Dünya 

Qarabağdakı keçmiş xunta rejiminin “komandiri” yenidən hakim qarşısına çıxarılacaq

Özünü Qarabağdakı keçmiş rejimin “ordu rəhbəri” hesab edən Cəlal Arutyunyana qarşı yenidən cinayət təqibi başladılıb. Belə ki, bir neçə gün əvvəl məhkəmə Cəlal Arutyunyana qarşı cinayət təqibini bəraət hökmü əsasında dayandırıb. Məhkəmə hesab edib ki, C.Arutyunyan 7 oktyabr 2020-ci il əks-hücum barədə əmr verərkən öz səlahiyyətləri çərçivəsində hərəkət edib. Məhkəmə sözügedən əməliyyatlar nəticəsində itkilərin sayının çox olduğunu etiraf etsə də, qərarın zərurətdən irəli gəldiyini açıqlayıb. Lakin maraqlıdır ki, bəraət hökmündən qısa müddət sonra Cəlal Arutyunyana qarşı yeni cinayət işi açılıb. Bu barədə onun vəkili məlumat yayıb. Vəkil vurğulayıb ki, yeni…

Read More
Dünya 

İran prezidenti uzun illərdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib – VİDEO

İran Prezidenti Seyid İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edib. İran prezidenti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak edəcək. Qeyd olunur ki, bu səfər ölkələr arasında münasibətlərin bərpasından sonra İran prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəridir. Xatırladaq ki, Ər-Riyad və Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə “Ənsar Allah” hərəkatına (husilərə) qarşı hərbi əməliyyata başlaması ilə pisləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında din alimi Şeyx ən-Nimrin edam edilməsi nəticəsində Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum olub. Məhz bu…

Read More
Dünya 

Ermənistanın ekoloji TERRORU: Araz çayına axıdılan sənaye tullantılarının görüntüləri – FOTO/VİDEO

Ermənistan Araz çayına tərkibində kimyəvi maddələr olan sənaye tullantılarını axıdmaqda davam edir. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Məlumata görə, bu görüntülər Ermənistanın Sünik vilayətində çəkilib. Qeyd edək ki, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində Araz çayının çirkləndiyini adi gözlə belə görmək olur. Adiçəkilən ərazilərdə insanların xərçəng xəstəliyinə tutulma nisbəti xeyli yüksək səviyyədədir və çayın çirklənməsi bu xəstəliyin artmasında mühüm rol oynayır.  

Read More
Dünya 

65 yaşdan yuxarı insanlarla bağlı ÜST-dən açıqlama

COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyən Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) 65 yaşdan yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk deyil, artıq orta risk kateqoriyasına aid edir. Bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından məlumat verilib. “COVID-19 virusunun hazırkı variantları, bir qayda olaraq, daha az ağır xəstəliyə səbəb olur. İmmunitetin səviyyəsi isə peyvənd səbəbindən daha yüksəkdir ki, nəticədə bu da əksər xəstələr üçün ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır”, – deyə qurumdan bildirilib. ÜST-ün xəstəliklərin müalicəsi üzrə yenilənmiş tövsiyələrinə “ağır olmayan COVID-19 xəstələrinin xəstəxanaya yerləşdirilməsinin əsas riskləri ilə bağlı yeni qiymətləndirmələr”…

Read More
Dünya 

Avropa İttifaqından HƏMAS-a qarşı sanksiyalar: Hansı tədbirər görüləcək?

Avropa İttifaqı (Aİ) oktyabrın 7-də İsrailə hücuma görə Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi məlumat verib. “Biz HƏMAS-la bağlı tədbirləri davam etdirməyi düşünürük. Bu, individual şəxslərin qara siyahıya salınması ola bilər”, – deyə o bildirib. Mənbə: Lenta.ru

Read More
Dünya 

Ərdoğan: “Heç bir güc Türkiyənin yüksəlişinə, Türk əsrinin qurulmasına mane ola bilməyəcək” – VİDEO

“Heç bir güc Türkiyənin yüksəlişinə, Türk əsrinin qurulmasına və millətimizin əsrlik hədəflərinə çatmasına mane ola bilməyəcək”. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümünə həsr olunmuş keçirilən dövlət mərasimində çıxış edərkən deyib. Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Anıtqəbirdə dövlət mərasimi ilə anılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi kortejdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Prezident kabinetinin üzvləri, CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Baxçalı, İYİ Partiyasının sədri Meral Akşener,…

Read More
Dünya 

Tanınmış rusiyalı rejissor Bakı səfəri ilə bağlı status yazdı, Ermənistanda festivalı ləğv edildi

İrəvan Dövlət Teatr və Kino İnstitutu noyabrın 23-26-da Ermənistanın paytaxtında keçirilməsi planlaşdırılan “Echo Artdocfest” festivalını ləğv edib. Təşkilat nümayəndələrinin bildirdiyinə görə, buna səbəb rusiyalı və latviyalı rejissor, “Artdocfest” festivalının sədri Vitali Manskinin Bakıya səfəri ilə bağlı “Facebook”da yazdığı paylaşım olub. Vitali Manski paylaşımında yazıb: “Mən artıq ikinci dəfədir ki, Azərbaycanda qeyd olunan Zəfər Günündə Bakıda oluram. Birinci dəfə olan məni o qədər təsirləndirdi ki, indi yeni filmin şənliklərini lentə almağa gəldim”. Məhz bu paylaşımdan sonra Ermənistanda onun təşkil etməyə hazırlaşdığı festival ləğv edilib. Mənbə: Meduza

Read More
Dünya 

Putin Qazaxıstanda səfərdədir – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir, dövlət başçısının təyyarəsi Astanada eniş edib. Məlumata görə, Putini qarşıda gərgin iş proqramı gözləyir. O, Akorda dövlət iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək, dar və geniş tərkibdə danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılır. Kremlin materiallarında qeyd olunduğu kimi, gündəliyə ikitərəfli əməkdaşlığın perspektivləri və aktual beynəlxalq problemlər daxildir. Nəticələrdən sonra liderlər mətbuata açıqlamalar verəcəklər. Qeyd edək ki, proqramın ayrıca bəndi Putin və Tokayevin Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında iştirakıdır (onlar videokonfrans vasitəsilə çıxış edəcəklər). “Kənd təsərrüfatı güclü iqtisadiyyatın əsasıdır” mövzusunda olacaq Forum…

Read More
Dünya 

Türkiyə Prezidenti Özbəkistana gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək. Noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcək. Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır. Xatırladaq ki, ötən həftə Prezident R.T.Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında iştirak edib. Mənbə: Haber Global

Read More