Dünya 

Portuqaliyada Azərbaycandan olan turist şirə sifariş vermək istədi: Polis tərəfindən saxlanıldı – FOTO/VİDEO

Portuqaliyada Azərbaycandan olan rusdilli turist istəyini dilə gətirmək üçün tərcümə proqramından istifadə edib. Lakin sözü səhv tərcümə etdiyi üçün polis tərəfindən saxlanılıb. Hadisə Lissabon şəhərində restoranda baş verib. Azərbaycandan olan turist nar şirəsi sifariş etmək istəyib. Bunun üçün o, “Tərcüməçi” proqramından istifadə edib və “nar” (“qranat”) sözünü portuqal dilinə çevirib. Rus dilində “qranat” və “qranata”(qumbara) sözləri oxşardır. Portuqal dilində nar “rom” adlanır, partlayıcı qurğu isə “qranada” kimi ifadə olunur. Nəticədə turist şirə sifariş etdiyi zaman telefonundakı proqram sözü səhv tərcümə edib. Buna görə ofisiant müştərinin üstündə qumbara olduğunu düşünüb və…

Read More
Dünya 

BMT Baş katibi jurnalistlərin qorunması ilə bağlı çağırış edib – FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş jurnalistlərin qorunması ilə bağlı çağırış edib. Bu barədə BMT Baş katibinin “X” hesabında paylaşım edilib. BMT Baş katibi bildirib ki, ötən il ən azı 88 jurnalist öz işini yerinə yetirdiyinə görə öldürülüb. O, hazırda Qəzzadakı müharibənin jurnalistlərə ağır zərbə vurduğunu deyib. “Yaxın Şərqdəki hazırkı münaqişə jurnalistlərə ağır zərbə vurur. Bizi məlumatlandıran jurnalistləri müdafiə etmək üçün daha yaxşı təminatlara ehtiyacımız var”, – deyə baş katib bildirib. Xatırladaq ki, İsrail və HAMAS arasında gedən müharibə və Qəzzanın İsrail hava qüvvələri tərəfindən bombardman edilməsi nəticəsində indiyədək…

Read More
Dünya 

Qarabağda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır

Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi başa çatdırılır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Kontingentin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb”, – məlumatda bildirilir. Qeyd olunur ki, sülhməramlıların müşayətilə bölgədə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işləri davam edir.

Read More
Dünya 

FTB: “İran ABŞ rəsmilərinə sui-qəsdlər planlaşdırıb”

İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin ABŞ-dəki keçmiş və indiki yüksək rütbəli rəsmilərə qarşı sui-qəsd planlaşdırıb. Bunu ABŞ Konqresi Senatında keçirilən dinləmələrdə çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib. “Dünyada terrorizmin ən böyük sponsoru olan İran dövləti birbaşa və ya cinayətkarların cəlb edilməsi yolu ilə iranlı dissidentlərə, ABŞ-nın indiki və keçmiş yüksək rütbəli dövlət məmurlarına sui-qəsdlər planlaşdırıb. Bu əməllər o cümlədən ABŞ torpaqlarında da icra olunmalı idi”, – o iddia edib. FTB direktoru bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun…

Read More
Dünya 

Fransa polisi özünü partlatmaqla hədələyən qadını güllələyib – VİDEO

Fransa polisi Paris qatar stansiyasında özünü partlatmaqla hədələyən qadını güllələyib. Məlumata görə, qadın niqabda olub və “Allahu Əkbər” qışqırıb. Saxlanılma zamanı o, polisin tələblərini yerinə yetirməkdən imtina edib. Polislər xidməti silahdan atəş açaraq, onu qarın nahiyəsindən yaralayıblar. Sonda qadının üzərində heç bir partlayıcının olmadığı müəyyənləşib. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Mənbə: Ura.ru

Read More
Dünya 

Rusiyada hərbi zavodda partlayış baş verib – VİDEO

Rusiyada Perm diyarının Solikamsk şəhərində yerləşən “Ural” zavodunda partlayış baş verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Verilən məlumata görə, partlayışın gücündən hərbi-sənaye müəssisəsinin idarəsinin binasında şüşələr sınıb. “Solikamsk sakinləri güclü partlayış eşidiblər. Hətta bəzi evlərdə şüşələr sınıb”, – deyə “Telegram” sosial şəbəkəsində xəbər yayılıb. Daha sonra bunun “Ural” hərbi-sənaye zavodunda baş verən hadisə ilə bağlı olduğu aydınlaşdırılıb. Bu zavodda partlayıcı maddələr, boya, lak, rezin və plastik məmulatlar istehsal olunur. Hadisə şahidləri hadisə yerindən video paylaşıblar. Kadrlarda üzərindən tüstü qalxan sənaye sahəsi görünür. Mənbə: 59.ru

Read More
Dünya 

Türkiyəyə gedənlərin NƏZƏRİNƏ: Tarixi binanı ziyarət ödənişli olacaq

Yanvarın 15-dən etibarən xarici vətəndaşlar üçün Ayasofiya məscidini ziyarət etmək ödənişli olacaq. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib. O qeyd edib ki, bu qərar keyfiyyət və təhlükəsizlik məsələlərini daha da artıracaq. Nazir onu da əlavə edib ki, ibadət üçün məscidə gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik olmayacaq. Mənbə: TRT Haber

Read More
Dünya 

Türkiyədə dəhşət: Çimərlikdə parçalanmış qadın cəsədi tapıldı – FOTO

Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda qayaların dənizlə birləşdiyi ərazidə meyit tapılıb. Qayalıq ərazidə hərəkətsiz vəziyyətdə uzanan şəxsi vətəndaşlar görərək polisə məlumat veriblər. Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib. Cəsədin qadına məxsus olduğu məlum olub. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi, ölüm səbəbinin araşdırılması üçün Antalya Ədliyyə Tibb Qurumu morquna göndərilib. Bundan başqa, Muğla şəhərinin Bodrum rayonunda da sahildə meyit tapılıb. Gəzintiyə çıxan vətəndaşlar günorta saatlarında dəniz sahilində hərəkətsiz uzanan adam görüblər. Hadisə yerinə gələn polis qrupları beldən yuxarısı olmayan qadın cəsədi aşkar edib. Cəsəd Muğla Ədliyyə Tibb Qurumu morquna göndərilib. Bir…

Read More
Dünya 

Yaponiyada xəstəxanada atışma olub, iki nəfər yaralanıb

Yaponiyanın Toda şəhərində xəstəxanada naməlum şəxs atəş açıb, sonra hadisə yerindən qaçıb. Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər yaralanıb. Polis hadisə yerindədir. Yerli televiziyaların verdiyi xəbərə görə, hücumçu yaxındakı Varabi şəhərinə gedib və orada poçt idarəsinin binasında barrikada qurub. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada məktəbli avtobusu qəzaya uğrayıb: Yaralananlar var – FOTO/VİDEO

Rusiya Federasiyasının Başqırdıstan Respublikasındakı dolama yolda məktəbli avtobusu qəzaya uğrayıb, nəticədə yeddi nəfər xəsarət alıb. Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Məlumata görə, məktəbli avtobusu Taşkinovo-Neftekamsk yolunda “Lada” ilə toqquşub. Avtobusun içərisində 13-14 yaş arası 10 yeniyetmə olub. Məktəblilər onları müşayiət edən şəxslə birlikdə yarışa gedirmişlər. “Üçü azyaşlı olmaqla, ümumilikdə yeddi nəfər xəsarət alan şəxs xəstəxanaya aparılıb, digər yeniyetmələr yerindəcə həkimlər tərəfindən müayinə olunur”, – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, qəzaya səbəb “Lada”nın qarşı zolağa çıxması olub.  

Read More