Dünya 

Antarktidada səkkiz regionda yüzlərlə heyvan təhlükəli xəstəlikdən ölüb

Quş qripi səbəbi ilə Antarktidada yüzlərlə dəniz fili və digər heyvanlar tələf olub. Bu barədə Antarktika Vəhşi Təbiət Sağlamlığı Şəbəkəsindən bildirilib. Məlumata görə, Antarktika bölgəsinin səkkiz fərqli yerində quş qripindən heyvanların ölüm halları təsdiqlənib və kütləvi heyvan ölümünün baş verdiyi daha 20 ərazidə nəticələr gözlənilir. Antarktikanın materik hissəsində hələlik heç bir hadisə qeydə alınmayıb, lakin elm adamları quşların miqrasiyası səbəbindən xəstəliyin yaxın aylarda əraziyə keçə biləcəyini düşünürlər. Xatırladaq ki, ÜST epidemiya mərkəzi quş qripinin artıq Antraktidaya da çatmasını “heyvanlar aləmində baş verən pandemiya” adlandırıb. Hazırda insanlar üçün yalnız kiçik bir təhlükə var,…

Read More
Dünya 

Ermənipərəst senatoru beş illik həbs gözləyir

Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendes beşillik həbs cəzasına məhkum edilə bilər. Belə ki, ABŞ-nin “Bleeding Heartland” saytında jurnalist Rik Morenin korrupsioner senator Robert Menendesə həsr etdiyi məqaləsi  dərc edilib. Qeyd edək ki,  Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və korrupsiyada ittiham olunub. Müəllif qeyd edir ki, birinci halda o, nüfuzlu mövqeyindən istifadə edərək Misirə hərbi yardım təmin etmək üçün xarici agent kimi fəaliyyət göstərib. “Başqa bir halda, o, üç varlı iş adamına kömək etmək və onların biznes fəaliyyətləri ilə…

Read More
Dünya 

Yaponiyada minlərlə ton sardina və skumbriya balığı sahilə çıxıb – VİDEO

Yaponiyanın Hakodate şəhəri yaxınlığında minlərlə ton sardina və skumbriya balığı sahilə çıxıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, balıqlarla dolu sahil zolağı təxminən 1,5 km-dir. Lakin alimlər baş verənlərin dəqiq səbəbini deyə bilmirlər. Versiyalardan birinə görə, Yaponiya adaları ətrafındakı müxtəlif ərazilərdə suyun temperaturunun dəyişməsi səbəbindən kütləvi miqrasiya ölümlə nəticələnə bilərdi. Qeyd edək ki, insanlar hadisənin “Fukusima-1” AES-dən suyun buraxılması səbəbindən baş verdiyini ehtimal edirlər, lakin bunun da təsdiqi yoxdur. Rusiyanın “Rospotrebnadzor” idarəsinin son radioloji tədqiqat məlumatlarına görə, bölgədə radiasiya vəziyyəti normal həddədir. Mənbə: kp.ru

Read More
Dünya 

Erməni deputat: “Hərbçilərimiz artıq yaxın saatlarda qayıda bilərlər”

“Erməni hərbçilər yaxın günlərdə, hətta yaxın saatlarda Azərbaycandan Ermənistana qayıda bilərlər”. Bunu parlamentdə jurnalistlərə açıqlamasında “Vətəndaş sazişi” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib. “Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”, – deyə deputat bildirib. Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər. Deputat ümidvardır ki, tərəflər arasında dünənki razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Ermənistanda “Honkonq qripi”nə yoluxma halları artıb

Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda görə, söhbət əsasən “Honkonq qripi”nə (A tipli qrip/H3N2 qripi)  və COVID-19-a yoluxmadan gedir. Məlumat üçün əlavə edək ki, A qrupu virusu (H3N2) 1968-1969-cu illərdə Honkonqda bu xəstəliyin pandemiyası səbəbindən Honkonq qripi adlandırılıb. Pandemiya iki həftə ərzində pik həddinə çatıb. O zaman virus bir milyon insanın, əsasən də yaşlı insanların ölümünə səbəb olub. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Rusiyada məktəbdə gülləbaran törədən yeniyetmənin atası həbs edildi

Ötən gün Rusiyanın Bryansk şəhərindəki məktəblərdən birində məktəblilərə odlu silahdan atəş açan 14 yaşlı Alinanın atası həbs edilib. Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. “Qızın atası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 224-cü (silahın saxlanılması qaydalarının pozulması) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıb. Həmçinin atışma ilə bağlı özəl mühafizə şirkətinin baş direktoru və məktəbin mühafizəçisi də saxlanılıb”, – deyə ictimailəşdirilən məlumatda qeyd olunur. Şahid ifadələrində isə göstərilir ki, məktəbdəki çərçivəşəkilli metal detektoru işləmədiyindən 14 yaşlı Alina məktəbə maneəsiz daxil ola bilib və niyyətini həyata keçirib. Xatırladaq ki, dekabrın 7-də Rusiyanın Bryansk şəhərində…

Read More
Dünya 

ABŞ-də universitetə silahlı basqın edən professorda siyahı olub – FOTO

ABŞ-nin Las-Veqas şəhərində Nevada Universitetində silahlı basqın edən şəxsdə qurbanların siyahısı olub. Bu barədə Las-Veqas Metropoliten Polis Departamentinin rəisi məlumat verib. Bildirilir ki, siyahıda olanlardan heç biri xəsarət almayıb. Rəis atəş açan şəxsin professor olduğunu vurğulayıb. O, hücumdan əvvəl ABŞ daxilində olan universitet professorlarına 22 məktub göndərib. Məktubların məzmunu müəyyən edilməyib. Müstəntiqlər hələ də cinayətin motivini araşdırırlar. Qeyd edək ki, dekabrın 6-da ABŞ-də təhsil müəssisəsində növbəti atışma hadisəsi baş verib. Las-Veqas ştatının Nevada Universitetinin əsas kampusuna silahlı basqın edilib. Son məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb, daha bir nəfər isə…

Read More
Dünya 

Danimarkada Quranın yandırılması qadağan edildi

Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən və bununla da Quranın yandırılmasına icazə verməyən qanun qəbul edib.   Sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə çıxıb.   Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.   Mənbə: news.co.il

Read More
Dünya 

Rusiyada təyyarə göydə alışıb yanmağa başladı – VİDEO

Rusiyanın Ulan-Ude şəhərində yük təyyarəsinin mühərriki havaya qalxandan bir neçə dəqiqə sonra alışıb yanmağa başlayıb. Bu barədə Buryatiya Respublikasının başçısı Aleksey Sıdenov məlumat verib. “Təyyarə dərhal eniş edib. Xəsarət alan olmayıb”, – deyə o qeyd edib. Bildirilir ki, yanğın başlayan kimi təyyarənin pilotları yanacaq çənini tədricən boşaltmağa nail olublar və bununla da eniş zamanı riskləri minimuma endirə biliblər. Mənbə: RBK

Read More