvanın “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərin görə, “Zvartnots” hava limanında rusiyalı sərhədçiləri erməni hərbçilərin əvəz etməsi üçün ölkənin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”.

Read More
Dünya 

Saakaşvili Gürcüstandakı siyasi proseslərdə iştirak edə bilməyəcək

“Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğu üçün ölkədəki siyasi proseslərdə iştirak etmək hüququ yoxdur”. Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib. “O, Gürcüstanın yox, Ukraynanın vətəndaşıdır. Buna görə də Gürcüstandakı siyasi proseslərdə iştirak edə bilməyəcək. Yəni o, gürcü siyasətçisi deyil”, – deyə ədliyyə naziri vurğulayıb. Mənbə: Sputnik Gürcüstan

Read More
Dünya 

Zaxarovadan Qərbə təhdid: “ABŞ-nin nüvə obyektləri qanuni hədəflər ola bilər”

“ABŞ-nin Şimali Avropadakı nüvə obyektləri Rusiya ilə NATO arasında birbaşa toqquşma ssenarisində qanuni hədəflər olacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Finlandiyanın yeni seçilmiş prezidentinin bəyanatını şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ-nin nüvə silahı orada görünərsə, Şimali Avropanın təhlükəsizliyi möhkəmlənməyəcək, əksinə, zəifləyəcək. Xatırladaq ki, Finlandiyanın dövlət başçısı Aleksandr Stubb nüvə silahının ölkəsi vasitəsilə daşınmasının mümkünlüyü barədə bəyanat verib. Mənbə: TASS

Read More
Dünya 

Perunun baş naziri qalmaqal fonunda istefa verib

Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib. “Bu gün respublika prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim”, – deyə Otarola bildirib. Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın. Otarola yenə də günahsız olduğunu qeyd edib. “İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb”, – deyə keçmiş sədr qeyd edib. Mənbə: TASS

Read More
Dünya 

Mariya Zaxarova: “Alman jurnalistlər Rusiyanı tərk edəcəklər”

“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları – red.) Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, – deyə Rusiya XİN sözçüsü bildirib. Mənbə: info.sibnet.ru

Read More