Dünya 

Son 145 ilin REKORDU – Sibir şaxtası gəlir

Rusiya paytaxtında dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib. VDNX-dakı meteorologiya stansiyası saat 18-ə qədər 10 mm yağıntı düşdüyü barədə məlumat yayıb. Bildirilib ki, bu son 145 ilin rekord göstəricisidir. Bundan öncəki rekord 1980-ci ilin bu günündə qeydə alınıb. Həmin vaxt 9,4 mm yağıntı düşüb. Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Qarın sabaha qədər davam edəcəyi bildirilib. Moskvanın Nəqliyyat Departamenti sürücülərə şəxsi avtomobillərdən imtina etmək və ictimai nəqliyyata üstünlük verməyi xahişi edib. Moskva vilayətində narıncı hava təhlükəsi səviyyəsi elan olunub. Yağan güclü qar çoxlu qəzalara…

Read More
Dünya 

Rusiyanın paytaxtına yağan qar rəsmən bütün rekordları qırdı – VİDEO

Rusiyanın paytaxtı Moskvada yağan yağıntı rekord vurub. Məlumata görə, dekabrın 3-nə yağan qar bütün 145 illik hava müşahidələri ərzində ən güclü qar olub. Belə ki, 12 saat ərzində şəhərə 11 mm yağıntı düşüb. Əvvəlki rekord 1980-ci ildə qeydə alınıb və 9,4 mm olub. Qeyd olunur ki, bazar ertəsi qarın yağması nəhayət ki, dayanacaq və çərşənbə axşamından həftənin sonunadək Moskvada güclü soyuq hava gözlənilir. Havanın temperaturu mənfi 22 dərəcəyə enəcək. Mənbə: ridus.ru

Read More
Dünya 

Yüzlərlə rus yumurtaya görə növbəyə düzüldü – VİDEO

Saratovda yüzlərlə insan toyuq yumurtası almaq üçün növbəyə düzülüb. ARANTV.AZ xəbər verir ki, müvafiq kadrları “Shot” “Telegram” kanalı yayıb. Bildirilib ki, dekabrın 2-də Saratov Teatr Meydanında 70 mindən çox yumurtanın satıldığı yarmarka açılıb. Qeyd edilib ki, yumurtanın bir ədədinin qiyməti 78-100 rubl arasında dəyişir. Məhz buna görə də meydanda belə uzun növbə yaranıb. Bir müddət öncə məlum olub ki, Federal Antiinhisar Xidməti Rusiya pərakəndə satış şirkətlərinə 2024-cü ilin mart ayına qədər könüllü olaraq toyuq yumurtalarının qiymətlərini beş faizə qədər məhdudlaşdırmağı təklif edib. Bu il ölkədə toyuq ətinin də qiyməti kəskin…

Read More
Dünya 

Filippində güclü zəlzələ olub, sunami təhlükəsi elan edilib – FOTO

Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 10,6 min nəfər əhalisi olan Taqbina bölgəsindən 19 km şimal-şərqdə yerləşib. Qeyd olunur ki, zəlzələ ocağı 63 kilometr dərinlikdə olub. ABŞ sunami xəbərdarlığı sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.   Mənbə: Ndbc.noaa.gov

Read More
Dünya 

İranda Xameneinin yerinə kim gələcək? – VİDEO

İranda 84 yaşlı ayətullah Əli Xameneini ölkənin ali rəhbəri postunda kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr yenidən qızışıb. “Azad İran” “YouTube” kanalı xəbər verir ki, bu dəfə məsələnin gündəmə gəlməsinə başlıca səbəb İranda ali rəhbəri seçmək səlahiyyətinə malik qurumun – Məcles-e Xobreqan, yəni Ekspertlər Şurasının üzvü ayətullah Rəhim Təvəkkülün noyabrın 28-də “Cəmaran” saytına verdiyi eksklüziv müsahibədə söylədikləri olub. Müxbirin Ekspertlər Şurasında gələcək rəhbərin müəyyənləşməsi ilə bağlı müzakirələr getdiyi barədə məlumatların doğru olub-olmadığı barədə sualına cavabında R.Təvəkkül deyib: “Yox, bu mövzu Şuranın iclaslarında müzakirə olunmayıb. Bir neçə nəfərlik komissiya vardır ki, gələcək rəhbərin…

Read More
Dünya 

Rusiyadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı – VİDEO

Rusiyanın Kamçatka vilayətində yüksək sürətlə gələn avtomobil magistral yolda hərəkət edən hərbçilərin kolonuna çırpılıb. Qəza Petropavlovsk-Kamçatski-Elizovo magistralının 26-cı kilometrliyində, hərbi hissənin yaxınlığında baş verib. İlkin məlumata görə, avtomobilin sükanı arxasında da elə hərbçi olub. Hərbçilərdən birinin işığı əks etdirən jilet geyindiyi məlum olub. Lakin sürücü bunu görməyə macal tapmayıb və saatda təxminən 80 kilometr sürətlə hərəkət etdiyi üçün kolona çırpılıb. Nəticədə 11 hərbi qulluqçu yaralanıb, yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bəzilərinə yerində tibbi yardım göstərilib. Mənbə: Lenta.ru, “Baza” “Telegram”

Read More
Dünya 

İranın təhsil naziri: “Bir əlində Quran, digər əlində silah olan şagird uğur qazanır” – FOTO

İranın təhsil naziri Rza Murad Səhrayi bir əlində Quran, digər əlində silah olan şagirdin uğur qazandığını bildirib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. “Bütün inqilabi məqsədlər “Bəsici” qüvvələrində və bütün sahələrdə aktivdir. “Bəsici” şagirdlərin bir əlində Quran, digər əlində silah tutması liderlik baxımından uğurlu olar”, – deyə o qeyd edib. Onun sözlərinə görə, İranda şagirdlər “Bəsici” (Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış yarıhərbi könüllülər təşkilatıdır) ruhu ilə tərbiyə olunur. “İran rəhbəri (Xamenei) açıqlamalarında bildirib ki, “Bəsici”lər millətin böyük məqsədləri yolunda ölkə gəncləri üçün çalışmağa hazır olan…

Read More
Dünya 

Alabamada uşaqla oynayan it onu öldürüb

ABŞ-nin Alabama ştatında bir ailənin ev heyvanı kimi saxladığı canavar və itin hibridi olan heyvan uşağı öldürüb. Məlumata görə, canavar-it yerdə uzanmış uşağı tutub və onunla oynamağa başlayıb. Oyun zamanı o, uşağı öldürüb. Valideynlər körpəni xilas etməyə çalışsalar da, artıq gec olub. Qeyd edək ki, canavar-iti də öldürmək məcburiyyətində qalıblar. Mənbə: ren.tv

Read More
Dünya 

Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır

Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib. “Marqara” sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları, həmçinin diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir”, – deyə nazirlikdən qeyd edilib.

Read More
Dünya 

ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan etdi

“Avropada dünyada ən sürətlə yayılan İİV epidemiyası (İnsanın İmmunçatışmazlığı Virusu) müşahidə edilir, baxmayaraq ki, regionda xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr mövcuddur”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Kluge məlumat verib. “Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərindəisə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb”, – deyə o, bildirib. Kluge qeyd edib ki, ÜST-nin Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq…

Read More