Dünya 

“Rəfah” keçidindən bir gündə Qəzzaya rekord sayda yardım maşını daxil olub

Bazar günü humanitar yardım daşıyan ən azı 143 yük maşını “Rəfah” keçidi vasitəsilə Qəzza zolağına daxil olub. İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiya Ofisinin verdiyi məlumata görə, bu, Yaxın Şərq münaqişəsinin kəskinləşməsindən sonra anklavlara yardımın çatdırılmasına başlanandan bəri ən yüksək gündəlik rəqəmdir. Qeyd edək ki, anklava çatdırılan yük avtomobillərindən 72-də ərzaq məhsulları (1,62 min ton), 11-də tibbi avadanlıq (137 ton), 22-də su (444 ton), 15-də müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (220 ton), 23-də qarışıq yük (351 ton) olub. Mənbə: TASS

Read More
Dünya 

Yüzlərlə xarici vətəndaş Qəzzadan təxliyə olunmaq üçün siyahıya daxil edilib

Ən azı 421 əcnəbi və ikili vətəndaşın adı Qəzza zolağından Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə təxliyəsi üçün siyahıya daxil edilib. Bu barədə Fələstin anklavının sərhəd xidməti məlumat yayıb. Qeyd edək ki, siyahılara Mərakeş, İordaniya, İspaniya, Niderland, Peru, Rusiya, ABŞ və İsveç vətəndaşları daxildirlər. Mənbə: TASS

Read More
Dünya 

Nursultan Nazarbayevin qardaşı vəfat etdi – FOTO

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayev Almatıdakı xəstəxanada dünyasını dəyişib. Bu barədə tibb müəssisəsindəki mənbə məlumat verib. “Bolat Nazarbayev vəfat etdi, səhər onu bütün cihazlardan ayırdılar”, – deyə mənbə bildirib. Almatı Mərkəzi Klinik Xəstəxanası Bolat Nazarbayevin ölüm xəbərini təsdiqləyib. “13 noyabr 2023-cü il saat 09:51-də Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra vəfat edib”, – deyə xəstəxananın Mətbuat Xidmətindən jurnalistlərə məlumat verilib. Bolat Nazarbayev noyabrın 4-də təkrar infarkt keçirməsi səbəbilə Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Qeyd edək ki, 70 yaşlı Bolat Nazarbayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qardaşıdır. 1990-cı…

Read More
Dünya 

Ermənistanda insan alveri 10 dəfə artıb – ARAŞDIRMA + FOTO

Ermənistanda insan alveri hallarının sayı 10 dəfə artıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Cinayət hallarının sayının artmasını rəsmi statistika da sübut edir. Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə yanvar-avqust aylarında qeydə alınan insan alveri və ya istismarı halları ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur. Nazirliyin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına və narkotik vasitələrin ticarəti cinayətlərin araşdırılması İdarəsinin rəis müavini Tiqran Kirakosyan bildirib ki, 2023-cü ilin 8 ay ərzində ölkənin İstintaq Komitəsi insan alveri və ya istismarı ilə bağlı 28 cinayət işinə baxıb. 2022-ci ildə…

Read More
Dünya 

Ərdoğan Yaxın Şərqin nüvəsizləşdirilməsini təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı ilə bağlı müzakirələrlə əlaqədar region ölkələrinə nüvəsizləşdirmə konfransı keçirməyi təklif etdiyini bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə zirvə toplantısının keçirildiyi Ər-Riyaddan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib. “Biz ilk dəfə olaraq İsrailin nüvə silahlarına dair məlumatlar fonunda nüvəsizləşdirmə üzrə regional konfrans keçirməyi təklif edirik. Problemin taktiki və strateji komponentləri var. Bu iki komponent bir-biri ilə yaxından bağlıdır”, – Ərdoğan bildirib. Dövlət başçısının sözlərinə görə, Türkiyəsiz regionda təşəbbüslər həyata keçirmək, planlar qurmaq mümkün deyil. “Problemin həlli üçün ən uyğun təklifləri…

Read More
Dünya 

Qazaxıstanda keçmiş nazir həbs edildi

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib. Bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib. Hüquq-mühafizə orqanları sabiq nazirin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib. Xatırladaq ki, noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i eks-nazirin döyülərək dünyasını dəyişən həyat yoldaşının ölümü ilə bağlı saxlanılması barədə məlumat yayıb. Polisin məlumatına görə, Astanada restoranların birində ziyarətçilər arasında mübahisə baş verib. Nəticədə bir qadın aldığı xəsarətlərdən ölüb. İş “Qətl” maddəsi ilə araşdırılır, lakin polis bu işdə iştirak edənlərin adlarını açıqlamır. Qeyd edək ki, K.Bişimbayev 2016-cı…

Read More
Dünya 

Hindistanda tunel çökdü: Azı 36 işçi dağıntılar altında qaldı

“Ən azı 36 işçi Uttarakhand ştatının şimalında tikilməkdə olan nəqliyyat tunelinin dağıntıları altında qalıb”. Bu barədə yerli polisə istinadən məlumat yayılıb. “36 nəfər tuneldə qalıb və onların xilas edilməsi üçün səylər göstərilir. Polis əməkdaşları və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin komandası hadisə yerindədir”, – deyə rayon polis idarəsinin rəisi Arpana Yaduvanş bildirib. Onun sözlərinə görə, tunel dağlarda tikilirmiş və işçilər 200 metr irəlilədikdən sonra qurğu çöküb. Uçqun zamanı tuneldə olanların hamısının sağ olduğu bildirilir. Yaduvanş bəyan edib ki, onları dağıntılar altından xilas etmək iki-üç gün çəkə bilər. Mənbə: TASS

Read More
Dünya 

Romada sirkdən qaçan şir tutuldu – YENİLƏNİB + VİDEO

İtaliyada sirkdən qaçan şir tutulub. Şir bir neçə saat təkbaşına gəzib, Roma yaxınlığındakı qəsəbənin sakinləri isə evdə qalmağa məcbur olublar. Bildirilir ki, şirə yuxu dərmanı vurulub. O yenidən sirkə qaytarılacaq. Mənbə: lenta.ru 08:00 Şənbə günü axşam İtaliyanın Roma yaxınlığındakı Ladispoli şəhərindəki sirkdən şir qaçıb. Bu barədə Ladispoli şəhərinin meri Alessandro Qrando bildirib və həmyerlilərini küçəyə çıxmamağa çağırıb. “Vacib bildiriş! Mediterraneo küçəsində yerləşən sirkdən şir qaçıb. Operativ şəkildə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının dəstəyi ilə sirk işçiləri heyvanın tutulması istiqamətində əməliyyat keçirirlər. Xahiş olunur ki, mümkün qədər diqqətli olun və yeni bildiriş gələnə…

Read More
Dünya 

İstanbulda avtomobillər toqquşdu: Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda hərəkətdə olan avtomobilin dayanmış nəqliyyat vasitəsinə çırpılması nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Məlumata görə, nəqliyyat vasitəsinin yol kənarında dayanan digər avtomobilə çırpılması nəticəsində mühərriki alovlanan maşının sürücüsü ilişib qaldığı yerdən xilas edilsə də, o, aparıldığı xəstəxanada keçinib. Bildirilir ki, hər iki avtomobildə yaralanmış beş nəfərin müalicəsi davam edir. Mənbə: İHA

Read More
Dünya 

Paşinyan yenə ingiliscə “bülbül kimi ötdü” – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda ingilis dilində ifadələri düzgün işlətməyib. ARANTV.AZ xəbər verir ki, forumun mentoru Ermənistan liderindən sözlərin düzgün tələffüz edilməsini istəyib. Tədbir zamanı baş tutan dialoqu təqdim ediirk: Paşinyan: “İstənilən ölkənin orduya sahib olmaq fürsəti var” Mentor: “İstənilən ölkənin özünü müdafiə etmək hüququ var” Paşinyan: Mən nə dedim? Mentor: Fürsət… Paşinyan: Üzr istəyirəm, hüququ deməli idim.  

Read More