Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yaşı 50-dən aşağı olanların NƏZƏRİNƏ

By Vüsal Rafiqoğlu
30.04.2026 2 Min Read

Alimlər 50 yaşdan aşağı insanlarda onkoloji xəstəliklərin artmasında əsas risk faktorlarından birinin piylənmə olduğunu bildiriblər.

“The Independent” nəşrinin məlumatına görə, bu nəticə genişmiqyaslı yeni araşdırmada ortaya çıxıb. 2023-cü ildə İngiltərədə 20–49 yaş arası şəxslər arasında təxminən 31 min xərçəng halı qeydə alınıb (təxminən hər min nəfərə bir xəstəlik). Müqayisə üçün, 50–79 yaş qrupunda bu göstərici 244 min hal (hər yüz nəfərə bir) olub. Gənc xəstələr arasında ən çox rast gəlinən növlər döş xərçəngi (8,5 min hal), bağırsaq xərçəngi (3 min hal) və melanoma (2,8 min hal) olub.

Xərçəng Araşdırma İnstitutu və “İmperial College London” alimləri müəyyən ediblər ki, siqaret, alkoqol və qırmızı ət istehlakı kimi ənənəvi risk faktorları sabit qalıb və ya azalıb. Bunun əksinə olaraq, 1995-ci ildən bəri piylənmə səviyyəsi davamlı şəkildə artır.
Bununla belə, tədqiqat müəllifləri bildirirlər ki, bədən kütlə indeksi (BMI) artımı təkbaşına gənclər arasında xərçəng artımını tam izah etmir. Ola bilsin ki, bir neçə faktorun – həm məlum, həm də hələ tam öyrənilməmiş amillərin – birgə təsiri mövcuddur. Xərçəng Araşdırma İnstitutunun professoru Monse Qarsiya-Klosas bildirib ki, gənclərdə bağırsaq xərçəngi hallarının təxminən 15 faizi piylənmə ilə əlaqəli ola bilər. Ümumilikdə isə halların 40–50 faizi artıq çəki, fiziki aktivliyin azlığı, alkoqol və siqaret kimi faktorların birgə təsiri ilə izah edilir.

Araşdırmalara əsasən, 2001–2019-cu illər arasında bağırsaq xərçəngi hallarının təxminən 20 faiz artımı məhz BMI artımı ilə əlaqələndirilə bilər. “İmperial College London”un professoru Mark Qyunter qeyd edib ki, piylənmə təxminən 19 müxtəlif xərçəng növü ilə bağlıdır. Artıq çəkili insanlarda yüksək insulin səviyyəsi şişlərin böyüməsini stimullaşdıra bilər. Bundan əlavə, xroniki iltihab da mühüm rol oynayır.

Alimlər xərçəng artımının bütün bioloji və ekoloji səbəblərini daha dəqiq anlamaq üçün genişmiqyaslı uzunmüddətli tədqiqatların aparılmasına çağırırlar. Onların fikrincə, səbəblər tam aydın olmasa belə, piylənmə ilə mübarizə artıq səhiyyə siyasətində prioritet olmalıdır.

Araşdırmada 2001–2019-cu illər üzrə İngiltərənin milli onkoloji reyestrinin məlumatları təhlil edilib. Nəticədə 20–49 yaş arası insanlarda artım göstərən 11 xərçəng növü müəyyən edilib: qalxanabənzər vəz, çoxsaylı mieloma, qaraciyər, böyrək, öd kisəsi, bağırsaq, mədəaltı vəzi, endometrium, ağız boşluğu, döş və yumurtalıq xərçəngi.

Qeyd olunur ki, ağız boşluğu xərçəngi istisna olmaqla, bu növlərin hamısı artıq çəki ilə əlaqələndirilir. Əksər hallarda xəstələnmə həm gənclər, həm də yaşlılar arasında artır. Yalnız bağırsaq və yumurtalıq xərçəngi gənclər arasında ayrıca artım göstərir.

Bundan əlavə, alimlər bildiriblər ki, gənc qadınlarda BMI ilə əlaqəli bağırsaq xərçəngi halları ümumi statistikada qeyri-BMI faktorları ilə bağlı hallardan azdır. Bu isə artımın yalnız piylənmə ilə izah olunmadığını göstərir. Oxşar tendensiya kişilər arasında da müşahidə edilib.

Digər ehtimal olunan amillər sırasında ultra-emal olunmuş qidalar, antibiotiklər və ətraf mühit faktorları göstərilir. Lakin bu faktorların bir çoxu Böyük Britaniyada ya sabitdir, ya da azalır ki, bu da səbəblərin kompleks araşdırılmasının vacibliyini artırır.
Xərçəng Araşdırma İnstitutunun professoru Qarsiya-Klosas bildirib ki, yeni məlumatları gözləmədən belə, dövlət səviyyəsində piylənmə ilə mübarizə gücləndirilməlidir.

Britaniya Xərçəng Araşdırma Mərkəzinin rəhbəri Mişel Mitçell də gənclər arasında xərçəng artım tendensiyasını təsdiqləyib. Onun sözlərinə görə, erkən diaqnostika yaxşılaşdığı üçün statistika da yüksələ bilər, lakin bu, problemin ciddiliyini azaltmır. O, profilaktika üçün zərərli qida reklamlarının məhdudlaşdırılmasını, sağlam məhsulların təşviqini və siqaretlə mübarizəni vacib sayır./Ajans.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Next

Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? – İQTİSADÇIDAN AÇIQLAMA

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv