Dünya 

Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı – YENİLƏNİB

Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb. Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb. Xilasedicilər zəlzələlər nəticəsində uçan evin dağıntıları altında 120 saatdan çox qalan qadını sağ tapıblar. Qeyd edək ki, xilas edilən qadının 90-dan çox yaşı var. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mənbə: TASS 10:00 Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb. Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyiblər. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu…

Read More
Dünya 

Fransada son altı ildə rekord sayda şirkət müflis olub

2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Bu barədə cümə günü Fransa Bankının saytında dərc edilən hesabatda deyilir. “2023-cü ildə müflisolmaların  sayı dekabrın sonuna kimi 55492-yə yüksəlib”, – deyə hesabatda qeyd olunub. Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır. Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə…

Read More
Dünya 

ABŞ dövlət katibi Türkiyədə səfərdədir – VİDEO

ABŞ-nin dövlət katibi Antoni Blinken Türkiyədə səfərdədir. Bu barədə İHA məlumat yayıb. Bildirilib ki, dövlət katibi və heyəti Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib. Agentliyin məlumatına görə, diplomatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.  

Read More
Dünya 

Paşinyan daha bir qubernatoru istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Armavir mərzinin qubernatoru Eduard Ovannisyanı vəzifəsindən azad edib. Bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb. “Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, bu qərardan öncə Paşinyan sözügedən regionun Üçkilsə şəhərinə səfəri zamanı baxış keçirdiyi ibtidai məktəbdə bir sıra nöqsanlar aşkarlayıb. Qeyd edək ki, E. Ohannisyan 2021-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Xatırladaq ki, srağagün Ermənistan liderinin ölkəsinin Loru mərzinə səfərindən sonra şəhərsalma komitəsinin sədri Armen Qularyan və qubernator Aram Xaçatryan vəzifəsindən uzaqlaşdırılıb. Orada da o məktəb, gimnaziya və tibbi mərkəzləri ziyarət edərək çatışmazlıqlara işarə edib.

Read More
Dünya 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov həlak olub?

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun Krımda mənşəyi məlum olmayan raket və pilotsuz təyyarələrin kütləvi hücumu zamanı öldüyü ehtimal olunur. Sosial şəbəkələrdə müvafiq mesajlar yayılır, lakin fövqəladə vəziyyətlə bağlı hələlik rəsmi təsdiq yoxdur. Rusiyanın nəzarətində olan yarımadada baş verən insident Macarıstanın “Visegrad 24” nəşrinin “X” sosial şəbəkə hesabında dərc olunub. “Məlumatın dəqiqləşdirilməsi və yoxlanılması tələb olunur”, – deyə mesajın sonunda bildirilib. Sosial şəbəkələrdə Valeri Gerasimovun ölümündən bəhs edən yüzlərlə mesaj yayılıb. Arqumentlərdən biri kimi onlar Rusiya Silahlı Qüvvələrinin Sakidəki aviabazasına və Sevastopol yaxınlığındakı komanda məntəqəsinə endirilən zərbənin nəticələri…

Read More
Dünya 

Türkiyədə yaşayan azərbaycanlı alimə iki mükafat təqdim ediləcək – FOTO

Türkiyədə yaşayan dünyaşöhrətli azərbaycanlı alim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara iki mükafat təqdim ediləcək. APA xəbər verir ki, İstanbulda “Güclü Qadınlar, Güclü Sabahlar” adlı tədbir yanvarın 9-da keçiriləcək. Tədbirdə öz sahələrində uğur hekayələri yazan qadınlar iştirak edəcəklər. Mərasimdə çox əhəmiyyətli şəxslərdən ibarət münsiflər heyəti tərəfindən verilən mükafatlar təqdim olunacaq. Bu il “Elite Wold Taksim Hotel”də keçiriləcək tədbirdə “Türk Dünyası Mükafatı” kateqoriyasında professor Aygün Attara mükafatın təqdim edilməsi qərara alınıb. Professor Attar, “Beynəlxalq Sülh və Akademiya” mükafatına da layiq görülüb. Beynəlxalq Diplomatik Assosiasiyanın DMW…

Read More
Dünya 

Əkrəm İmamoğlu seçki kampaniyasına başlayıb

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) qarşıdakı bələdiyyə seçkisində İstanbul şəhəri üzrə namizədi Əkrəm İmamoğlu seçki kampaniyasına başlayıb. Məlumata görə, İmamoğlunun seçki kampaniyasının başlaması üçün CHP sədri Özgür Özelin iştirakı ilə Haliç Konqres Mərkəzində təqdimat keçirilir. Mərasim “İstanbula xidmətində tam sürətlə irəli” şüarı ilə başlayıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 31 mart 2024-cü ildə keçiriləcək yerli seçkidə Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun namizədliyini yenidən təqdim edib. Mənbə: ntv.com.tr

Read More
Dünya 

Türkiyədə qadın öldürən qatillər üçün edam cəzasının bərpası təklif edilib

Türkiyənin Ali Apellyasiya Məhkəməsinin Baş Prokuroru Bekir Şahin qadın öldürən qatillər üçün edam cəzasının bərpasını təklif edib. Baş prokurorun sözlərinə görə, qadınların öldürülməsinə görə ömürlük həbs başqalarını da eyni cinayətləri törətməkdən çəkindirmir. “Qadın qətlinə görə verilən ən ağır cəza ağırlaşdırılmış ömürlük həbsdir. Əvvəllər bunun ekvivalenti ölüm cəzası idi. Məncə, günahı sübuta yetirilənlərin cəzası ölüm olmalıdır. Hamilə qadına saysız-hesabsız bıçaq zərbəsi vuran şəxs ağırlaşdırılmış həbs əvəzinə edam cəzasına məhkum edilməlidir”, – deyə Bekir Şahin bildirib. Qeyd edək ki, Türkiyədə 1984-cü ildən edam cəzası faktiki olaraq tətbiq edilmir. Mənbə: haberler.com

Read More
Dünya 

Qarsda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var – VİDEO

Türkiyənin Qars şəhərində – Ərzurumun Horasan rayonu ilə Qarsın Sarıqamış rayonu arasındakı avtomobil yolunun Karakurt məntəqəsində yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, qəzada avtobus sürücüsü idarəetməni itirib, nəticədə iki avtobus və yük maşını toqquşub. Hadisə zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Mənbə: cnnturk.com

Read More