Dünya 

KİV: HƏMAS rəhbəri Türkiyə Prezidenti ilə görüşəcək

Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gəlib. Məlumata görə, Haniyənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Bildirilir ki, HƏMAS rəhbərinin səfəri “onun İrana son səfəri ilə bağlıdır”. Burada o, İslam Respublikasının rəhbəri və ali dini lideri Əli Xamenei, eləcə də bir sıra yüksək vəzifəli İran rəsmiləri ilə danışıqlar aparıb, “HƏMAS-ın İsrailə qarşı əməliyyatının siyasi nəticələrini və təhlükəsizlik məsələlərini” müzakirə edib. Mənbə: TASS

Read More
Dünya 

Ankara Türkiyənin bir milyon fələstinli qaçqını qəbul etməyə hazır olduğunu təkzib edib

Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə iki milyard dollar müqabilində bir milyon fələstinli qaçqını qəbul etmək və onları Türkiyə vətəndaşı etmək barədə razılığa gəldiyinə dair iddiaları tamamilə uydurma adlandırıb. Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumata görə, nə Netanyahunun müvafiq bəyanatı, nə də İsrail və Türkiyə liderləri arasında danışıqların getdiyi barədə məlumat həqiqətə uyğun deyil. Mənbə: mk.ru

Read More
Dünya 

Ermənistan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak etməyəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib. İclas noyabrın 8-də Rusiya Federasiyasının paytaxtında baş tutacaq. Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər. Mənbə: RİA Novosti

Read More
Dünya 

Rusiyadan bir həftə ərzində iki sərt və qorxulu hərbi qərar

Noyabrın 7-də gecə yarısı Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (AASQHM) çıxması proseduru başa çatıb, sənəd Moskva üçün mövcudluğunu dayandırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “2023-cü il noyabrın 7-də saat 00:00-da Rusiyanın bu Müqavilədən çıxması ilə bağlı AASQHM-də nəzərdə tutulmuş prosedur başa çatıb. Beləliklə, ölkəmiz tərəfindən hələ 2007-ci ildə qüvvədən düşmüş beynəlxalq hüquqi sənəd, nəhayət, bizim üçün tarixə çevrildi”, – deyə bəyanatda bildirilir. XİN-dən qeyd olunur ki, eyni zamanda Rusiya üçün AASQHM ilə ayrılmaz şəkildə əlaqəli olan daha iki hüquqi məcburi saziş qüvvəsini itirib: Varşava Müqaviləsi…

Read More
Dünya 

Bir ezamiyyətin acı xatirəsi: Donbasdan necə qurtuldum? – FOTO

“Gözlərimə inanmadım, inanmaq istəmədim. Necə ola bilər ki, 20 il əvvəl bir otaqda yaşadığım, bir yerdə məşq etdiyim dostum indi mənə qarşı döyüşür? Döyüşmək nədir, mənim qəsəbəmi alt-üst edən silahlı birləşmənin komandiridir! İnana bilmədim ki, bu, Andreydir. O Andrey ki, vaxtilə biz Donetskdə məşq edəndə anam onun üçün də əziz sovqatlarını göndərirdi. Biz axı qardaş kimi idik onunla… Dünən gecə isə onu qarşı tərəfdən (“DNR” silahlılarını nəzərdə tutur – M.A.) bizə hücum edən qrupun rəhbəri kimi gördüm. Əlim qalxdı, amma vura bilmədim onu…” Oturduğum kafedə qonşu masada dövrə vurub oturan…

Read More
Dünya 

Ermənistanda müxalifət lideri terror aktının hazırlanması işi ilə bağlı istintaqa çağırıldı

Ermənistanda müxalifətin liderlərindən hesab olunan, “Milli demokratik qütb” Şurasının üzvü Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə sözügedən siyasi birliyin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sefilyan noyabrın 2-də haqqında məlumat verilən terror aktının hazırlanması ilə bağlı cinayət işi çərçivəsində istintaqa çağırılıb. Qeyd edək ki, noyabrın 2-də Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu saxladığını bildirib. Mənbə: Ermənistan KİV

Read More
Dünya 

BMT Təhlükəsizlik Şurası təcili toplanır

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında baş verən son hadisələri və vəziyyəti müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirəcək. Görüşün təşəbbüskarları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin olub. “Qəzzada vəziyyətin pisləşməsi, Əl-Şifa xəstəxanasına hücum, Cəbəliyə qaçqın düşərgəsinə təkrar hücumlar fonunda BƏƏ və Çin noyabrın 6-da qapalı məsləhətləşmələr keçirməyə çağırıblar”, – deyə BƏƏ-nin BMT Təhlükəsizlik missiyasının məlumatında bildirilir. Mənbə: kommersant.ru

Read More
Dünya 

Hamburq hava limanında azyaşlı qızı girov götürən şəxs Türkiyəyə uçmaq istəyir – YENİLƏNİB + VİDEO

Hamburq hava limanında polis dörd yaşlı qızını girov saxlayan silahlı şəxslə hələ də danışıqlar aparır. Onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edi. Kişininn tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir. Hava limanında bütün uçuşlar təxirə salınıb. Danışıqlar davam edir. Mənbə: Bild 09:22 Gecə Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb. O, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb. Həmin şəxs avtomobildən iki molotov kokteyli atıb və yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürməli olublar. Yerli media avtomobildə 4 yaşlı uşağın girov kimi saxlanıldığını yazır. Fövqəladə vəziyyətin…

Read More
Dünya 

Hamburq hava limanına hücum: Aeroport bağlandı – VİDEO

Gecə Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb. O, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb. Həmin şəxs avtomobildən iki molotov kokteyli atıb və yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürməli olublar. Yerli media avtomobildə 4 yaşlı uşağın girov kimi saxlanıldığını yazır. Fövqəladə vəziyyətin mümkün səbəblərindən biri qəyyumluqla bağlı mübahisədir. Mənbə: news.ru

Read More
Dünya 

Süni intellekt maraqlı siyahı hazırladı: Atatürk sağ olsaydı, bu gün hansı mahnıları bəyənərdi?

Türkiyədə “Şişecam” şirkəti cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürklə bağlı xüsusi bir layihəyə imza atıb. Şirkət süni intellekt vasitəsilə “Atatürkün ən çox bəyənəcəyi mahnılar” siyahısını hazırlayıb. Bununla bağlı şirkətdən məlumat verilib. Məlumata görə, şirkət süni intellekt layihəsi üçün musiqi tədqiqatçısı Serhan Bali, Boğaziçi Universitetinin professoru Cem Say, yaradıcı texnoloq Zeynep Nal Sezer, süni intellekt rəssamı Bager Akbaydan ibarət xüsusi qrupla çalışıb. Layihə çərçivəsində ilk olaraq bütün mənbələrdə Atatürkün sevdiyi mahnılar kimi tanınan əsərlər süni intellektə tanıdılıb. Daha sonra süni intellekt bu mahnıları not, diapazon, tərz, söz, temp, tezlik və s.…

Read More