Dünya 

Finlandiya Rusiya ilə sərhəddə yerləşən daha dörd keçid məntəqəsini bağlayır

Finlandiya noyabrın 21-dən 22-nə keçən gecə Rusiya ilə sərhəddə qalan sonuncu dörd keçid məntəqəsini də bağlamaq niyyətindədir. Bu barədə Finlandiya mətbuatı xəbər verib. Məlumatda qeyd olunub ki, artıq Finlandiyanın Baş naziri Petteri Orponun hökuməti qərarı bu gün elan edə bilər. Xatırladaq ki, bundan əvvəl Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü – Vaalimaa, Nuijamaa, İmatra və Niiralanı bağlamaq qərarına gəlib. Onlar noyabrın 18-də işlərini dayandırıblar. Finlandiyada sərhədlərdə tətbiq edilən məhdudiyyətin sığınacaq istəyənlərin sayının artması ilə izah edilib. Rəsmi Helsinki bildirir ki, son həftələr İraq, Yəmən və digər ölkələrin vətəndaşları…

Read More
Dünya 

İrəvan və Brüssel Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıb

əvanda şərti Azərbaycan-Ermənistan sərhədində vəziyyətin monitorinqini aparan Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının statusu haqqında saziş imzalanıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistanda avropalı müşahidəçilərin mövcudluğunun gücləndirilməsinə dair sənədi ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos imzalayıb.

Read More
Dünya 

Ermənistanda yüksək vəzifə tutmuş ədliyyə generalı Moskvada saxlanılıb

Rusiyanın paytaxtı Moskvada Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb. Bu barədə Rusiya mətbuatı xəbər verib. Miqran Poqosyan Ermənistanda 1,3 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunur. Məlumat üçün əlavə edək ki, M.Poqosyan, həmçinin, doqquz cinayət maddəsi ilə axtarışdadır. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Mixail Saakaşvili Gürcüstan prezidentindən əfv istəyib – FOTO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişviliyə müraciət edərək əfv edilməsini istəyib. “Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər. Bunun üçün onun kifayət qədər cəsarəti var”, – deyə Saakaşvili məhkəmədə bildirib. Eks-prezident əlavə edib ki, reabilitasiya üçün xaricə buraxılmalıdır. Qeyd edək ki, Saakaşvili Gürcüstana 29 sentyabr 2021-ci ildə gəlib. Oktyabrın 1-də o, aclıq aksiyasına başladığı Rustavi şəhərində həbs olunub. Noyabrın 20-də Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb və orada aclıq aksiyasına son qoyub. 2022-ci il mayın 12-də…

Read More
Dünya 

Ermənistan KTMT-nin yardımından imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. “Təəssüf ki, iki tədbirin icrası mümkün olmayıb. Bunlar, ilk növbədə, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir. Onların mövqelərinə görə (belə oldu – red.). İkinci məsələ isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım məsələsində qərarın yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, Ermənistan tərəfi bu sənədə…

Read More
Dünya 

Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin Cənubi Qafqaza səfəri başlayır

Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi xəbər yayıb. Məlumata görə, nazirin Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Böyük Britaniyanın suverenlik və təhlükəsizliyə sarsılmaz dəstəyini vurğulaması planlaşdırılır. O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlara ehtiyac olduğunu qeyd edəcək. Bundan başqa, Ermənistan və Gürcüstanda demokratik islahatlar və Azərbaycanın bərpa olunan enerjiyə keçidinin təşviqinin müzakirəsi gözlənilir. Nazir, həmçinin, bu ilin əvvəlində hər üç ölkə…

Read More
Dünya 

Moskvanın hava limanlarında 20-dən çox reys təxirə salınıb və ləğv edilib

Bu gün Rusiya paytaxtının üç hava limanında 24 reys təxirə salınıb və ləğv edilib. Üç təyyarə Şeremetyevo hava limanında cədvəl üzrə havaya qalxmayıb. Vnukovo hava limanında altı uçuş planlaşdırılandan gec baş verib və üç uçuş isə ləğv edilib. Eyni zamanda, Domodedovo hava limanında səkkiz reys gecikib, dörd reys isə ləğv edilib. Jukovski hava limanında qrafikin pozulması barədə məlumat yoxdur. Qeyd edək ki, Moskva hava limanlarında təyyarələrin uçuş vaxtlarının kütləvi şəkildə dəyişdirilməsinin səbəbləri açıqlanmır. Mənbə: Lenta.ru

Read More
Dünya 

İranda avtomobillər suda üzdü – VİDEO

İranın İlam ostanının mərkəzi olan İlam şəhəri sel suları altında qalıb. Qeyd olunur ki, yağan güclü leysan nəticəsində nəqliyyatın hərəkəti iflic olub, avtomobillər suda üzüb. Şəhər sakinləri şahid olduqları halları telefonla çəkərək sosial şəbəkələrdə paylaşıblar. Həmin görüntüləri təqdim edirik: Mənbə: Tasnim

Read More
Dünya 

İranda məhbusların saxlandığı təcridxanadan işgəncələrlə bağlı görüntülər – VİDEO

İranda etiraz aksiyalarında tutulan məhbusların saxlandığı Təbriz həbsxanasının təcridxanasında işgəncələrlə bağlı dəhşətli görüntülər yayılıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, kadrları güneyli vəkil Sina Yusifi paylaşıb. Onun sözlərinə görə, İran hökumətinin ən qorxulu həbsxanalarının birinin gerçəklərini üzə çıxaran bu video 2022-ci il noyabrın 19-da çəkilib. “Bura, mənim və həmkarlarımın məhbuslarla əlaqə saxlaya bilməməyimiz üçün təcridxananın karantin bölməsidir. Müvəkkillərimin bir çoxunun bu bölmədə ifadələri alınıb, aksiyada saxlanılan şəxslər orada döyülüb, işgəncələrə məruz qalıblar”, – deyə vəkil videonun şərhində bildirib.

Read More