Dünya 

Hindistanda ən azı 500 nəfər sərnişin daşqın səbəbindən qatarlarda qalıb

Hindistanın Tamil Nadu ştatında güclü leysan nəticəsində yaranan daşqınlar nəticəsində azı 500 nəfər sərnişin qatarlarda qalıb. Bu barədə Hindistanın Cənub Dəmir Yolu İdarəsi mətbuata açıqlamasında bildirib. “Tamil Nadunun Tirunelveli və Tuticorin rayonlarında yağan şiddətli yağış dəmir yolu xidmətlərinə təsir göstərib. Dəmir yolunun bəzi hissələri su altında qalıb və xidmətlər dayandırılıb. Tiruçendurdan Çennaya gedən 20606 nömrəli ekspres sərnişin qatarı yola düşəndən 33 km sonra Srivaikuntam stansiyasında dayanıb. Qatarda təxminən 800 sərnişin olub”, – deyə məlumatda deyilib. Yerli hakimiyyət orqanlarının köməyi ilə 300-ə yaxın sərnişin təxliyə edilib. “Qalan 500 sərnişinin təxliyəsi mümkün olmayıb”,…

Read More
Dünya 

Finlandiyanın səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiyanın Moskvadakı səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya XİN məlumat yayıb. Qeyd olunub ki, diplomatın Rusiya XİN-ə çağırılmasına səbəb ABŞ və Finlandiya arasında ötən gün imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişidir. “Rusiya Federasiyası Finlandiya və NATO-nun aqressiv qərarlarına qarşı tədbirlər görəcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Mənbə: Mid.ru

Read More
Dünya 

Amerikalı professor Putinlə danışıqlar üçün vasitəçi ola biləcək qadından danışdı: “İstifadə edə bilərlər…”

“Vaşinqton Rusiya Federasiyası ilə qeyri-rəsmi əlaqələr qurmaq üçün Almaniyanın keçmiş kansleri Angela Merkeldən istifadə etməlidir”. Bu sözləri ABŞ-nin Vermont Beynəlxalq Təhsil Məktəbinin professoru Bryus Deyton “The Hill” nəşri üçün yazdığı məqalədə deyib. “Angela Merkel Putinlə danışıqlarda iştirak üçün əsas namizəddir. O, Almaniyanın hazırkı hökuməti ilə birbaşa əlaqəsi olmadığı üçün Putinlə ünsiyyət təcrübəsinə malikdir və manevr azadlığı var”, – deyə alim öz mövqeyini açıqlayıb. Professor vurğulayıb ki, Qərb dövlətləri Ukraynada sülhlə bağlı Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqlarda daha fəal olmalıdır. Deytonun sözlərinə görə, fərdi şəkildə danışıqlar formal danışıqlar üçün ümumi zəmin…

Read More
Dünya 

BMT: “Taliban” şəriət qanunları ilə mühakiməyə üstünlük verir”

“Əfqanıstanda qadınları və qız uşaqlarını gender əsaslı zorakılıqdan qorumaq və günahkarları cəzalandırmaq üçün adekvat hüquqi mexanizmlər yoxdur”. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı missiyasının yeni hesabatında deyilib. “Vəziyyət ona görə mürəkkəbdir ki, şikayətlərə əsasən kişilər baxırlar. Bir çox qurbanlar, ənənəvi mexanizmlər vasitəsilə təzminat axtarmağa üstünlük verir”, – deyə hesabatda qeyd olunub. BMT analitikləri bildiriblər ki, qadınlara və qızlara qarşı gender əsaslı zorakılıq səviyyəsi hələ Əfqanıstanda “Taliban” siyasi hakimiyyətə gələnə qədər də yüksək olub. Lakin o vaxtdan bəri vəziyyət daha da pisləşib. Hesabata görə, “Taliban” əvvəlki hökumətin qanunvericiliyi və şəriət qaydalarına əsaslanaraq…

Read More
Dünya 

Türkiyədə Kür çayı donub – FOTO

Kür çayının Türkiyənin Ardahan şəhərindən keçən hissəsi donub. Məlumata görə, buna səbəb Ardahanda yağan aramsız qar və temperaturun kəskin düşməsi olub. Nəticədə şəhərin mərkəzindən axan, Gürcüstan və Azərbaycan ərazisindən keçərək Xəzər dənizinə tökülən Kür çayının səthi buz bağlayıb.   Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyədə üç mütəşəkkil cinayətkar dəstənin rəhbəri ələ keçirildi – VİDEO

Türkiyədə üç mütəşəkkil cinayətkar dəstənin rəhbəri ələ keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. “Alanya və İstanbulda keçirilən “Kafes-21” əməliyyatları çərçivəsində ikisi qırmızı, biri təcili saxlanılma mesajı ilə axtarışda olan üç mütəşəkkil cinayətkar qrupun rəhbəri saxlanılıb”, – deyə nazir paylaşımda qeyd edib. Mənbə: Haber Global

Read More
Dünya 

Qırmızı dənizdə gəmiləri husilərdən qorumaq üçün çoxmillətli əməliyyat elan edildi

Pentaqon (ABŞ) Qırmızı dəniz gəmiçiliyini husilərin hücumlarından qorumaq üçün əməliyyata başladığını elan edib. Bu barədə müvafiq açıqlamanı ABŞ-nin müdafiə naziri Lloyd Ostin verib. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, İtaliya, Bəhreyn, Kanada, Fransa, Niderland və Norveç Qırmızı dənizin cənubunda və Ədən körfəzində gəmiçiliyi qorumaq üçün birgə “Rifah mühafizəçisi” (“Prosperity Guardian”) əməliyyatına başlayıblar. “Son zamanlar Yəməndən husilərin ağılsız hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur… Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün əməliyyatın yaradılmasını elan edirəm”, – deyə bəyanatda vurğulanıb.…

Read More
Dünya 

Qırmızı dənizdə iki gəmi husilərin hücumuna məruz qalıb

Bazar ertəsi husilər Qırmızı dənizdə ticarət gəmilərinə iki hücum həyata keçiriblər. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “Dekabrın 18-də səhər saat 9:00 radələrində husi yaraqlıları Qırmızı dənizin cənubunda ticarət gəmilərinə iki hücum həyata keçirib”, – deyə CENTCOM sosial şəbəkələrdə məlumat yayıb. “Swan Atlantic” kimyəvi maddələr daşıyan tankerin Yəməndə husilərin nəzarətində olan ərazilərdən atılan biristiqamətli pilotsuz uçuş aparatı və gəmi əleyhinə ballistik raketlə hücuma məruz qaldığı vurğulanıb. Təxminən eyni vaxtda “CLARA” yük gəmisi onların yerləşdiyi yerin yaxınlığında suda partlayış olduğunu bildirib. Hər iki hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.…

Read More
Dünya 

Özbəkistan qarışıq seçki sisteminə keçir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu imzalayıb. Oktyabrın 31-də Özbəkistan Parlamentinin Qanunvericilik (aşağı) Palatası tərəfindən qəbul edilən və noyabrın 24-də Senat tərəfindən təsdiqlənən qanun çərşənbə axşamı ölkənin parlament nəşrlərində dərc edilib və bununla da qüvvəyə minib. Qanuna əsasən, Qanunvericilik Palatasına seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçirilir. Birmandatlı və tək seçki dairələri nəzərdə tutulur, aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə proporsional seçki sistemi (partiya siyahısı) əsasında siyasi partiyalara verilən səslər əsasında vahid…

Read More
Dünya 

Çində zəlzələ 116 nəfərin həyatına son qoyub – VİDEO

Çinin Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb. Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastruktura ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb. Qeyd olunur ki, hazırda mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır.  

Read More