Dünya 

2024-cü ildə dünyada maqnit qasırğaları ən pik həddə olacaq

2024-cü il maqnit qasırğalarının ən pik həddə müşahidə olunacağı il olacaq. Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun baş elmi işçisi Sergey Boqaçov çıxış edib. “Bəzən geomaqnit qasırğası hər həftə müşahidə olunacaq”, – deyə S.Boqaçov vurğulayıb. Alim bildirib ki, Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğaları may-iyun aylarına təsadüf edəcək. Mənbə: RİA Novosti

Read More
Dünya 

Qazaxıstanda quyuya düşmüş avtobus tapılıb – VİDEO

Qazaxıstanın Pavlodar vilayətinin Maykainski mədənində uzunluğu 200 metr, eni 500 metr və dərinliyi 150 metr olan təmizləmə quyusuna düşən avtobus tapılıb. Məlumata görə, avtobus Balxaşdan gətirilən, Qazaxıstanın yeganə sənaye georadarından istifadə edilməklə tapılıb. Hazırda ərazidə intensiv qazıntı işləri aparılır. Qeyd edək ki, yanvarın dördündə baş verən qəza zamanı avtobusda üç xilasedici və bir sürücü olub. Mənbə: Sputnik Qazaxıstan

Read More
Dünya 

İranda bu gün dörd nəfər edam edilib – FOTO

İranın Xorasan-e Rəzəvi əyalətinin Səbzvar şəhər mərkəzi zindanında üç, Güney Azərbaycanın Marağa şəhər həbsxanasında isə bir məhbus dar ağacından asılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, edam edilən məhbuslar qəsdən adam öldürmə və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.

Read More
Dünya 

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Yeni öhdəliklər qüvvəyə mindi

2024-cü il yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər. Bu, şəxsən, poçt vasitəsilə və ya Dövlət Xidmətləri vasitəsilə edilə bilər. Bu barədə federasiyada bu gündən qüvvəyə minmiş qanunda deyilir. Bildirilir ki, əcnəbi vətəndaş patent verildiyi gündən iki ay ərzində işə qəbul barədə bildiriş təqdim etməyə borcludur. Qanun qüvvəyə minməmişdən əvvəl əcnəbilər üçün patent verildiyi andan iş müddəti məhdud deyildi. Onlar bu sənədin pulunu ödəyə və qanuni olaraq Rusiyada qala bilərdilər.…

Read More
Dünya 

Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətindədir

Avropa Şurasının rəhbəri Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk edərək Avropa Parlamentinə seçkidə iştirak etməyi planlaşdırır. Mişelin Avropa Şurasının rəhbəri kimi mandatı 2024-cü ilin noyabrında başa çatır, lakin o, jurnalistlərə izah edib ki, Avropa Şurası və Parlamentdəki işi birləşdirə bilməz. O, iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir. Qeyd edək ki, Mişel Avropa Parlamentinin deputatı seçilərsə, Aİ liderləri Avropa Şurasındakı vakant postu doldurmaq üçün tez bir zamanda xələflə razılaşmalı olacaqlar. Əgər bunu etməsələr, iyul ayında Macarıstan Aİ Şurasına sədrlik edəcək, çünki rəhbərlik Macarıstanın Baş naziri…

Read More
Dünya 

Uçuş zamanı gövdəsinin bir hissəsi qopan təyyarə ABŞ və Avropada istismardan çıxarılıb

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi “Boeing 737 MAX 9” sərnişin təyyarəsi ilə bağlı son insidentdən sonra bu tipli təyyarələrin istismarının dayandırılması barədə göstəriş verib. Buna səbəb ABŞ-nin “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarədəki insident olub. Türk Hava Yollarına aid beş “Boeing 737 MAX 9” təyyarəsi də yoxlamaya cəlb olunub. Texniki araşdırmalar tamamlanana qədər Türk Hava Yolları bu beş təyyarəni endikləri ilk hava limanındaca xidmətdən çıxarmağa qərar verib. ABŞ tənzimləyiciləri  təhlükəsizlik yoxlamaları üçün 171 “Boeing 737 MAX 9” təyyarəsinin uçuşlarını dayandırıb. Qeyd edək ki, Alyaska Hava Yollarına məxsus yeni sərnişin təyyarəsi uçuşun 20-ci dəqiqəsində füzelyajın…

Read More
Dünya 

Yaponiyada qeyri-adi zəlzələ baş verib

Yaponiyanın mərkəzi bölgəsində ziddiyyətli xüsusiyyətlərə malik qeyri-adi zəlzələ baş verib. Ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub – bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir. Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər. Qeyd edək ki, bu həftə Yaponiya Meteorologiya Agentliyi bir dəfə səhvən yeni güclü zəlzələ barədə elan edib – elə həmin günün axşam…

Read More
Dünya 

Almaniyanın məşhur şəhərində epidemiya elan edildi

Almaniyanın Münhen şəhərində qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib. Münhendə qripə yoluxanların sayı son üç həftə ərzində sürətlə artmağa davam edir. Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub. Robert Koç İnstitutu yeni epidemiyanın əlamətlərini də açıqlayıb. Məlumata görə, yeni xəstəlik qrip, yüksək hərarət, titrəmə, tərləmə, yorğunluq, baş ağrısı, oynaq ağrıları, öskürək, boğaz ağrısı, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir. Xəstələrin üçdə birində yüngül, digərlərində isə ağır simptomlar müşahidə olunur. Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri təxminən 16…

Read More
Dünya 

Fidan və Blinken Bakı-İrəvan danışıqlarını müzakirə etdi – YENİLƏNİB + FOTO

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib. Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginliyin yaranmasını istəmir. Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib. Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb. Mənbə: TRT 15:50 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan…

Read More
Dünya 

Türkiyədə bir tondan çox narkotik müsadirə edildi, yüzlərlə saxlanılan var – VİDEO

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib. Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib. “Əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb”, – deyə Yerlikaya bildirib. Qeyd edək ki, əməliyyatda 332 komanda, 1375 şəxsi heyət, bir təyyarə və doqquz it iştirak edib. Mənbə: trthaber

Read More