Dünya 

ABŞ-dən İrana qəti XƏBƏRDARLIQ

Birləşmiş Ştatlar İrana “qəti xəbərdarlıq” göndərir və Yaxın Şərqdə vəziyyət pisləşdiyindən təmkinli olmağı xahiş edir. Bu barədə CNN-ə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Əlbəttə, qoşunlarımızı və obyektlərimizi qorumaq üçün lazım gələrsə, hərəkətə keçəcəyik… Bu, İranın diqqət etməli olduğu qəti xəbərdarlıqdır. Biz regionda milli təhlükəsizlik maraqlarımızı ciddiyə alırıq, ona görə də Prezident Co Bayden bölgədə iki aviadaşıyıcı zərbə qrupunu yerləşdirib”, – Kirbi bəyan edib. O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar hərbçilərini qorumaq üçün istədiyi zaman qərarlar qəbul edəcək. Mənbə: TASS

Read More
Dünya 

Donbasda döyüşən azərbaycanlı polislər: “Dəfələrlə təhlükə ilə üz-üzə qalmışıq” – FOTOREPORTAJ

Ukraynada Rusiyaya qarşı müharibədə azərbaycanlılar da fəal şəkildə döyüşür, qəhrəmanlıq göstərirlər. Soydaşlarımız ən müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında da xidmət göstərir, ölümlə üzləşirlər. Məsələn, Donetsk vilayətinin Pokrovsk şəhər polisləri – əslən Azərbaycanın Lənkəran şəhərindən olan Nurlan Nuriyev və qardaşı Rasim Nuriyev döyüşlərdə ağır yaralanıblar. Sağalaraq xidmət yerinin başına qayıdan Nurlan Nuriyev “Report”un Şərqi Avropa bürosunun Donbasa ezam olunmuş əməkdaşına bildirib ki, Ukraynada doğulub boya-başa çatıb və 6 il əvvəl qardaşı ilə birlikdə polis kimi fəaliyyətə başlayıb: “Bilirdik ki, qabiliyyətimiz, fiziki imkanlarımız bu sistemdə işləməyimizə imkan verəcək. Əslində, uşaqlıqdan polis olmaq arzusunda…

Read More
Dünya 

Yaponiya HƏMAS rəhbərliyinin aktivlərini dondurmağı planlaşdırır

Yaponiya hökuməti oktyabrın 7-də İsrailə hücumla bağlı Fələstinin HƏMAS hərəkatının rəhbərliyi üzvlərinin aktivlərini dondurmaq niyyətindədir. Qeyd olunur ki, söhbət HƏMAS rəhbərliyinin ən azı doqquz üzvünün əmlakından gedir. Yaponiya hakimiyyəti bu addımla Fələstin-İsrail münaqişəsi ilə bağlı öz mövqeyini açıq şəkildə nümayiş etdirmək niyyətindədir. Sanksiyalar paketi çərşənbə axşamı təsdiq oluna bilər. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bu mövzu ilə bağlı şərh verməkdən çəkinərək, ölkə mediasının müvafiq xəbərlərini nə təsdiq, nə də təkzib edib. Eyni zamanda, o, Yaponiyanın mövqeyini bir daha təkrar edərək, HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib və münaqişənin…

Read More
Dünya 

Dağıstanda xaos böyüyür – Soydaşlarımızın yaşadığı Dərbənddə SON VƏZİYYƏT

“Dərbənddə, ümumiyyətlə, Dağıstanda yaşayan soydaşlarımız Mahaçqalada baş verən hadisələrin təsirinə düşməməli, özlərini çox təmkinli aparmalıdırlar”. Bunu Bizim.media-ya açıqlamasında tanınmış jurnalist, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib. Onun sözlərinə görə, Dağıstanda ötən gün baş verənlər çox böyük təəssüf hissi doğurur və bu yaşananlar təxribatçı qüvvələrin əvvəldən planlaşdırdığı planın bir hissəsidir və Dağıstanda yaşayan azərbaycanlılar çox böyük təmkin və səbir nümayiş etdirməlidirlər: “Mahaçqalada baş verənlərin fonunda bu gecə 200 mindən çox azərbaycanlının yaşadığı Dərbənd şəhərində müəyyən gərginlik olsa da, şükürlər olsun, hər hansı qarşıdurma yaşanmayıb. Gecə boyu Dərbənd polisi şəhərdəki sinaqoqa nəzarət edib, mühafizə…

Read More
Dünya 

Vladimir Putin Mahaçqala hadisələri ilə bağlı böyük müşavirə keçirəcək

“Prezident Vladimir Putin Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün müşavirə keçirəcək”. Bunu oktyabrın 30-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Mahaçqala hadisələri ilə bağlı təxminən saat 19:00-da geniş müşavirənin keçiriləcəyi planlaşdırılır. “Bu tədbirdə Qərb ölkələrinin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə ediləcək”, – deyə Kreml rəsmisi izah edib. Əvvəlcə prezidentin çıxış edəcəyi, daha sonra isə bağlı qapılar arxasında müşavirə keçiriləcəyi gözlənilir. “Putin Dağıstan Respublikasındakı vəziyyətlə bağlı dünən gecə və bu gün səhər Federal Təhlükəsizlik Xitməti, Rusiya Qvardiyası və respublikanın rəhbəri Sergey Melikovdan…

Read More
Dünya 

Paşinyan müdafiə büdcəsinin ikiqat artdığını açıqlayıb

Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi 309 milyard dram (772 milyon dollar) artırılacaq. Bu barədə Ermənistan parlamentində ölkənin baş naziri Nikol Paşinyan deyib. “Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda, mən qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz “sülh gündəliyi” ilə ziddiyyət təşkil etmir”, – Paşinyan bildirib. Mənbə: TASS

Read More
Dünya 

Pakistanda 50-yə yaxın insan tayfalararası toqquşmaların qurbanı olub

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Kurram dairəsində düşmən olan tayfalar arasında son altı gündə baş verən silahlı toqquşmalarda azı 50 nəfər həlak olub. Düşmən tayfalardan olan silahlılar arasında atışma torpaq üstündə mübahisələr və dini fikir ayrılıqları səbəbindən baş verib. Toqquşmalar oktyabrın 29-na qədər davam edib. Tayfaların ağsaqqalları hər iki tərəfdə atəşkəs barədə danışıqlar apara biliblər. Kurram dairəsində vəziyyət gərgin olaraq qalır. Burada elektrik enerjisi, internet kəsilib, nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Əhalinin məskunlaşdığı yerlərdə ərzaq, dərman və ilkin tələbat malları çatışmazlığı yaşanır. Mənbə: TASS

Read More
Dünya 

Dağıstanın rəhbəri Mahaçqalada saxlanılanlara xüsusi hərbi əməliyyatlar aparılan zonaya getməyi məsləhət görüb

Dağıstan rəhbəri Sergey Məlikov Mahaçqala hava limanında saxlanılanlara etdikləri rüsvayçılığı “yumaq” üçün Xüsusi Hərbi Əməliyyatlar aparılan zonaya getməyi məsləhət görüb. Məlikovun sözlərinə görə, məhbuslara qarşı heç bir “xüsusi tədbirlər” tətbiq edilməyəcək. Lakin kimsə Xüsusi Əməliyyat zonasına getmək qərarına gəlsə, bunu yalnız alqışlayacaq. Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Read More
Dünya 

Paşinyan Türkiyə ilə sərhədin açılması məsələsindən DANIŞDI

“İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli Assambleyasının daimi komissiyalarının 2024-cü il dövlət büdcəsi layihəsi üzrə iclasında çıxışı zamanı deyib. O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılmasını nəzərdə tutur. “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz artıq belə proseslərə (sərhəd keçidi) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”, – deyə Paşinyan əlavə edib. Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və…

Read More
Dünya 

Qazaxıstan Xəzər dənizi üzrə elmi tədqiqat institutu yaratmaq qərarına gəlib

Qazaxıstanda Xəzər dənizinin ekoloji problemlərini öyrənmək üçün elmi tədqiqat institutu yaradılacaq. Nazirlik artıq bununla bağlı qərar layihəsi hazırlayıb. “İnstitutun yaradılması bizə problemin tədqiqinə hərtərəfli yanaşmağa və genişmiqyaslı problemləri həll etməyə imkan verəcək”, – deyə Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov bildirib. İnstitut Xəzər dənizinin ekoloji problemlərini, suyun səviyyəsinin azalmasının, suiti və balıqların kütləvi şəkildə tələf olmasının səbəblərini, Xəzər suitilərinin, ixtiofaunanın qorunması məsələlərini öyrənəcək. Digər bir istiqamət isə Xəzəryanı dövlətlərdən olan həmkarlar ilə sıx qarşılıqlı əlaqənin təmin edilməsi olacaq. Bundan əlavə, institut Xəzər dənizinin ekosisteminin bütün sahələri üzrə obyektiv…

Read More