Paşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb. Məlumata görə, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın “MTS” PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır. Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum “MTS Ermənistan”ın səhmlərinin 100 faizinin Kiprin “Fedilco Group Limited” şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, “MTS Ermənistan” artıq “MTS” qrupunun üzvü sayılmayacaq. Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın…
Read More