Dünya 

ABŞ-də ilk dəfə müsəlmanlarla bağlı strategiya hazırlanacaq

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacaq. Bu barədə  Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. “Biz islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, konqres üzvləri və başqaları ilə işimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, – deyə Jan-Pyer bildirib. Xatırladaq ki, oktyabrın ortalarında İllinoys ştatında 71 yaşlı kişi müsəlmanlara nifrət zəminində altı yaşlı uşağı və müsəlman qadını bir neçə dəfə bıçaqlayıb. O, nifrət cinayətində ittiham olunub. Mənbə: RBK

Read More
Dünya 

Rusiya nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxdı?

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin (CTBT) ratifikasiyasını geri götürməsi barədə qanun imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. Qeyd edək ki, müqavilə 24 sentyabr 1996-cı ildə Nyu-Yorkda imzalanmış və 27 may 2000-ci ildə ratifikasiya edilmişdi. Müqavilə bütün növ nüvə sınaqlarının dayandırılması üçün əsas beynəlxalq hüquqi sənədə çevrilməli idi. Bununla belə, nüvə silahına və ya onu yaratmaq potensialına malik olan 44 dövlətdən səkkizi tərəfindən ratifikasiya edilmədiyi üçün bu günə qədər qüvvəyə minməyib. Əlavə edilən materiallarda qeyd olunduğu kimi, qəbul edilmiş qanun nüvə silahlarına…

Read More
Dünya 

Qəzzadan neçə azərbaycanlı çıxarılacaq? – YENİLƏNİB + RƏSMİ AÇIQLAMA + FOTO

“Qəzza zolağının Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə noyabrın 2-də anklavı tərk edə biləcək təxminən 600 nəfərdən neçəsinin azərbaycanlı olduğu məlum olub”. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.   O qeyd edib ki, həmin şəxslərdən səkkiz nəfər azərbaycanlıdır. 13:06 Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Məlumata görə, faylda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları var. Qeyd edək…

Read More
Dünya 

Bu gün Azərbaycan vətəndaşları da Qəzzadan çıxarılacaqlar

Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Məlumata görə, faylda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları var. Qeyd edək ki, siyahıya Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da daxildirlər. Mənbə: TASS

Read More
Dünya 

Biz sülh, fəlakətin olmamasını istəyirik, bəs siz… – Erməni nazirdən jurnalistə sərt reaksiya

Mehri dəmir yolu həm də Ermənistan hakimiyyətinin regionda sülhü möhkəmləndirmək üçün həyata keçirdiyi layihənin bir hissəsidir. Ölkə.Az xəbər verir ki, bunu erməni nazir Qnel Sanosyan açıqlamasında deyib. Onun sözlərinə görə, hakimiyyət 2020-ci ildə dəmir yolu ilə bağlı araşdırmalar aparıb və yolun yenidən işə salınması, hər şey siyasi və diplomatik platformalarda həll olunanda baş verəcək. “Biz və qonşu ölkələrimiz regionda sülhün təmin olunması, mövcud infrastrukturların işləməsi, yenilərinin tikilməsi üçün səy göstərməliyik. Ölkələr inkişafda bir-birini dəstəkləyə, bir-birinin infrastrukturundan istifadə edə, birgə yeni infrastrukturlar yarada bilər. Bizim region elə bir yol ayrıcıdır ki,…

Read More
Dünya 

Günəş aktivliyinin pik həddə çatacağı vaxt açıqlandı

ABŞ Kosmik Hava Proqnozları Mərkəzinin mütəxəssislərinin fikrincə, Günəş 2024-cü ildə cari aktivlik dövrünün pik nöqtəsinə çatacaq. Bu, 2019-cu ildə proqnozlaşdırılandan bir il daha tezdir. Yenidən işlənmiş proqnoz 2024-cü ilin yanvar-oktyabr ayları arasında Günəşin öz aktivliyinin maksimumuna çatacağını göstərir. Bildirilir ki, pik həddi daha erkən başlaması ilə yanaşı, daha güclü olacaq və 2019-cu ildə proqnozlaşdırılandan daha uzun sürəcək. Mənbə: lenta.ru

Read More
Dünya 

Türk Hava Yolları İstanbuldan bütün reysləri ləğv edib

Türk Hava Yolları yaxın üç saat ərzində İstanbuldan uçması planlaşdırılan bütün reysləri ləğv edib. Bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Üstün “X” sosial şəbəkəsində məlumat verib. “Uçuşları yerli vaxtla 19:00-dan 22:00-a qədər yerinə yetirilməli olan bütün reyslər ləğv edilib”, – aviaşirkətin nümayəndəsi yazıb. O, bunun səbəbini bilet satışı və bronlaşdırma sistemindəki nasazlıqla izah edib. “Şəbəkə infrastrukturunda yaranan problemlər səbəbindən bilet satışı və bronlaşdırma prosesində fasilələr var. Problemin həlli üçün lazımi işlər görülür”, – Üstün qeyd edib. İstanbul Beynəlxalq Hava Limanının saytında yer alan məlumata görə, Türk Hava Yollarının iştirakı ilə həyata keçirilən…

Read More
Dünya 

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub. Festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır. Nazir qarşıdakı…

Read More
Dünya 

Türkiyə Prezidenti Qazaxıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında iştirak etmək üçün sabah Astanaya yollanacaq. Dövlət başçısı 2-3 noyabr 2023-cü il tarixlərində Qazaxıstana səfər edəcək. Noyabrın 3-ü cümə günü baş tutacaq sammitdə təşkilata sədrlik Özbəkistandan Qazaxıstana keçəcək. Sammitdə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparacaq, cari, qlobal və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Mənbə: Haber Global

Read More
Dünya 

Rəisi Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə yaxın vaxtlarda Ankaraya səfər edə bilər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərini Türkiyə XİN-in rəhbəri də təsdiq edib. “Tezliklə Ərdoğanın rəsmi dəvəti ilə Rəisi Ankaraya səfər edəcək və yaxın vaxtlarda biz iki ölkə arasında əməkdaşlıq üzrə birgə komissiyanın iclasını keçirəcəyik”, – Abdullahian bildirib. Nazir vurğulayıb ki, İran və Türkiyə ümumi sərhəddə təhlükəsizliyə diqqətin artırılması və yeni sərhəd bazarları, keçid məntəqələrinin yaradılması, eləcə də sərhədlərdə azad ticarət zonalarının…

Read More